Məhkəmə qərarları › İş №2(073)-130/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-130/2023

01.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-130/2023 01.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi X3, Cavabdeh və onun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə inşa etdirimiş fərdi yaşayış evinə çəkilmiş xərcin yarısının ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə inşa etdirilmiş fərdi yaşayış evinə çəkilmiş xərcin yarısının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq Y/M Niyazi Əsgərov küçəsində yerləşən 46 saylı fərdi yaşayış evin əldə olunmasına çəkilən xərcin - 25000 (iyirmi beş min) manatın yarısı olan 12500 (on iki min beş yüz) manatın cavabdehdən onun xeyrinə tutulmasna dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, izahatında göstərmişdir ki, iddiaçı ilə Cavabdeh faktiki evlənmişlər, nikahlarını isə xx.xx.2013-cü ildə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından uşaqları doğulmamışdır. Ailə münasibətləri pozulduğundan tərəflər arasında olan nikah Cəlilabad Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli 2-(073)-670/2022 saylı qətnaməsi ilə pozulmuşdur. Tərəflər birgə yaşadıqları dövrdə Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivində yerləşən torpaq sahəsində birgə vəsaitləri hesabına fərdi yaşayış evi inşa etdirmişlər və həmin fərdi yaşayış evinin inşasına 25 000 (iyirmi beş min) vəsait xərcləmişlər. Həmin fərdi yaşayış evinə təbii qazın verilməsi üçün iddiaçı ilə «Azəriqaz» İB arasında xx.xx.2019-cu il tarixli, AB 2015 saylı qazın alqı-satqısına dair müqavilə bağlanmışdır. Bundan başqa, "xxxx" ASC tərəfindən iddiaçının adına **********04638 abunə kodu açılmışdır. Fərdi yaşayış evinin tikintisinə sərf olunmuş vəsait tərəflərin birgə nikah dövründə qazandıqları pul vəsait olmuşdur. Aralarında olan narazılıqlara və nikahları pozulduğuna görə iddiaçı həmin evdən çıxmalı olmuş və hazırda cavabdeh həmin evdə yaşayır. Ayrıldıqdan sonra iddiaçı cavabdehdən birgə nikah dövründə inşa etdirdikləri fərdi yaşayış evinə çəkilmiş xərcin yarısını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, İddiaçı Cavabdeh ilə birgə nikah dövründə Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivində inşa etdirdikləri fərdi yaşayış evinin inşasına çəkilmiş 25 000 (iyirmi beş min) manat vəsaitin yarısının, yəni 12 500 (on iki min beş yüz) manat pulun və 80 (səksən) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı ilə faktiki evlənmişlər, nikahlarını isə xx.xx.2013-cü ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından uşaqları doğulmamışdır. Ailə münasibətləri pozulduğundan aralarında olan nikah Cəlilabad Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli 2-(073)-670/2022 saylı qətnaməsi ilə pozulmuşdur. İddiaçı ilə birgə yaşdıqları dövrdə Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində ümumi sahəsi 60 kv.metr olan 2 otaq, 1 zal və mətbəxdən ibarət fərdi yaşayış evi inşa etdirmişlər və iddiaçı ilə ayrılana kimi həmin evdə yaşamışlar. Həmin evin inşasına 20 000 (iyirmi min) manat vəsait xərcləmişlər. Evin inşa edildiyi torpaq sahəsi mülkiyyətə olmadığından fərdi yaşayış evinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Həmin evin tikintisində atası (cavabdehin) da onlara kömək etmişdir. Evdən çıxan zaman evə çəkilən xərcdən iddiaçıya düşən payı, yəni 14 000 (on dörd min) manat vəsaiti iddiaçıya vermişdir. Buna görə də iddanı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 cavabdehin izahatına uyğun izahat verərək, iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)- 670/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı ilə Cavabdeh Elşən oğlu arasında Cəlilabad rayon qeydiyyat şöbəsində bağlanmış 05 iyul 2013-cü il tarixli, 351 nömrəli nikah pozulmuşdur. İşdə olan Cəlilabd rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 105 saylı qeydiyyat aparılmışdır. İşdə olan «Azəriqaz» İB ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AB2015 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı» barədə müqavilənin surətindən görünür ki, «Azəriqaz» İB iddiaçının yaşadığı Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivində yerləşən fərli yaşayış evini təbii qazla təmin etməyi öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" K/M tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən "xxxx" Kiçik Müəssisəsində kolbosa bağlayan vəzifəsində çalışır. İş materiallarına əlavə edilmiş Abşeron rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismarı Təmiri Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq Y/M Niyazi Əsgərov küçəsində 2012-ci ildən 2021-ci ilin iyun ayına kimi qeydiyyatsız yaşamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər faktiki evlənmişlər, nikahlarını isə xx.xx.2013-cü ildə rəsmiləşdirmişlər. Ailə münasibətləri pozulduğundan tərəflər arasında olan nikah Cəlilabad Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli 2- (073)-670/2022 saylı qətnaməsi ilə pozulmuşdur. Tərəflər birgə yaşadıqları dövrdə Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivində yerləşən torpaq sahəsində birgə vəsaitləri hesabına fərdi yaşayış evi inşa etdirmişlər. Həmin fərdi yaşayış evinə təbii qazın verilməsi üçün iddiaçı ilə «Azəriqaz» İB arasında xx.xx.2019-cu il tarixli, AB 2015 saylı qazın alqı-satqısına dair müqavilə bağlanmışdır. Aralarında olan narazılıqlara və nikahları pozulduğuna görə iddiaçı həmin evdən çıxmalı olmuş və hazırda cavabdeh həmin evdə yaşayır. Ayrıldıqdan sonra iddiaçı cavabdehdən birgə nikah dövründə inşa etdirdikləri fərdi yaşayış evinə çəkilmiş xərcin yarısını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi fərdi yaşayış evinin inşasına 25 000 (iyirmi beş min) manat vəsait xərcləndiyini göstərsə də, həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh isə həmin evin inşasına 20 000 (iyirmi min) manat vəsait xərclədiklərini göstərmişdir. Buna görə də, məhkəmə hesab edir ki, tərəflərin birgə nikah dövründə inşa etdirdikləri fərdi yaşayış evinə çəkilmiş xərc cavabdehin izahatında göstərdiyi kimi, yəni 20 000 (iyirmi min) manat qəbul edilməlidir. Bundan başqa, məhkəmə iclasında cavabdeh izahatında evdən çıxan zaman evə çəkilən xərcdən iddiaçıya düşən payı, yəni 14 000 (on dörd min) manat vəsaiti iddiaçıya verdiyini göstərsə də həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilərək, İddiaçı Cavabdeh ilə birgə nikah dövründə Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivində inşa etdirdikləri fərdi yaşayış evinin inşasına çəkilmiş 20 000 (iyirmi min) manat vəsaitin yarısı, yəni 10 000 (on min) manat pulun Cavabdeh alınaraq İddiaçı verilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 80 (otuz) manat dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh ilə birgə nikah dövründə Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivində inşa etdirdikləri fərdi yaşayış evinin inşasına çəkilmiş 20 000 (iyirmi min) manat vəsaitin yarısı, yəni 10 000 (on min) manat pul və 80 (səksən) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar