Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1192/2023 11.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1160 (bir min bir yüz altmış) manat pulun, 250 (iki yüz əli ) manat əlavə xərcin, 400 (dörd yüz) manat əldən çıxmış faydanın və ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, 1960-cı ildə Cəlilabad rayonunun Şorbaçı kəndində anadan olmuş və hazırda da həmin ünvanda yaşayır. 2021-ci ilin yay aylarında Cəlilabad rayonunun Dələli kənd sakini Cavabdeh Cəlilabad rayon “Bağbaşı” deyilən çayxanada onun (iddiaçının) yaxın qohulmarı ilə birlikdə çay içən zaman ona çox vacib bir məsələ üçün pula ehtiyacı olduğunu bildirmiş və ondan 1160 (bir min bir yüz altmış) manat borc pul istəmişdir. O üzərində olan 500 (beş yüz) manat pulu cavabdehə vermiş, qalan pulu isə Bakı şəhərində «Azərsu» idarəsinin qarşısında bacısı oğlu (iddiaçının) Həsəndən götürməsini demişdir. Cavabdeh həmin zaman 2021-ci ilin yay aylarında 500 (beş yüz) manat onun (iddiaçının) verdiyi pulu bacısı oğlu (iddiaçının) Həsəndən götürmüşdür. Qalan 160 (bir yüz altmış) manat pulu isə cavabdeh onun (iddiaçının) evinə gələrək 90 (doxsan) manat və səhəri gün 70 (yetmiş) manat almışıdr. Cavabadeh tezliklə evini satacağını və ona olan borcunu da ödəyəcəyinə söz vermişdir. Lakin o sonradan bilmişdir ki, cavadbeh pulu ondan aldadaraq almışıdr. Bundan sonra bir neçə dəfə taksi tutaraq cavabdehin yaşaşadığı ünvana getmiş və pulunu istəmişdir. Cavabdeh hər dəfə borcunu tezliklə ödəyəcəyinə söz versə də bu günədək ödəməmişdir. Cavabdeh öz əməli ilə ona maddi və mənəvi ziyan vurmuşdur. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin olunmasına dair qətnaməçıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı 2021-ci ildən tanıyır. İddiaçını əvvəllər tanımamışdır. 2021-ci ildə Cəlilabad şəhərində yerləşən Ana heykəlinin arxasında yerləşən çayxanada Yasər adlı tanışı ilə çay içən zaman onun (cavabdehin) Rusiyada yaşaması ilə bağlı söhbət etmişlər. Həmin vaxt digər stolda oturub çay içən, sonradan adını bildiyi İddiaçı onlara yaxınlaşmış və özünün də (iddiaçı) Rusiya Federasiyasında yaşadığını bildirmişdir. Bundan sonra iddiaçı ilə aralarında münasibət yaranmış və səmimi söhbət etmişlər. Lakin o (cavabdeh) iddiaçıdan heç vaxt borc pul almamışdır. İddiaçının hansı əsasla ona qarşı pul tələbinə dair məhkəməyə müraciət etməsini də bilmir. İddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Bakı şəhəri Yasamal RPİ-nin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı Cavabdeh qarşı şikayəti əsasında araşdırma aparılmış, araşdırmanın nəticəsi olaraq mübahisənin mülki xarakterli olması göstərilərək məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. Həmin qərardan görünür ki, Cavabdeh izahatında İddiaçı heç bir pul almadığını göstərmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə iclasında İddiaçı Cavabdeh 1160 manat borc pul verdiyini, göstərsə də, həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, iddiaçı cavabdehdən 250 (iki yüz əlli) manat əlavə xərc və 400 (dörd yüz) manat əldən çıxmış fayda tələb etsə də, tələbinin əsaslı olmasını məhkəməyə iclasında sübut edə bilməmiş və buna görə də iddia həmin hissədə də əsassız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanalara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 40 (qırx) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-1192/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1192/2023
11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver