Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-1248/2024 09.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 3000 (üç min) manat məbləğində pulun və 42.40 (qırx iki manat qırx qəpik) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı iddia tələbi ilə bağlı 42 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. İddia ərizəsi verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinin tələbləri pozulmuş, qanunvericiliklə nəzərdə tutulmuş məbləğdə deyil, dövlət rüsumu az ödənilmişdir. Belə ki, “Dövlət rüsumu” haqqında Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan çox olduqda ödənilməli olan dövlət rüsumunun məbləği 50 manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 151.1 -ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddiaçı 3000 (üç min) manat məbləğində pulun onun xeyrinə ödənilməsini tələb etsə də, qanunla nəzərdə tutulmuş məbləğdə (50 manat) dövlət rüsumu ödəməli olduğu halda 42 manat dövlət rüsumu ödəmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, hazırkı iddia tələbi ilə bağlı 8 manat əlavə dövlət rüsumu ödəməklə yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-1248/2024
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-1248/2024
09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver