Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1172/2024 28.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Rufullayev Natiq Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 11 iyun 2013-cü il təvəllüdlü X2 və 08 may 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cəlilabad Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(073)-941/2022 saylı qətnaməsi ilə Cavabdeh hər ay hər uşaq üçün 130 manat tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat müəyyən edilməsi və həmin miqdarda alimentin cavabdehdən alınaraq ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 iyun 2013cü il təvəllüdlü X2 və 08 may 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cəlilabad Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(073)- 941/2022 saylı qətnaməsi ilə Cavabdeh hər ay hər uşaq üçün 130 manat tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat müəyyən edilməsi və həmin miqdarda alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, Cavabdeh ilə nikahlarını 03 iyun 2013-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından uşaqları 11 iyun 2013-cü il təvəllüdlü Nuray və 08 may 2015-ci il təvəllüdlü Yağmur doğulmuşdur. Onun cavabdehlə əvvəllər münasibətləri normal olsa da, sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün aralarında narazılıqlar yaranmış və aralarında olan narazılıqlara görə faktiki olaraq ayrılmışlar, Cəlilabad rayon Məhkəməsinin 30 avqust 20222-ci il tarixli, 2(073)-941/2022 saylı qətnaməsi ilə nikahları pozulmuş və yetkinlik yaşına çatmayan uşaqlar onun yanında qalmış və uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat alimentin tututalaraq ona ödənilməsi qət edilmişdir. Artıq cavabdehlə əlaqəsi tamam kəsilmişdir. Lakin həmin qətnamə ilə cavabdehdən tutulan aliment uşaqlarının normal saxlanılması üçün kifayət etmir. Belə ki, uşaqlar böyüdükcə onların tələbatları artır və buna görə də əlavə xərc tələb olunur. Bundan əlavə özü də hazırda heç bir yerdə işləmir və uşaqlarının maddi cəhətdən saxlanılmasında çətinlik çətir. Cavabdehin maddi imkanı yaxşıdır və uşaqlarına tələb edilən alimenti ödəmək iqtidarındadır. Buna baxmayaraq cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentdən başqa uşaqlarının maddi cəhətdən saxlanılmasında ona köməklik etmir. Ona görə də məcbur qalaraq sabit pul məbləğində alimentin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(073)-941/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, iddiaçı X7 ilə Cavabdeh arasında Cəlilabad rayonu Komanlı kənd inzibati ərzai dairəsi üzrə nümayəndəliyində bağlanmış 03 iyun 2013-cü il tarixli, 42 saylı akt qeydi əsasında bağlanmış nikah pozulmuş. tərəflərin birgə nikahlarından doğulmuş 11 iyun 2013-cü il təvəllüdlü X2 və 08 may 2015-ci il təvəllüdlü X1 iddiaçı X3 yanında qalmaları müəyyən edilmiş və 30 avqust 2022-ci il tarixdən başlayaraq 11 iyun 2013-cü il təvəllüdlü X2 və 08 may 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X5 verilməsi qət edilmişdir. İşdə olan Az-İ 423628 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında bağlanmış nikah qeydi 30 sentyabr 2022ci il tarixdə pozulmuş və bu barədə 04 oktyabr 2022-ci il tarixdə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 114 nömrə ilə qeydiyyat aparılmışdır. İşdə olan AZ-İİİ 123646 saylı doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X6 11 iyun 2013-cü ildə doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan AZ-İİİ 513282 saylı doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X4 08 may 2015-ci ildə doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı nikahlarını 03 iyun 2013-cü ildə rəsmiləşdirmilər. Birgə nikahlarından uşaqları 11 iyun 2013-cü il təvəllüdlü X6 və 08 may 2015-ci il təvəllüdlü X4 doğulmuşdur. Onlar bir müddət xoşbəxt yaşasalarda, sonradan aralarında baş verən narazılıqlara görə faktiki ayrılmışlar. Sonradan Cəlilabad Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(073)- 941/2022 saylı qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında olan 03 iyun 2013-cü il tarixdə Cəlilabad rayonu Komanlı kənd inzibati ərzai dairəsi üzrə nümayəndəliyində qeydə alınmış nikah pozulmuş, 11 iyun 2013-cü il təvəllüdlü X2 və 08 may 2015-ci il təvəllüdlü X1 anaları İddiaçı yanında qalmaları müəyyən edilmiş və Cavabdeh 11 iyun 2013-cü il təvəllüdlü X2 və 08 may 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsi qət edilmişdir. Lakin həmin qətnamə ilə cavabdehdən tutulan alimentin miqdarı uşaqların normal saxlanılması üçün kifayət etmir. Cavabdeh isə müəyyən olunmuş alimentdən əlavə uşaqlarının maddi cəhətdən saxlanmasında iddiaçıya köməklik etmir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi təmin edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, iddia tələbinin tam həcmdə təmin olunması cavabdehin mənafeyinə uyğun deyildir. Məhkəmə qeyd edir ki, uşaqların saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağının saxlanmasına kömək göstərmək və uşağına qayğı göstərmək Cavabdeh valideynlik borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 2024-cü il üzrə hər ay 235 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanmasıüçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinəəsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması iləəlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret işüzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Həmin qərarda Konstitusiya Məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Qeyd olunan qanunlardan göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz vəşərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılmasıüçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, iddiaçının maddi vəziyyətini, həmçinin uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırda Cavabdeh hər ay hər uşağa görə 180 manat sabit pul məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Məhkəmə, alimentin hansı tarixdən tutulması ilə bağlı məsələyə aydınlıq gətirərək qeyd edir ki, hazırkı iddia ərizəsi üzrə alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan deyil, hazırkı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 11 iyun 2013-cü il təvəllüdlü X2 və 08 may 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cəlilabad rayon məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(073)-941/2022 saylı qətnaməsi ilə hər ay uşaq 130 manat alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 180 manat müəyyən edilməli, 11 iyun 2013-cü il təvəllüdlü X2 və 08 may 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 180 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinəəsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda, 30 + 1000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Hazırkı işüzrə iddianın təmin edilən hissəsi nəzərə alınmaqla 1 illik ödəmənin məcmusu 1000 (min) manatdan artıq olduğu üçün, alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə uyğun olaraq 63,20 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia qismən təmin edilsin. 11 iyun 2013-cü il təvəllüdlü X2 və 08 may 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cəlilabad Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(073)-941/2022 saylı qətnaməsi ilə təyin edilmiş hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat müəyyən edilsin. 11 iyun 2013-cü il təvəllüdlü X2 və 08 may 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Cavabdeh 63,20 (altımış üç manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1172/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1172/2024
28.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver