Məhkəmə qərarları › İş №2(073)-116/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-116/2025

09.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-116/2025 09.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2665 manat pulun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 47 manat məbləğində dövlət rüsumunun alınıb ona (iddiaçıya) verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin daha əvvəl keçirilmiş hazırlıq iclaslarında cavabdehi müəyyən etmək mümkün olmamışdır. Belə ki, iddia ərizəsində cavabdehin atasının adı “Dadaş” kimi göstərilmişdir, həmin ad və soyad ilə “Elektron məhkəmə” informasiya sistemində şəxs tapılmamışdır, yalnız sonradan poçt orqanı ilə aparılmış dəqiqləşmə nəticəsində müəyyən edilmişdir ki, cavabdehin atasının əsl adı Vaqifdir, halbuki iddia ərizəsində Dadaş kimi qeyd edilmişdir. Müəyyən edilmişdir ki, hər ikisi eyni adamdır, cavabdehin atası insanlar arasında “Dadaş” kimi tanınsa da, əsl adı Vaqifdir. Cavabdehin ad və soyadı dəqiq müəyyən edilmişdir və tərəf qismində işə əlavə edilərək barəsindəki məlumatlar (yaşayış yeri, VÖEN-i və s.) araşdırılmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, iddiaçı və cavabdeh fiziki şəxs kimi fərdi sahibkar statusuna malik olduqdarından və tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan kommersiya mübahisəsi kimi iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan “Elekron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, X2 (VÖEN **********2) və Cavabdeh (VÖEN **********) fiziki şəxs kimi uçota durmuş vergi ödəyicisidirlər, hər ikisi fərdi sahibkar statusuna malikdir, tərəflər arasında yaranmış mübahisə isə kommersiya xarakterlidir – iddiaya görə cavabdeh müəyyən dövrdən bir mütəmadi olaraq iddiaçıdan əlavə mənfəət əldə etmək məqsədilə tikinti malları almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.3-cü maddəsinə görə isə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinin tələblərinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə görə iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hazırkı mübahisə kommersiya mübahisəsi olduğundan və cavabdehin rəsmi qeydiyyat ünvanı ünvan 1ersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi (onlar tərəfindən alındığı) gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar