Məhkəmə qərarları › İş №2(073)-1178/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1178/2023

02.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1178/2023 02.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Feyzullazadə Əli Elşən oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-in Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 18.6 (on səkkiz manat altmış qəpik) manat əsas borc, 2.7 (iki manat yetmiş qəpik) manat cərimə, cəmi 21.3 (iyirmi bir manat otuz qəpik) manat borc, xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 307.1 (üç yüz yeddi manat on qəpik) manat əsas borc, 46 (qırx altı) manat cərimə, cəmi 353.1 (üç yüz əlli üç manat on qəpik) manat borc, xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 373 (üç yüz yetmiş üç) manat əsas borc, 55.9 (əlli beş manat doxsan qəpik) manat cərimə, cəmi 428.9 (dörd yüz iyirmi səkkiz manat doxsan qəpik) manat borc, ümumilikdə üç müqavilə üzrə 698.7 (altı yüz doxsan səkkiz manat yetmiş qəpik) manat əsas borc, 104.6 (bir yüz dörd manat altmış qəpik) manat cərimə, cəmi 803.3 (səkkiz yüz üç manat otuz qəpik) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-in hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləyə əsasən 239.1 (iki yüz otuz doqquz manat on qəpik) manat dəyərində «Samsung» markalı telefon almış və aldığı əşyanın dəyərini 12 ay müddətinə, xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləyə əsasən 469.1 (dörd yüz altmış doqquz manat on qəpik) manat dəyərində «Zimmer» markalı televizor almış və aldığı əşyanın dəyərini 18 ay müddətinə, xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 615 (altı yüz on beş) manat dəyərində «Xiaomi» markalı telefon almış və aldığı əşyanın dəyərini 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə hazırkı borcu yaranışdır. Tələb edilməsinə baxmayaraq cavabdeh yaranmış borcunu ödəməkdən yayınmışdır. İddiaçı cəmiyyət qeyd edilənlərin nəzərə alınaraq iddianı təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 239.1 (iki yüz otuz doqquz manat on qəpik) manat dəyərində «Samsung» markalı telefon almış və aldığı əşyanın dəyərini 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli, ********* müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 469.1 (dörd yüz altmış doqquz manat on qəpik) manat dəyərində «Zimmer» markalı televizor almış və aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli, ********* müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 615 (altı yüz on beş) manat dəyərində «Xiaomi» markalı telefon almış və aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı cəmiyyətə olan borc cavabdehdən alınaraq iddiaçı cəmiyyətə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 18.6 (on səkkiz manat altmış qəpik) manat əsas borc, 2.7 (iki manat yetmiş qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 307.1 (üç yüz yeddi manat on qəpik) manat əsas borc, 46 (qırx altı) manat cərimə, xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 373 (üç yüz yetmiş üç) manat əsas borc, 55.9 (əlli beş manat doxsan qəpik) manat cərimə, cəmi 803.3 (səkkiz yüz üç manat otuz qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar