Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1221/2024 25.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı pul tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 müştərək qaydada borca görə 10200 manat və ödədiyi dövlət rüsumuna görə 121 manat pul məbləğlərinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 müştərək qaydada borca görə 8200 manat və ödədiyi dövlət rüsumuna görə 121 manat pul məbləğlərinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, o, Cəlilabad rayonunun Kazımabad kəndində kartof məhsulunun əkini və satışı ilə məşğul olur. Rusiya Federasiyasından müxtəlif sort toxumluq kartof gətirib bir hissəsini özü üçün (əkibbecərmək üçün), bir hissəsini də toxumluq kartof istəyən şəxslərə satmışdır. 2023-cü ildə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 onun yaşadığı ünvana gələrək ondan toxumluq kartof məhsulunu nisyə istəmişlər. O, da Cavabdeh1 və Cavabdeh2 həm uzun müddət tanıdığı üçün, həm də həmkəndliləri olduğu üçün cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Lənkəran şəhər sakini X4 ümumilikdə 48 ton kartof məhsulu nisiyə vermişdir. Aralarında olan razılaşmaya görə aldıqları kartof məhsulunun dəyəri olan 12200 manat pulu 2023-cü ilin noyabr ayının 30-na kimi qaytaracaqlarına söz vermişlər və bununla bağlı həm Cavabdeh1 həm də X6 ona yazılı qəbz vermişlər. Qeyd edilən 12200 manat borcdan 2000 manatını məhkəməyə müraciət etməmişdən əvvəl və 2000 manatını isə məhkəməyə müraciət etdikdən sonra vermişlər, lakin qalan 8200 manat borc məbləğini isə müxtəlif bəhanələr gətirərək ona verməkdən qəsdən yayınmışlar. Ona görə də, o, Cəlilabad rayon X8 Polis Bölməsinə müraciət etmiş, həmin Polis Bölməsində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 ona olan borclarını etiraf etmişlər, lakin Polis Bölməsi tərəfindən ona mübahisənin mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X7 iddia tələbini etiraf etməsi barədə ərizəsini məhkəməyə təqdim edərək, verdiyi izahatında bildirdi ki, həqiqətən də onun İddiaçı 8200 manat borcu vardır, hazırda isə borcunu tam ödəməyə imkanı yoxdur. Lakin hazırki mübahisənin digər cavabdehlərə aidiyyatı yoxdur ona görə ki, o, iddiaçı ilə öz aralarında nisyə alqı-satqı edib razılaşdıqdan sonra, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yalnız onun göstərişi əsasında onun aldığı məhsulları iddiaçıdan qəbul etmişlər. Bundan əlavə iddiaçını digər cavabdehlər vasitəsi ilə tanımışdır. Hazırda isə iddiaçıya olan borcunu hissə-hissə ödəyəcəyinə söz verir və bu səbəbdən də iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf etməyərək verdiyi izahatında bildirdi ki, o, İddiaçı ilə həmkəndli olmuşlar və Cavabdeh2 isə onun atasıdır. İddiaçı digər cavabdeh X5 onun vasitəsi ilə tanımışdır. Cavabdeh X1 məhsullarının alqı-satqısı ilə məşğul olur, o və atası Cavabdeh2 də Nazim Sadıxlının aldığı məhsulları qəbul edib, yük avtomobillərinə yüklətdirirlər. Onun iddiaçı ilə aralarında hər hansı bir alqı-satqı müqaviləsi olmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 digər Cavabdeh1 ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialında olan borc sənədindən görünür ki, cavabdeh X7 və Cavabdeh1 İddiaçı 6000 ABŞ dolları məbləğində kartof məhsulu aldıqlarını və məhsulun dəyəri olan 6000 ABŞ dolları məbləğini 2023-cü ilin oktyabr, noyabr ayının 30-na kimi ödəyəcəklərinə söz vermişlər. İşdə olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı iddianın verilməsi ilə əlaqədar 121 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh X7 2023-cü ildə İddiaçı ümumilikdə 12200 manat məbləğində 48 ton toxumluq kartof məhsulunu nisiyə almışlar. Aralarında olan razılaşmaya əsasən cavabdeh aldığı toxumluq kartof məhsulunun dəyəri olan 12200 manat pulu 2023-cü ilin noyabr ayının 30-na kimi qaytaracağına söz vermiş və bu barədə cavabdehlər Cavabdeh1 və X6 iddiaçıya yazılı qəbz vermişlər. Cavabdeh qeyd edilən 12200 manat borcdan 2000 manat məhkəməyə müraciət etməmişdən əvvəl və 2000 manat isə məhkəməyə müraciət edildikdən sonra iddiaçıya vermiş, lakin qalan 8200 manat borc məbləğini isə müxtəlif bəhanələr gətirərək iddiaçıya verməkdən qəsdən yayınmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 isə, digər cavabdeh X3 göstərişi ilə iddiaçıdan alınan məhsulları iddaçıdan qəbul etmişlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı 8200 manat pul tələbi cavabdeh X7 tərəfindən etiraf edildiyindən ona qarşı iddia tələbi əsaslıdır, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə iddiaçı arasında alqı-satqı müqaviləsi olmadığından onlara qarşı iddia tələbi əsassızdır. Məhkəmə qeyd olunan halla bağlı cavabdeh X3 izahatını və etiraf ərizəsini obyektiv və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İş materiallarından göründüyü kimi cavabdeh X7 müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən onun iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materillarına əlavə edilmiş cavabdeh X3 ərizəsindən görünür ki, o, İddiaçı ona qarşı 8200 manat pul tələbinə dair iddiasını etiraf etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddia cavabdeh X4 münasibətdə təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə isə təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdeh X2 borca görə 8200 manat alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 121 manat dövlət rüsumu da cavabdeh X2 alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh X2 borca görə 8200 (səkkiz min iki yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 121 (bir yüz iyirmi bir) manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1221/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1221/2024
25.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver