Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1291/2024 14.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı cavabdeh Cəlilabad rayonu 1 saylı Notariat Ofisinə qarşı Cəlilabad rayonu 1 saylı Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən verilən borcun ödənilməsi haqqında 25 fevral 2024-cü il tarixli, (8i)-1996 nömrəli icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Cəlilabad rayonu 1 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu 1 saylı Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən verilən borcun ödənilməsi haqqında 25 fevral 2024-cü il tarixli, (8i)-1996 nömrəli icra qeydinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında İddiaçı iddiasını müdafiə edərək, verdiyi izahatında bidirmişdir ki, Bakı şəhəri Nərimanov rayon sakin X4 ilə arasında bağlanmış borc müqaviləsi üzrə ona borc pul verilmişdir. Qeyd edilən müqavilə üzrə öhdəliyini vaxtıvaxtında yerinə yetirərək borcunu ödəmiş, sonradan maddi imkanları zəif olduğu üçün ödənişləri ödəyə bilməmişdir. Buna baxmayaraq öhdəliyi üzrə məbləğlərdə müəyyən gecikmələr və fərqlər olsa da, Ağəli Səfərovla razılıqları əsasında hazıradək hər ay günədək ödənişlər etmişdir. Lakin bir neçə gün bundan əvvəl icra məmuru onun tərəfindən icra edilməmiş öhdəliyimin icrasının təmin edilməsi üçün notariusun icra qeydi əsasında İcra şöbəsinə icra sənədi daxil olmuşdur deyə ona bildirmişdir. Cəlilabad rayonu 1 saylı Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilən icra qeydində onun borcu şişirdilmişdir və buna görə də icra qeydi üzrə mübahisəli hallar olduğundan həmin əsassız icra qeydi ləğv edilməlidir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı, cavabdeh Cəlilabad rayonu 1 saylı Notariat Ofisinin nümayəndəsi, mübahisə predmeti ilə bağlı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və Cavabdeh1 nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə İddiaçı, cavabdeh Cəlilabad rayonu 1 saylı Notariat Ofisinin nümayəndəsinin və mübahisə predmeti ilə bağlı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3 və Cavabdeh1 nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Cəlilabad rayonu 1 saylı Notariat Ofisinin xüsusi notariusu X1 reysterdə 8i-1996 № ilə qeydə aldığı 25 fevral 2024-cü il tarixli icra qeydindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan X3 xeyrinə Cəlilabad rayonu, Gülməmmədli kəndində qeydiyyatda olan İddiaçı vaxtında ödənilməmiş 17000 manat və ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi 17025 manat məbləğində pul tutulması qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 ilə İddiaçı arasında bağlanmış borc müqaviləsinə əsasən X6 Ağayevə borc pul verilmişdir. İddiaçı qeyd edilən müqavilə üzrə öhdəliyini vaxtı-vaxtında yerinə yetirərək borcunu ödəməyə başlamış, sonradan maddi imkanı zəif olduğu üçün ödənişləri ödəyə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. İddiaçı ərizəsində və verdiyi izahatında qeyd edilən müqavilə üzrə öhdəliyini vaxtıvaxtında yerinə yetirərək borcunu ödədiyini, sonradan maddi imkanları zəif olduğu üçün ödənişləri ödəyə bilmədiyini, buna baxmayaraq öhdəliyi üzrə məbləğlərdə müəyyən gecikmələr və fərqlər olsa da, Ağəli Səfərovla razılıqları əsasında hazıradək hər ay günədək ödənişlər etdiyini qeyd etsə də, iddiaçı tərəfindən həmin halları təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı da həmin hal öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Cəlilabad rayonu 1 saylı Notariat Ofisinə qarşı Cəlilabad rayonu 1 saylı Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən verilən borcun ödənilməsi haqqında 25 fevral 2024-cü il tarixli, (8i)-1996 nömrəli icra qeydinin ləğv edilməsi tələbində haqlı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Göründüyü kimi Cəlilabad rayonu 1 saylı Notariat Ofisi tərəfindən icra edilmiş borcun ödənilməsi haqqında icra qeydi qanuni əsaslarla və müddətlərdə aparılmış, məhkəmə iclasında həmin icra qeydinin ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən iddianın əsassız olması qənaətinə gələrək hesab edir ki, İddiaçı cavabdeh Cəlilabad rayonu 1 saylı Notariat Ofisinə qarşı Cəlilabad rayonu 1 saylı Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən verilən borcun ödənilməsi haqqında 25 fevral 2024-cü il tarixli, (8i)-1996 nömrəli icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin baxılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216, 220, 227 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçı cavabdeh Cəlilabad rayonu 1 saylı Notariat Ofisinə qarşı Cəlilabad rayonu 1 saylı Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən verilən borcun ödənilməsi haqqında 25 fevral 2024-cü il tarixli, (8i)-1996 nömrəli icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1291/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1291/2024
14.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver