Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1282/2023 18.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 yanvar 2014-cü il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin artırılaraq hər ay bir uşağa görə 220 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona (iddiaçıya) ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı ilə Cavabdeh faktiki evlənmişlər, nikahlarını isə xx.xx.2011-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 22 yanvar 2014-cü ildə Elşad adlı uşaqları doğulmuşdur. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(073)- 170/2015 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, 22 yanvar 2014-cü il təvəllüdlü X3 iddiaçının yanında qalması müəyyən edilmiş və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay bir uşağa görə 80 (səksən) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət olunmuşdur. Məhkəmə qətnaməsinə əsasən cavabdeh tərəfindən ödənilən alimentin məbləği uşağın maddi cəhətdən saxlanmasında kifayət etmir. Cavabdeh hal-hazırda uşağına tələb edilən məbləğdə aliment ödəmək iqtidarındadır. Buna baxmayaraq cavabdeh uşağın maddi cəhətdən saxlanmasında əlavə olaraq iddiaçıya kömək etmir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı ilə faktiki evlənmişlər, nikahlarını isə xx.xx.2011-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 22 yanvar 2014-cü ildə Elşad adlı uşaqları doğulmuşdur. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(073)-170/2015 saylı qətnaməsi ilə iddiaçı ilə aralarında olan nikah pozulmuş, 22 yanvar 2014-cü il təvəllüdlü X3 iddiaçının yanında qalması müəyyən edilmiş və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ondan (cavabdehdən) hər ay bir uşağa görə 80 (səksən) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət olunmuşdur. İddiaçı ilə ayrılıqdan sonra ikinci dəfə ailə qurmuş və ikinci evliliyindən üç uşağı doğulmuşdur. Məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş alimenti ödəməkdə çətinlik çəkir. İddiaçının tələb etdiyi məbləğdə aliment ödəmək iqtidarında deyildir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 22 yanvar 2014-cü ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(073)-170/2015 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 439 saylı nikahın pozulması, tərflərin birgə nikahlarından doğulmuş Elşadın anası İddiaçı yanında qalmasının müəyyən olunması və 03 mart 2015ci il tarixdə başlayaraq 22 yanvar 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət olunmuşdur. İşdə olan Biləsuar rayon qeydiyyat şöbəsi təərfindən verilmiş xx.xx.2017-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 xx.xx.2017-ci ildə nikalarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 183 saylı qeydiyyat aparılaraq, arvada Seyidzadəyeva soyadı verilmişdir. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2017-ci ildə doğulmuşdur. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.2019-cu ildə doğulmuşdur. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2023-cü ildə doğulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(073)-170/2015 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, 22 yanvar 2014-cü il təvəllüdlü X3 iddiaçının yanında qalması müəyyən edilmiş və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər 80 (səksən) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət olunmuşdur. Məhkəmə qətnaməsinə əsasən cavabdeh tərəfindən ödənilən alimentin məbləği uşağın maddi cəhətdən saxlanmasında kifayət etmir. Buna baxmayaraq cavabdeh uşağın maddi cəhətdən saxlanmasında əlavə olaraq iddiaçıya kömək etmir. Buna görə də iddiaçıhazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ilə ayrılqıdan sonra cavabdeh ikinci dəfə rəsmi nikah qeyd etdirməklə X7 ilə evlənmiş və həmin nikahdan üç uşağı doğulmuşdur. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay bir uşağa görə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında» Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment vermək imkanına malik olmasına dair iddiaçının irəli sürdüyü halların məhkəmə iclasında öz təsdiqini tapmadığını, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin uşağın saxlanması üçün kifayət etmədiyini, cavabdehin ikinci difə evləndiyini və həmin nikahdan üç uşağının doğulduğunu nəzərə alır və hesab edir ki, cavabdehdən hazırda hər ay uşağa görə 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(073)-170/2015 saylı qətnaməsi ilə 22 yanvar 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşağa görə 130 (bir yüz otuz) manat sabit pul məbləğində müəyyən edilsin və məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq 22 yanvar 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 35.60 (otuz beş manat altmış qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilbad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-1282/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1282/2023
18.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver