Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1242/2023 14.09.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 570 (beş yüz yetmiş) manat pulun və 35 (otuz beş) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında götərmişdir ki, Cəlilabad şəhərində yaşayır və ustalıq etməklə evlərin təmiri ilə məşğul olur. Vətəndaşlardan gələn sifarişlər üzrə onların evlərini təmir edərək ailəsini dolandırır. Cavabdehi rayon sakini kimi tanımışdır. Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış evində cavabdehoin sifarişi ilə usta kimi işləmiş və təmir işləri görmüşdür. Belə ki, evin söküntü işlərini, hörgü işlərini, eleçtrik işlərini, pilləkan işini, kanlzasiya işini, kafel-metlax işini, lambir işini, suvaq işini, hamam aksessuar işini və digər işləri icra etmiş və gördüyü işlərin dəyəri 2325 (iki min üç yüz iyirmi beş) manat təşkil etmişdir. Cavabdeh həmin puldan 1750 (bir min yeddi yüz) manatını özü və qohumu vasitəsi ilə ona (iddiaçıya) ödəmiş, qalan 570 (beş yüz yetmiş) manatı isə ödəməmişdir. Cavabdehdən qalan 570 (beş yüz yetmiş) manatı ödəməsini dəfələrlə tələb etsə də, cavabdeh həmin məbləği ona ödəməkdən imtina etmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı ilə aralarında olan razılığa əsasən iddiaçı onun evində usta kimi işləmiş və gördüyü işlərin dəyəri 2240 (iki min iki yüz qırx) manat təşkil etmişdir. Həmin puldan 1750 (bir min yeddi yüz əlli) manatını şəxsən özü, qalan pulu isə dayısının (cavabdehin) vasitəsi ilə iddiaçıya ödəmişdir. Onun iddiaçıya heç bir borcu qalmamışdar. İddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehə məxsus evdə cavabdehin sifarişi ilə usta kimi işləmiş və gördüyü işlərin dəyəri 2240 (iki min iki yüz qırx) manat təşkil etmişdir. Cavabdeh həmin puldan 1750 (bir min yeddi yüz əlli) manatını iddiaçıya ödəmiş, qalan pulu isə ödəməmişdir. İddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq cavabdeh qalan pulu iddiaçıya ödəməkdən imtina etmişdir. Buna görə də, ididaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya raılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız mud müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərləşdirildiyi hesab olunur. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər muqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Məhkəmə iclasında iddiaçı cavabdehə məxsus evdə 2325 (iki min üç yüz iyirmi beş) manat dəyərində işlər gördüyünü göstərsə də, həmin halı təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh isə iddiaçının gördüyü işlərin dəyərinin 2240 (iki min iki yüz qırx) manat təşkil etdiyini göstərmişdir. Belə halda məhkəmə iddiaçı tərəfindən cavabdehin evində görülmüş işlərin dəyərini cavabdehin etiraf etdiyi dəyərdə, yəni 2240 (iki min iki yüz qırx) manat dəyərində qəbul edir. Bundan başqa, məhkəmə iclasında cavabdeh iddiaçıya qalan borcunu dayısının vasitəsi ilə ödədiyini göstərsə də, həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə iclasında cavabdehin iddiaçıya qalan borcunun 490 (dörd yüz doxsan) manat (2240-1750=490) təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 490 (dörd yüz doxsan) manat pul və 33 (otuz üç) manat manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-1242/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1242/2023
14.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver