Məhkəmə qərarları › İş №2(073)-119/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-119/2024

15.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-119/2024 15.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı və onun vəkili Vəkil İmran oğlunun, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı maddi zərərə görə pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı maddi zərərə görə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" ASC-dən və Cavabdeh2 maddi zərərə görə 5000 (beş min) manat, 70 (yedmiş) manat dövlət rüsumunun, hüquqi yardıma görə vəkilin bank hesabına ödənilmiş 200 manat vəsaitin, cəmi 5270 manat pulun alnıb ona (iddiaçıya) verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cəlilabad rayon məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs Cavabdeh2 barəsində olan cinayət işində Cavabdeh2 və "xxxx" ASC-yə qarşı 5.000 manat maddi, 195.000 manat mənəvi zərərə görə, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 490 manatın "xxxx" ASC-dən və Cavabdeh2 alınaraq ona (iddiaçıya) ödənilməsi barəqə qərar qəbul edilməsi xahiş etmişdir. Cəlilabad rayon məhkəməsinin 1(073)- 108/2022 saylı, 16 iyun 2022-ci il tarixli hökmünə əsasən Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin maddəsi tətbiq edilməklə 1 il 6 ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Mülki cavabdehlər "xxxx" ASC-dən və Cavabdeh2 mənəvi zərərin əvəzi olaraq 7000 manat və ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 90 manatın tutularaq ona (mülki İddiaçı) verilməsi hökmdə qeyd edilmişdir. Mülki iddia qalan hissədə təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 (106)-726/2022 saylı, 22 sentyabr 2022-ci il tarixli qərarına əsasən təqsirləndirilən şəxs Cavabdeh2 və zərərkəmiş şəxsin hüquqi varisi və mülki İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş və Cəlilabad rayon məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 1(073)- 108/2022 saylı hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Resdpublikası Ali Məhkəməsinin Cinayət Kolllegiyasının 1(102)- 585/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən kassasiya protesti təmin edilmiş, tərəfindən verilmiş kassasiya şikayəti isə qismən təmin edilmiş və Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına qaytarılmışdır. Ali Məhkəmənin həmin qərarının təsviri əsaslandırıcı hissəsində qeyd olunanlara əsasən məhkəmə kollegiyası mənəvi zərərin qismən təmin edilməsi barədə qərarını qanunun tələblərinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il 7 №-li qərarında verilmiş izahlara və işin hallarına uyğun olduğundan əsaslı və qanuni hesab etmişdir. Lakin məhkəmələrin zərərçəkmiş şəxsin hüquqi varisinin mülki iddiasının maddi zərərə aid olan hissəsi ilə əlaqədar mövqeyini əsaslı hesab etməmiş və buna görə də mülki iddianın maddi ziyan tələbinə dair hissəsi baxılmamış saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 (106)-425/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərarına əsasən təqsirləndirilən şəxs Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Cəlilabad rayon məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 1(073)-108/2022 saylı hökmü zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 1 il 6 ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 il müddətə azadlıqdan məhrum etimə cəzası təyin edilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki İddiaçı tərəfindən verilmiş mülki iddianın maddi zərərə aid hissəsi baxılmamış saxlanılmışdır. Qeyd edilən məhkəmə qərarlarına əsasən mülki iddianın maddi zərər tələbi ilə əlaqədar yenidən Cəlilabad rayon məhkəməsində iddia qaldırmağa zərurət yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzini tələbetmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasəmda iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bu şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzrəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafındakılar üçün yüksək təhlükə mənbəyi ilə basğlı (nəqliyyat vasitələrindən, mexanizmlərdən yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetitrməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüquqi ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləlikə, uşağının hüzür məclisinin yola verilməsi (hüzür məclisində hazırlanan yeməklərə, hüzürxanaya, mollaya verilən pul vəsaitləri) qəbirüstü abidənin qoyulmasına 5000 manat xərc çəkilmişdir. Belə ki, Cəlilabad rayon Qarazəncir bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 79 nömrəli arayışla təsdiq olunur ki, mərhum X1 qəbrstanlığında dəfn edilmişdir. Onun (iddiaçının) tərəfindən hüzür məclisinin yola verilməsi, qəbrüstü abidənin qoyulması və s. 5000 manat pul sərf etmişdir. Qanunun tələbinə əsasən həmin vəsait cavabdehlərdən alınaraq ona (iddiaçıya) verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağılabatan məbləğdə almıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Buna görə də tərəfindən dövlət rüsumuna görə ödənilmiş 70 manat, hüquqi yardıma görə ödənilmiş 200 manat cavabdehlərdən alınaraq ona (iddiaçıya) qaytarılmalıdır. İddiaçı qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianın etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon məhkəməsində baxılan 1(073)-108/2022 saylı cinayət işində zərərçəkmiş şəxsin hüquqi varisi və mülki İddiaçı tərəfindən verilmiş müki iddia əsasında iddiaçı ilə "xxxx" ASC arasında eyni predmet barəsində və eyni əsasla işə baxılmış və mülki iddia qismən təmin edilərək, mənəvi zərərə aid hissədə 7000 manat həddində təmin edilmiş, maddi ziyan hissəsində isə təmin edilməmişdir. Daha sonra Şirvan Apellyasiya Məhkəməsinin l-(106)- 425/2023 saylı qərarı ilə Cəlilabad rayon məhkəməsinin 1(073)-108/2022 saylı hökmü məhkuma təyin edillmiş cəza hissəsində dəyişdirilmiş, mülki iddianın maddi zərərə aid hissəsi isə baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1-(102)-585/2023 saylı qərarı ilə həmin cinayət işinin mülki iddianın maddi zərərə aid hissəsinin məhkəmələr tərəfindən təmin edilməməsinə hüquqi qiymət verilmiş, həmin tələbin Azərbaycan Respublikası CPM-nin 354.1,3-cü maddəsinə əsasən baxılmamış saxlanılmasının qanunun tələblərinə uyğun gəldiyi, həmçinin Azərbaycan Respublikası CPM-nin 180.1-ci maddəsinə uyğun olaraq “mülki iddianın maddi zərərə aid hissədə təmin edilməməsinin zərərçəkmiş şəxsin hüquqi varisinin bu barədə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququndan məhrum edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinin tələbinə görə eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin tələbinə görə isə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 184.4-cü maddəsinə görə, işə baxılması ilə əlaqədar olan məsələlərə dair işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur. Bu barədə, yəni Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə tərəfindən verilmiş vəsatət Cəlilabad Rayon Məhkəməsi tərəfindən təmin edilməmişdir. Bundan başqa, iddiaçı tərəfindən vurulmuş maddi ziyanla bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna görə də hazırkı iddianı nümayəndəsi olduğu cəmiyyətə qarşı hissədə əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək, ərizəsində iddianı etiraf etmədiyini, iddiazg tərəfindən xərclərin həqiqətən də zəkilməsini təsdiq edən sğbutların məhkəməyə təqdim edilmədiyini göstərərək, iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon məhkəməsinin 1(073)-108/2022 saylı, 16 iyun 2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Cavabdeh2 üzərnə Cəlilabad rayon icra və Probasiya şöbəsinə məlumaı vermədən saat 23:00-dan saat 06:00-dək yaşadığı Cəlilabad rayonu Ocaqlı kəndindəki evi tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanm icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, hökmün icrasının Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılması, iş üzrə mülki iddianın qismən təmin edilərək, mülki cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh2 mənəvi zərərin əvəzi olaraq 7.000 (yeddi min) manat pulun və ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 90 (doxsan) manatın tutularaq mülki İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi hökm edilmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 (106)- 726/2022 saylı, 22 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Cavabdeh2 və zərərkəmiş şəxsin hüquqi varisi və mülki İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş və Cəlilabad rayon məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 1(073)-108/2022 saylı hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Resdpublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)- 585/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, kassasiya protesti təmin edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayəti isə qismən təmin edilərək, Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına qaytarılmışdır. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 (106)- 425/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Cəlilabad rayon məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 1(073)-108/2022 saylı hökmü zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 1 il 6 ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 il müddətə azadlıqdan məhrum etimə cəzası təyin edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki İddiaçı tərəfindən verilmiş mülki iddia maddi zərərə aid hissəsi baxılmamış saxlanılmışdır. İşdə olan Cəlilabad rayon Qarazəncir Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci ildə Qarazəncir kəndində vəfat etmiş oğlu X4 dəfn mərasimi və qəbir üstü abidənin düzəldilməsi üçün təxminən 5000 (beş min) manat vəsait xərcləmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardı göstərilməsi ilə əlaqədar Biləsuvar rayon Vəkil Bürosunun hesabına 200 (iki yüz) manat vəsait ödənilmişdir. İşdə olan qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırkı iddanın verilməsi ilə əlaqədar 70 (yetmiş) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X8 Təchizatı və Satışı İdarəsinin Cəlilabad X2 şəbəkəsinin kənt sahəsi üzrə usta vəzifəsində işləmiş Cavabdeh2 öz xidməti vəzifələrini yerinə yetirməməklə və lazımi qaydada yerinə yetirməməklə səhlənkarlıq edərək ehtiyyatsızlıqdan İddiaçı oğlu X4 ödümünə səbəb olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 (106)-425/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 1 il 6 ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 il müddətə azadlıqdan məhrum etimə cəzası təyin edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki İddiaçı tərəfindən verilmiş mülki iddia maddi zərərə aid hissəsi baxılmamış saxlanılmışdır. İddiaçı tərəfindən mərhum oğlunun dəfn və yas mərasimlərinə və qəbir üstü abidənin qoyulması üçün 5 000 (beş min) manat vəsait xərclənmişdir. İddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq cavabdehlər həmin vəsaiti könüllü şəkildə ödəməkdən imtina etmişdirlər. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu da cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər "xxxx" ASC-dən və Cavabdeh2 maddi zərərə görə 5000 (beş min) manat, hüquqi yardıma görə ödənilmiş 200 (iki yüz) manat və 70 (yetmiş) manat dövlət rüsumu, cəmi 5270 (beş min iki yüz yetmiş) manat pul alnıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar