Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1162/2025 26.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı reqres qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı reqres qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh reqres qaydasında ödənilmiş 1266 (bir min iki yüz altmış altı) manat pulun və 33 (otuz üç) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh X3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cəlilabad rayonu Şorbaçı kəndində qeydiyyatda olmaqla hazırda Cəlilabad şəhərində yaşayır. O 2013-cü ilin sentyabr ayında Cəlilabad rayon peşə məktəbində gözətçi təyin olunmuşdur və orada işlədiyi dövrdə həmin məktəbin mühasibi işləyən Cavabdeh oglu ona yaxınlaşıb xahiş etmişdir ki, kredit götürmək istəyir və iddiaçı ona zamin dursun. O, əvvəl razı olmasa da cavabdeh Rahim çox yalvar-yaxar etmiş və bildirmişdir ki, narahat olma, krediti vaxtı-vaxtında ödəyəcək və ona heç bir narahatçılıq yaratmayacaqdır. xx.xx.2013-cü ildə Cavabdeh Nirzəbala oglu “KredAqro" Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə müqavilə bağlayaraq 1300 ABŞ dolları kredit götürmüş və o da zamin durmuşdur. Həmin tarixdə də onunla "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh oglu götürdüyü pulu 3-4 ay sonra ödəmədiyi üçün “KredAqro" Bank Olmayan Kredit X2 Cəmiyyəti iddiaçıya tez-tez zəng vurmağa başlamış və iş o yerə gəlib çatmışdır ki, bank onları məhkəməyə vermişdir. Məhkəmə xx.xx.2014-cü il tarixdə məhkəmə əmri çıxararaq borclu Cavabdeh oglundan və iddiaçıdan zamin kimi cəmi 1307.41 ABŞ dolları miqdarında borcun və 20 manat dövlət rüsumunun müştərək qaydada tutularaq "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinə ödənilməsini göstərmişdir. Bundan sonra da Cavabdeh oglu məhkəmə əmrində yazılan borcunu ödəməmiş, iddiaçı özü də həmin dövrdə işdən çıxmış və işsiz qalmışdır. Həmin vaxtdan 10 il keçdikdən sonra o, DOST iş mərkəzində işə düzəlmiş, icra şöbəsi də cavabdehin işə düzəlməyini görüb borcu 2023-cü ilin oktyabr ayından başlayaraq onun əmək haqqına yönəltmiş, o həmin borcu ödəyib qurtardığı üçün onun həmin borcu Cavabdeh reqres qaydasında geri tələb etmək hüququ yaranmışdır. O, dəfələrlə cavabdehdən onun pulunu qaytarmasını tələb etsə də heç bir nəticəsi olmamışdır. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır. Belə ki, işdə olan "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli KA Cal 107939/13 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" BOKT MMC tərəfindən Cavabdeh illik 30 faiz olmaqla 18 ay müddətinə 1300 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" BOKT MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli KA Cal 107939/13 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(073)-1145/2024 saylı əmrindən görünür ki, həmin əmrlə borclu Cavabdeh oglundan və İddiaçı cəmi 1307.41 ABŞ dolları, manatının məzənnəsinə müvafiq olaraq 1022.4 manat miqdarında borcun və 20 manat dövlət rüsumunun müştərək qaydada tutularaq "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinə ödənilməsi əmr edilmişdir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, əmək haqqından tutulmalar aparılmaqla iddiaçı müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə olmaqla cəmi 1266 manat pulu "xxxx" BOKT QSC-yə ödəmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı 33 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2013-cü il tarixli KA Cal 107939/13 saylı kredit müqaviləsinə əsasən "xxxx" BOKT MMC–dən illik 30 faiz olmaqla 18 ay müddətinə 1300 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi iddiaçı ilə "xxxx" BOKT MMC-nin Cəlilabad filialı arasında xx.xx.2013-cü il tarixli KA Cal 107939/13 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi üçün "xxxx" BOKT MMC ərizə ilə məhkəməyə müraciət etmiş və Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(073)-1145/2024 saylı əmri ilə borclu Cavabdeh oglundan və İddiaçı cəmi 1307.41 ABŞ dolları, manatının məzənnəsinə müvafiq olaraq 1022.4 manat miqdarında borcun və 20 manat dövlət rüsumunun müştərək qaydada tutularaq "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinə ödənilməsi əmr edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və icra mərhələsində iddiaçı tərəfindən 1266 manat "xxxx" BOKT MMC-nin xeyrinə ödənilmişdir. Tələb edilməsinə baxmayaraq, cavabdeh həmin pulu iddiaçıya ödəməkdən yayınmışdır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1266 (bir min iki yüz altmış altı) manat pul və 33 (otuz üç) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-1162/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1162/2025
26.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver