Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1226/2023 23.08.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğundan 5000 (beş min) manat pulun və 75 (yetmiş beş) manat dövlət rüsumunun alınıb ona (iddiaçıya) verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın həcminin artırılmasına dair ərizə verərək, Cavabdeh oğundan 5000 (beş min) manat pulun, 75 (yetmiş beş) manat dövlət rüsumunun, kredit müqaviləsinin təsdiq edilməsi üçün ödənilmiş 115 (bir yüz on beş) manat dövlət rüsumunun, 32 (otuz iki) manat xidmət haqqının və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən əsas borca illik 5 faiz hesablanmış 150 (bir yüz əlli) manat əldən çıxmış faydanın alınıb ona (iddiaçıya) verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, yaxın münasibətdə olduğu ünvan 1 ünvanında yaşayan Cavabdeh xx.xx.2022-ci ildə ondan 5000 manat borc almışdır. Borcun alınması barədə cavabdehlə aralarında Masallı rayon Asan Xidmət Mərkəzinin Notariat ofisində xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi 4 000 (dörd min) manat borc dair bağlansa da, o cavabdehə 5 000 (beş min) manat vermişdir. Kredit müqaviləsinə və aralarında olan şifahi razılaşmaya əsasən cavabdeh ondan (iddiaçıdan) aldığı 5 000 (beş min) manat borcu 05 yanvar 2023-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyini yerinə yetirməmiş, borcunu ödəməkdən yayınmış və bu günədək borcunu ödəməmişdir. Kredit müqaviləsi təsdiq edilən zaman onun (iddiaçı) tərəfindən 115 (bir yüz on beş) manat dövlət rüsumu, həmçinin 32 (otuz iki) manat bank xidmət haqqı ödənilmişdir. Həmin xərcləri də cavabdehdən tələb edir. Bundan başqa, cavabdeh ondan aldığı borcunu vaxtında qaytarmadığına görə həmin puldan istədiyi kimi yararlana bilməmiş və nəticədə gəlir əldə etməsi mümkün olmamışdır. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçıdan 05 yanvar 2023-cü il tarixədək qaytarmaq şərti ilə 4 000 (dörd min) manat borc almışdır. O (cavabdeh) özü də başqa bir şəxsə borc vermiş, lakin həmin şəxs borcunu qaytarmadığından o (cavabdeh) da iddiaçıya olan borcunu qaytara bilməmişdir. Hazırda da iddiaçıya olan borcunu qaytarmaq iqtidarında deyildir. İddiaçıdan 5 000 (beş min) manat deyil, 4 000 (dörd min) manat borc almışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Masallı rayon Asan Xidmət Mərkəzinin Notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixədək qaytarmaq şərti ilə X3 4 000 (dörd min) manat borc (kredit) almışdır. İşdə olan xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən və bank qəbzindən görünür ki, İddiaçı tərəfindən kredit müqaviləsinin təsdiq edilməsi üçün 115 (bir yüz on beş) manat haqq (dövlət rüsumu) ödənilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 8 (səkkiz) manat bank xidmət haqqı ödənilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 24 (iyirmi dörd) manat bank xidmət haqqı ödənilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, hazrkı iddianın verilməsi ilə əlaqədar iddiaçı tərəfindən 75 (yetmiş beş) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh Masallı rayon Asan Xidmət Mərkəzinin Notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 4 000 (dörd min) manat borc almış və aldığı borcu xx.xx.2023-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinin təsdiq edilməsi üçün İddiaçı tərəfindən 115 (bir yüz on beş) manat haqq (dövlət rüsumu) və cəmi 32 (otuz iki) manat bank xidmət haqqı ödənilmişdir. Cavabdeh öhdəliyini yerinə yetirməmiş, aldığı borcu kredit müqaviləsində müəyyən edilmiş tarixədək qaytarmamışdır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üc min manatdan coxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakcısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə iclasında iddiaçı cavabdeh 5000 (beş min) manat borc verdiyini göstərsə də, həmin halı təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla cavabdehin iddiaçıjan kredit müqaviləsi əsasında 4 000 (dörd min) manat borc aldığı müəyyən edilmişdir. Məhkəmə iddianın əsas borca illik 5 faiz hesablanmış əldən çıxmış fayda hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 445.8-ci maddəsinə əsasən kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərər və əldən çıxmış faydanın) əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair» Plenumu Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumu da cavabdehdən alınaraq iddaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat borc pul, kredit müqaviləsinin təsdiq edilməsi üçün 115 (bir yüz on beş) manat haqq (dövlə rüsumu), 32 (otuz iki) manat bank xidmət haqqı, əsas borca illik 5 faiz hesablanmış 150 (bir yüz əlli) manat əldən çıxmış fayda və 75 (yetmiş beş) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-1226/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1226/2023
23.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver