Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-125/2024 11.01.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 870 manat və ödədiyi dövlət rüsumuna görə 30 manat pul məbləğlərinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, o, xx xxx 1982-ci iltarixdə Cəlilabad şəhərində doğulub. Cavabdehi rayon sakini kimi tanımışdır. Cavabdeh X1 "xxxx" BOKT QSC-nin Cəlilabad filialından 04 mart 2014-cü il tarixdə kredit götürdüyü üçün onun bacısının xahişi üzərinə kredit təşkilatı qarşısında Mübarizin kredit borcunun ödənilməsi məsuliyyətini öz üzərinə götürmüşdür. Cavabdehin bacısı ilə qonşu olduğu üçün cavabdehin bacısı ondan Mübarizə zamin durmasını xahiş etmişdir. Lakin sonradan Cavabdeh həmin krediti ödəməmiş və nəticədə Mübarizin kredit borcu onun əmək haqqına yönəldilərək onun hesabından 769 manat pul tutularaq "xxxx" BOKT QSCyə ödənildi. O, cavabdehdən onun əmək haqqından tutulan pulları qaytarmasını dəfələrlə tələb etsə də, cavabdeh hər dəfə bir bəhanə gətirərək həmin pulu qaytarmaqdan imtina etmişdir. Bundan əlavə ümumi 7 faiz həcmində icra ödənişi olan 97,87 manat onun əmək haqqından tutularaq icra məmurunun depozit hesabına köçürülmüşdür. Cavabdeh onun pulunu qaytarmadığı üçün məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və şahidin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X2 verdiyi izahatında bildirdi ki, İddiaçı onun bacısıdır. 2014-cü ildə Cavabdeh bankdan pul götürmək istəyirmiş, lakin rəsmi qaydada əmək haqqı alan zamin tapa bilmədiyi üçün, bacısı hazırki iş üzrə İddiaçı onun xahişi ilə Cavabdeh "xxxx" BOKT QSC-nin Cəlilabad filialından götürdüyü kredit məbləği üzrə bank qarşısında kreditin ödənilməsi üçün məsuliyyəti öz üzərinə götürərək zamin durmuşdur. Cavabdeh əvvəllər banka ödəniş etsə də, sonradan ödənişləri etməkdən yayınmışdır. Buna görə də bank məhkəməyə müraciət etmiş və Cəlilabad rayon məhkəməsinin müvafiq qərarı qəbul olunmuş və həmin qərarın icrası zamanı Cavabdeh banka olan kredit borcu bacısı İddiaçı əmək haqqına yönəldilərək əmək haqqı hesabından 769 manat pul tutularaq "xxxx" BOKT QSC-yə ödənilmişdir. Cavabdeh isə bacısı İddiaçı əmək haqqı hesabından tutulan həmin 769 manatı bu günə kimi İddiaçı qaytarmamışdır. İşdə olan iddiaçı "xxxx" BOKT QSC ilə İddiaçı arasında bağlanmış 04 mart 2014-cü il tarixli, KACal 113401/14 saylı zaminlik müqaviləsindən görünür ki, zamin borcalanın kreditor qarşısında 04 mart 2014-cü il tarixli, KACal 113401/14 saylı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi ilə əlaqədar öhdəlik götürmüş və kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İşdə olan Cəlilabad rayon İcra və Probasiya şöbəsi tərəfindən "xxxx" MMC-yə göndərilmiş 12 aprel 2023-cü il tarixli, 222155/30-13 saylı məktubundan görünür ki, borclular Cavabdeh və İddiaçı "xxxx" BOKT MMC-yə olan 769 manat borcun, "xxxx" MMCdə işləyən İddiaçı aldığı əmək haqqı hesabından 50% tutularaq "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməsi qeyd edilmişdir. İşdə olan "xxxx" QSC tərəfindən tərtib edilmiş 08 may 2023-cü il tarixli, ******* saylı ödəniş tapşırığından görünür ki, 12 aprel 2023-cü il tarixli, 222155/30-13 saylı icra sənədinə əsasən İddiaçı əmək haqqı hesabından DAMLA MEBEL” MMC-nin hesabı ilə BOKT MMC-nin hesabına 172,50 manat köçürülmüşdür. İşdə olan "xxxx" QSC tərəfindən tərtib edilmiş 09 iyun 2023-cü il tarixli, ******* saylı ödəniş tapşırığından görünür ki, 12 aprel 2023-cü il tarixli, 222155/30-13 saylı icra sənədinə əsasən İddiaçı əmək haqqı hesabından DAMLA MEBEL” MMC-nin hesabı ilə BOKT MMC-nin hesabına 172,50 manat köçürülmüşdür. İşdə olan "xxxx" QSC tərəfindən tərtib edilmiş 11 iyul 2023-cü il tarixli, ******* saylı ödəniş tapşırığından görünür ki, 12 aprel 2023-cü il tarixli, 222155/30-13 saylı icra sənədinə əsasən İddiaçı əmək haqqı hesabından DAMLA MEBEL” MMC-nin hesabı ilə BOKT MMC-nin hesabına 200 manat köçürülmüşdür. İşdə olan "xxxx" QSC tərəfindən tərtib edilmiş 10 avqust 2023-cü il tarixli, ******* saylı ödəniş tapşırığından görünür ki, 12 aprel 2023-cü il tarixli, 222155/30-13 saylı icra sənədinə əsasən İddiaçı əmək haqqı hesabından DAMLA MEBEL” MMC-nin hesabı ilə BOKT MMC-nin hesabına 200 manat köçürülmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı "xxxx" BOKT QSC ilə Cavabdeh arasında bağlanmış 04 mart 2014-cü il tarixli, KACal 113401/14 saylı kredit müqaviləsi üzrə, eyni tarixli və saylı zaminlik müqaviləsinə əsasən cavabdehə məxsus öhdəlikləri öz üzərinə götürmüşdür. Bundan sonra Cəlilabad rayon İcra və Probasiya şöbəsi tərəfindən "xxxx" MMC-yə göndərilmiş 12 aprel 2023-cü il tarixli, 222155/30-13 saylı icra məktuba əsasən İddiaçı əmək haqqı hesabından "xxxx" BOKT MMC-yə 08 may 2023-cü il tarixli, ******* saylı ödəniş tapşırığına əsasən 172,50 manat, 09 iyun 2023-cü il tarixli, ******* saylı ödəniş tapşırığına əsasən 172,50 manat, 11 iyul 2023-cü il tarixli, ******* saylı ödəniş tapşırığına əsasən 200 manat, 10 avqust 2023-cü il tarixli, ******* saylı ödəniş tapşırığına əsasən 200 manat olmaqla, ümumilikdə 769 manat tutularaq "xxxx" BOKT MMC-nin geyrinə ödənilmiş, lakin cavabdeh həmin pulu iddiaçıya geri qaytarmamışdır. Məhkəmə iclasında iddiaçının və şahidin izahatları və iş materialları ilə sübut olundu ki, İddiaçı əmək haqqı hesabından Cavabdeh "xxxx" BOKT MMC-yə olan kredit borcuna görə ümumilikdə 769 manat məbləğində pul vəsaiti tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 870 manat pul tələbində qismən haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh borca görə 745 manat alınıb İddiaçı verilməli, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 745 (yeddi yüz qırx beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul məbləğlərinin alınıb İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-125/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-125/2024
11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver