Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1232/2025 24.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Cavabdeh məxsus olan cehiz əmlaklarının ona məxsus Cəlilabad rayonu, Günəşli kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus olan cehiz əmlaklarının ona məxsus Cəlilabad rayonu, Günəşli kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, İddiaçı nəvəsi Ülvin Babayev Cavabdeh ilə 2017-ci ildə rəsmi nikah olmadan el adəti ilə toy edərək ailə həyatı qurmuşlar. Nikahlarını isə rəsmiləşdirməmişlər. Birgə yaşadıqları dövrdə onların iki övladları olmuşdur. İddiaçının nəvəsi Ülvin ilə cavabdeh Sevinc ailə həyatı qurduqdan sonra cavabdeh iddiaçının yaşadığı evə gəlin köçmüşdür. Ülvin cavabdehlə ailə həyatı qurduqdan sonra ilk əvvəllər aralarında heç bir problem olmamış, lakin müəyyən müddətdən sonra cavabdehlə aralarında münasibətlər getdikcə problemə çevrilməyə başlamış və ara-sıra aralarında anlaşılmamazlıq yaranaraq bu problemlərin dahada böyüməsinə səbəb olmuşdur. Nəhayət iddiaçının nəvəsi ilə cavabdeh arasındakı münasibətlər uyğun gəlmədiyi üçün ayrılmışlar. Həmçinin Biləsuvar Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli qətnaməsi ilə cavabdehin iddiası üzrə onların hər iki övladı üçün alimentin ödənilməsinə dair qətnamə çıxarılmışdır. Cavabdehlə İddiaçı nəvəsi Ülvin ailə həyatı qurarkən cavabdeh özünə məxsus olan cehiz əmlakını özü ilə birlikdə iddiaçıya məxsus olan evə gətirmişdir. Cavabdeh İddiaçı məxsus olan evdə qaldığı müddət ərzində cavabdehə məxsus olan cehiz əmlakı iddaçının evində olmuş və hal-hazırda da həmin evdə saxlanılır. Cavabdeh atası evinə getdikdən sonra həmin cehiz əmlakını özü ilə aparmamış və cehiz əmlakları İddiaçı yaşadığı evində qalmışdır. Həmin cehiz əmlaklarına 1 ədəd künc divanı, 1 ədəd taxt divanı, 1 ədəd paltaryuyan, 1 ədəd soyuducu, 1 ədəd paltar şkafı, 1 ədəd qab-qacaq, süfrə, dəsmal və s. yığmaq üçün alçaq bufet (serevant), 1 ədəd çörəkbişirən, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd televizor, 1 ədəd televizor altlığı, 1 ədəd sərinkeş, 1 ədəd ayaqqabı şkafı, 1 ədəd paltarasan, 3 ədəd xalça, 1 ədəd çarpayı, 4 ədəd döşək, 7 ədəd yorğan, 1 ədəd taxt döşəyi, 1 ədəd taxt yorğanı, 8 ədəd balış, 8 ədəd nalça, 1 ədəd qapı pərdəsi, 1ədəd pəncərə pərdəsi, 1 ədəd tas (teşt), 2 ədəd yorğan (sellofanda), 1 ədəd tozsovuran, 1 ədəd qızdırıcı elektrikli soba, 1 ədəd divar saatı, 2 ədəd təxt dolabçaları, 1 ədəd çılçıraq (lyustr), 1 ədəd zibil qabı, 1 ədəd qorapalan, 2 ədəd xəmir üçün ləyən, 1 ədəd tava, 1 ədəd qazan, 5 ədəd kabab şişi, 1 ədəd kauçuk materialdan böyük ləyən, 2 ədəd kauçuk materialdan kiçik ləyən, 1 ədəd döşəmə silən, 2 ədəd çuğun vedrə, 1 ədəd fətiryayan, 3 ədəd məcməyi (padnos), 1 ədəd qəndqabı, 2 ədəd termos, 1 ədəd mikser, 2 ədəd çuğun çaydan, 3 ədəd adi çaydan, 1 ədəd soğançəkən, 2 dəst qazan naboru, 12 ədəd kasa, 1 dəst büllur stəkan, 6 ədəd çörək qabı, 1 ədəd biçaq dəsti, 3 ədəd külqabı, 4 ədəd ləpə qabı, 2 ədəd büllür qəndqabı, 1 ədəd mətməx mebeli, 1 ədəd ütü, 2 ədəd konfet qabı, 2 ədəd meyvə qabı, 2 ədəd qazan naboru daxildir. Cavabdehlə Ülvin ayrıldıqdan sonra İddiaçı cavabdehə dəfələrlə nəvəsindən ayrı yaşadığını bildirərək qeyd edilən cehiz əmlakını evdən gəlib götürməsini tələb etsə də, cavabdeh buna məhəl qoymamışdır. Cavabdehə məxsus olan cehiz əmlakının iddaçıya məxsus olan fərdi yaşayış evində yerləşdirilməsi İddiaçı yaşayış evindən istifadə hüququnu məhdudlaşdırır. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən torpağın mülkiyyətə verilməsinə dair JN-1017A KOD 80600038 saylı şəhadətnamənin surətindən görünür ki, Cəlilabad rayonu Günəşli kəndində İddiaçı, X14, X10, X5, X3, X4, X6, X7, X8 və X16 mülkiyyətinə Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli 09 saylı qərarı ilə 0.35 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Günəşli kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 24 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, Babayev X13 rayonu Günəşli kəndində pasport qeydiyyatındadır və Cəlilabad rayonu Günəşli kəndində yaşayır. İşdə olan Biləsuvar Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2(022)- 1135/2023 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, X15 17 fevral 2023-cü il tarixdə Biləsuvar rayonunda anadan olmuş X17 atası olması müəyyən edilmiş, doğum haqqında akt qeydləri kitabında X17 atası qismində X19 qeyd edilməklə, 17 fevral 2023-cü il tarixdə Biləsuvar rayonunda doğulmuş X20 doğum haqqında yeni şəhadətnamə verilməsi Biləsuvar rayon Qeydiyyat Şöbəsinə həvalə edilmiş, 11 fevral 2021-ci il tarixdə doğulmuş X11 və 17 fevral 2023-cü il tarixdə doğulmuş X1 üçün X12 Cavabdeh xeyrinə hər ay hər uşağa görə 120 manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0.35 misli miqdarında, cəmi 240 manat sabit pul məbləğində aliment tutulması, alimentin tutulması 30 avqust 2023-cü il tarixdən X18 və X27 yetkinlik yaşıına çatana qədər müəyyən edilməsi qət edilmişdir. İşdə olan 16 yanvar 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəf hazırkı iddianın verilməsi ilə əlaqədar 100 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkilinin izahatı və iş materialları ilə müəyyən edildi ki, iş üzrə iddiaçı İddiaçı nəvəsi Ülvin Babayev Cavabdeh ilə 2017-ci ildə rəsmi nikah olmadan el adəti ilə toy edərək ailə həyatı qurmuşlar. Nikahlarını isə rəsmiləşdirməmişlər. Birgə yaşadıqları dövrdə onların iki övladları olmuşdur. İddiaçının nəvəsi Ülvin ilə cavabdeh Sevinc ailə həyatı qurduqdan sonra cavabdeh iddiaçının yaşadığı evə gəlin köçmüşdür. Ülvin cavabdehlə ailə həyatı qurduqdan sonra ilk əvvəllər aralarında heç bir problem olmamış, lakin müəyyən müddətdən sonra cavabdehlə aralarında münasibətlər getdikcə problemə çevrilməyə başlamış və ara-sıra aralarında anlaşılmamazlıq yaranaraq bu problemlərin dahada böyüməsinə səbəb olmuşdur. Nəhayət iddiaçının nəvəsi ilə cavabdeh arasındakı münasibətlər uyğun gəlmədiyi üçün ayrılmışlar. Həmçinin Biləsuvar Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli qətnaməsi ilə cavabdehin iddiası üzrə onların hər iki övladı üçün alimentin ödənilməsinə dair qətnamə çıxarılmışdır. Cavabdehlə İddiaçı nəvəsi Ülvin ailə həyatı qurarkən cavabdeh özünə məxsus olan cehiz əmlakını özü ilə birlikdə iddiaçıya məxsus olan evə gətirmişdir. Cavabdeh İddiaçı məxsus olan evdə qaldığı müddət ərzində cavabdehə məxsus olan cehiz əmlakı iddaçının evində olmuş və hal-hazırda da həmin evdə saxlanılır. Cavabdeh atası evinə getdikdən sonra həmin cehiz əmlakını özü ilə aparmamış və cehiz əmlakları İddiaçı yaşadığı evində qalmışdır. Həmin cehiz əmlaklarına 1 ədəd künc divanı, 1 ədəd taxt divanı, 1 ədəd paltaryuyan, 1 ədəd soyuducu, 1 ədəd paltar şkafı, 1 ədəd qab-qacaq, süfrə, dəsmal və s. yığmaq üçün alçaq bufet (serevant), 1 ədəd çörəkbişirən, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd televizor, 1 ədəd televizor altlığı, 1 ədəd sərinkeş, 1 ədəd ayaqqabı şkafı, 1 ədəd paltarasan, 3 ədəd xalça, 1 ədəd çarpayı, 4 ədəd döşək, 7 ədəd yorğan, 1 ədəd taxt döşəyi, 1 ədəd taxt yorğanı, 8 ədəd balış, 8 ədəd nalça, 1 ədəd qapı pərdəsi, 1ədəd pəncərə pərdəsi, 1 ədəd tas (teşt), 2 ədəd yorğan (sellofanda), 1 ədəd tozsovuran, 1 ədəd qızdırıcı elektrikli soba, 1 ədəd divar saatı, 2 ədəd təxt dolabçaları, 1 ədəd çılçıraq (lyustr), 1 ədəd zibil qabı, 1 ədəd qorapalan, 2 ədəd xəmir üçün ləyən, 1 ədəd tava, 1 ədəd qazan, 5 ədəd kabab şişi, 1 ədəd kauçuk materialdan böyük ləyən, 2 ədəd kauçuk materialdan kiçik ləyən, 1 ədəd döşəmə silən, 2 ədəd çuğun vedrə, 1 ədəd fətiryayan, 3 ədəd məcməyi (padnos), 1 ədəd qəndqabı, 2 ədəd termos, 1 ədəd mikser, 2 ədəd çuğun çaydan, 3 ədəd adi çaydan, 1 ədəd soğançəkən, 2 dəst qazan naboru, 12 ədəd kasa, 1 dəst büllur stəkan, 6 ədəd çörək qabı, 1 ədəd biçaq dəsti, 3 ədəd külqabı, 4 ədəd ləpə qabı, 2 ədəd büllür qəndqabı, 1 ədəd mətməx mebeli, 1 ədəd ütü, 2 ədəd konfet qabı, 2 ədəd meyvə qabı, 2 ədəd qazan naboru daxildir. Cavabdehlə Ülvin ayrıldıqdan sonra İddiaçı cavabdehə dəfələrlə nəvəsindən ayrı yaşadığını bildirərək qeyd edilən cehiz əmlakını evdən gəlib götürməsini tələb etsə də, cavabdeh buna məhəl qoymamışdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə araşdırması zamanı cavabdehin mübahisəli torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evindən istifadəsinin haqlı olmasını təsdiq edən və buna əsas verən hər hansı bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları və X9 X2 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış sahəsindən çıxarılması və yaxud yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi məhkəmənin qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilir ki, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Qeyd edilən maddi hüquq normaları baxımından məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı cavabdehə məxsus olan cehiz əmlaklarının iddiaçıya məxsus Cəlilabad rayonu, Günəşli kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması dair tələbində tamamilə haqlıdır. Belə ki, cavabdehə məxsus cehiz əmlaklarının yerləşdiyi fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir və iddiaçının öz mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdehə məxsus əmlakın başqasının mülkiyyətində olan evdə saxlanılması əsaslı sayıla bilməz. Çünki, istənilən hər bir halda cavabdehə məxsus əmlakın həmin evdə yerləşməsi, mülkiyyətçinin əmlakın saxlandığı yaşayış sahəsindən istifadəsi baxımından onun hüquqlarını məhdudlaşdırır. Bu nöqteyi-nəzərdən məhkəmə qeyd edir ki, cavabdehə məxsus və çıxarılması tələb olunan cehiz əmlaklarının iddiaçıya məxsus evdə qalması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh məxsus 1 ədəd künc divanı, 1 ədəd taxt divanı, 1 ədəd paltaryuyan, 1 ədəd soyuducu, 1 ədəd paltar şkafı, 1 ədəd qab-qacaq, süfrə, dəsmal və s. yığmaq üçün alçaq bufet (serevant), 1 ədəd çörəkbişirən, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd televizor, 1 ədəd televizor altlığı, 1 ədəd sərinkeş, 1 ədəd ayaqqabı şkafı, 1 ədəd paltarasan, 3 ədəd xalça, 1 ədəd çarpayı, 4 ədəd döşək, 7 ədəd yorğan, 1 ədəd taxt döşəyi, 1 ədəd taxt yorğanı, 8 ədəd balış, 8 ədəd nalça, 1 ədəd qapı pərdəsi, 1ədəd pəncərə pərdəsi, 1 ədəd tas (teşt), 2 ədəd yorğan (sellofanda), 1 ədəd tozsovuran, 1 ədəd qızdırıcı elektrikli soba, 1 ədəd divar saatı, 2 ədəd təxt dolabçaları, 1 ədəd çılçıraq (lyustr), 1 ədəd zibil qabı, 1 ədəd qorapalan, 2 ədəd xəmir üçün ləyən, 1 ədəd tava, 1 ədəd qazan, 5 ədəd kabab şişi, 1 ədəd kauçuk materialdan böyük ləyən, 2 ədəd kauçuk materialdan kiçik ləyən, 1 ədəd döşəmə silən, 2 ədəd çuğun vedrə, 1 ədəd fətiryayan, 3 ədəd məcməyi (padnos), 1 ədəd qəndqabı, 2 ədəd termos, 1 ədəd mikser, 2 ədəd çuğun çaydan, 3 ədəd adi çaydan, 1 ədəd soğançəkən, 2 dəst qazan naboru, 12 ədəd kasa, 1 dəst büllur stəkan, 6 ədəd çörək qabı, 1 ədəd biçaq dəsti, 3 ədəd külqabı, 4 ədəd ləpə qabı, 2 ədəd büllür qəndqabı, 1 ədəd mətməx mebeli, 1 ədəd ütü, 2 ədəd konfet qabı, 2 ədəd meyvə qabı, 2 ədəd qazan naborundan ibarət cehiz əmlakları İddiaçı mülkiyyətində olan, Cəlilabad rayonu Günəşli kəndində yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə iddiaçı ərizə verərək ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsini xahiş etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. Cavabdeh məxsus 1 ədəd künc divanı, 1 ədəd taxt divanı, 1 ədəd paltaryuyan, 1 ədəd soyuducu, 1 ədəd paltar şkafı, 1 ədəd qab-qacaq, süfrə, dəsmal və s. yığmaq üçün alçaq bufet (serevant), 1 ədəd çörəkbişirən, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd televizor, 1 ədəd televizor altlığı, 1 ədəd sərinkeş, 1 ədəd ayaqqabı şkafı, 1 ədəd paltarasan, 3 ədəd xalça, 1 ədəd çarpayı, 4 ədəd döşək, 7 ədəd yorğan, 1 ədəd taxt döşəyi, 1 ədəd taxt yorğanı, 8 ədəd balış, 8 ədəd nalça, 1 ədəd qapı pərdəsi, 1ədəd pəncərə pərdəsi, 1 ədəd tas (teşt), 2 ədəd yorğan (sellofanda), 1 ədəd tozsovuran, 1 ədəd qızdırıcı elektrikli soba, 1 ədəd divar saatı, 2 ədəd təxt dolabçaları, 1 ədəd çılçıraq (lyustr), 1 ədəd zibil qabı, 1 ədəd qorapalan, 2 ədəd xəmir üçün ləyən, 1 ədəd tava, 1 ədəd qazan, 5 ədəd kabab şişi, 1 ədəd kauçuk materialdan böyük ləyən, 2 ədəd kauçuk materialdan kiçik ləyən, 1 ədəd döşəmə silən, 2 ədəd çuğun vedrə, 1 ədəd fətiryayan, 3 ədəd məcməyi (padnos), 1 ədəd qəndqabı, 2 ədəd termos, 1 ədəd mikser, 2 ədəd çuğun çaydan, 3 ədəd adi çaydan, 1 ədəd soğançəkən, 2 dəst qazan naboru, 12 ədəd kasa, 1 dəst büllur stəkan, 6 ədəd çörək qabı, 1 ədəd biçaq dəsti, 3 ədəd külqabı, 4 ədəd ləpə qabı, 2 ədəd büllür qəndqabı, 1 ədəd mətməx mebeli, 1 ədəd ütü, 2 ədəd konfet qabı, 2 ədəd meyvə qabı, 2 ədəd qazan naborundan ibarət cehiz əmlakları İddiaçı mülkiyyətində olan, Cəlilabad rayonu Günəşli kəndində yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsindən çıxarılsın. İddiaçı İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1232/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1232/2025
24.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver