Məhkəmə qərarları › İş №2(073)-1240/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1240/2023

14.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1240/2023 14.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi FeyzullazadəƏli Elşən oğlunun, İddiaçı, Cavabdeh X5 iştirakı ilə, İddiaçı cavabdeh X7 qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X7 qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2018ci il tarixdə anadan olmuş X1 üçün alimentin həcminin artırılaraq Cavabdeh hər ay hər bir uşaq üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq ona (iddiaçıya) verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)- 1272/2022 saylı qətnaməsi ilə xx.xx.2017-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2018ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər bir uşağa görə 140 manat sabit pul məbləğində alimentin tutularaq ona (iddiaçıya) verilməsi qət olunmuşdur. Məhkəmə qətnaməsinə əsasən cavabdeh tərəfindən ödənilən alimentin məbləği uşaqların maddi cəhətdən saxlanmasında kifayət etmir. Cavabdeh işləyir və uşaqlarına tələb edilən məbləğdə aliment ödəmək iqtidarındadır. Buna baxmayaraq cavabdeh uşaqların maddi cəhətdən saxlanmasında əlavə olaraq ona (iddiaçıya) kömək etmir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X10 iddianı qismən etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-1272/2022 saylı qətnaməsi ilə xx.xx.2017-ci il tarixində anadan olmuş X4 və xx.xx.2018-ci il tarixində anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan (cavabdehdən) hər ay hər bir uşağa görə 140 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət olunmuşdur. Özü tikintidə işləyir və aylıq 667 manat əmək haqqı alır. Aldığı əmək haqqı ilə özünü və ailəsini dolandırmaqda çətinlik çəkir. İddiaçının tələb etdiyi məbləğdə aliment ödəmək iqtidarında deyildir. Bunanla belə, hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat aliment ödəyə bilər. Qeyd edilənlərin nəzərə alınaraq iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İV 026099 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 12 noyabr 2017-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası X2r. İşdə olan Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-İV 227281 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 06 dekabr 2018-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası X2r. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)- 1272/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı ilə cavabdeh X10 arasnda 3 saylı Bakı Asan xidmət X11 bağlanmış xx.xx.2016-cı il tarixli, 4535 saylı nikah akt qeydinin pozulması, xx.xx.2017-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2018ci il tarixdə anadan olmuş X3 anası İddiaçı yanında qalmasının müəyyən edilməsi və xx.xx.2017-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad Rayon Məhkəmsinin xx.xx.2022-ci il tarixli, 2(073)-1272/2022 saylı qətnaməsi ilə xx.xx.2017-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər bir uşağa görə 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət olunmuşdur. Məhkəmə qətnaməsinə əsasən cavabdeh tərəfindən ödənilən alimentin məbləği uşaqların maddi cəhətdən saxlanmasında kifayət etmir. Buna baxmayaraq cavabdeh uşaqların maddi cəhətdən saxlanmasında əlavə olaraq iddiaçıya kömək etmir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında» Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu ölkəüzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment vermək imkanına malik olmasına dair iddiaçının irəli sürdüyü halların məhkəmə iclasında öz təsdiqini tapmadığını, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin uşağın saxlanması üçün kifayət etmədiyini, iddiaçının işləmədiyini nəzərə alır və hesab edir ki, cavabdehdən hazırda hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-1272/2022 saylı qətnaməsi ilə xx.xx.2017-ci il tarixdə doğulmuş X4 və xx.xx.2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat sabit pul məbləğində müəyyən edilsin və məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2017-ci il tarixdə doğulmuş X4 və xx.xx.2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 58.40 (əlli səkkiz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilbad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar