Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1300/2025 17.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ X31 Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması” tələbi barədə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********43 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında onun və ailə üzvlərinin birgə mülkiyyətində olan torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsində cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-cı il tarixli, 06 saylı sərəncamı ilə iddiaçı və onun ailə üzüvlərinə 2.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Buna dair onlara JN-344, 80617018 nömrəli təhkim aktı da verilmişdir. Bundan əlavə olaraq həmin torpaq sahəsinin onların mülkiyyətinə verilməsi ilə bağlı 23 yanvar 2023-cü il tarixli, **********43 reyestr nömrəli çıxarış da onlara təqdim olunmuşdur. Bütün bunlara baxmayaraq həmin torpaq sahəsini cavabdeh zəbt etdiyindən o, torpağını təyanatı üzrə istifadə edə bilmir. Belə ki, ötən müddət ərzində torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunmuş, cavabdeh şum və əkin vaxtlarında sahədə bu işləri görməyinə mane olmaqla onun mülkiyyət hüququ pozulmuşdur. O, torpaq sahəsinin başqa şəxs tərəfindən zəbt olunması barədə dəfələrlə cavabdehə, kənd bələdiyyəsinə və digər aidiyyəti orqanlara müraciətlər etmişdir. Bununla bağlı DƏDRX-ın X32 8 saylı Ərazi İdarəsinin Yerqurluşunun X16 üzrə mühəndislərinin, Muğan kənd icra nümayəndəsinin, Muğan bələdiyyəsinin sədrinin və onun iştirakı ilə 23 dekabr 2024-cü il tarixli akt tərtib olunaraq çıxarış üzrə torpaq sahəsinin döngə nöqtələri ölçülərək ona tanıdılmışdır. Torpaq sahəsinin döngə nöqtələri müəyyən olunduqdan sonra cavabdehin ona məxsus torpaq sahəsinin 1.50 ha hissəsini zəbt etdiyi məlum olmuşdur. Lakin cavabdeh hal-hazırda da onun iradlarına baxmayaraq torpaq sahəsinin onlara məxsus olmasını iddia edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh əvvəlki məhkəmə iclasında verdiyi izahatında iddianı etiraf etmədiyini, həmin ərazinin iddiaçıya aid olmadığını və uzun müddətdir ki, həmin torpaq sahəsini əkib-becərdiyini bildirsə də, sonuncu məhkəmə iclasında cavabdeh mütəxəssis rəyinə münasibət bildirərək göstərilən halın torpaq sürüşməsi nəticəsində yarana biləcəyini bildirmiş və qeyd etdiklərinin məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdəki sənədləri tədqiq edib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, Torpağın mülkiyyətə verilməsinə dair JN-344 Kod 80617018 saylı dövlət aktından görünür ki, X6 və ailə üzvlərinə Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 2 iyun 1998-ci il tarixli 6 nömrəli qərarı ilə 2.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş **********43 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cəlilabad rayonu Muğan kəndində yerləşən 2.7595 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və onun ailə üzləri X20, X17, X18, X13, X14, X7, X8, X15 və X4 birgə mülkiyyətindədir. İş materiallarında olan 23 dekabr 2024-cü il tarixli Aktdan görünür ki, **********3 saylı çıxarışa əsasən Cəlilabad rayonu Maşlıq kənd ərazisində X11 mülkiyyətində olan 2.76 ha torpaq sahəsinin döngə nöqtələri yerində ölçülərək ona tanıdılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr PHŞ tərəfindən verilmiş **********42 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh və X1, X9, X5, X2 və X3 birgə mülkiyyətində Cəlilabad rayonu Muğan kəndində yerləşən, sahəsi 1.5658 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş 5 dekabr 2025-ci il tarixli Mütəxəssis rəyindən görünür ki, Cəlilabad rayonu Muğan kəndi ərazisində Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən**********43 reyestr nömrəli çıxarışın “Torpaq sahəsinin planı və ölçüsü sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən İddiaçı və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 344 saylı 2.7595 ha torpaq sahəsindən 1.3262 hektaradək hissəsi özünün, cənub-şərq istiqamətində qalan 1.4378 hektaradək hissəsi isə Cavabdeh faktiki istifadəsində olduğu müəyyən edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iş üzrə mütəxəssis rəyinin alınması üçün İddiaçı tərəfindən 95 (doxsan beş) manat vəsait Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialındakı hesablaşma hesabına ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-u maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 15 aprel 2002-ci il tarixdən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məcəllələri üzrə Avropa məhkəməsinin yuridiksiyasının məcburliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksyası altında olan insanların Konvensiyada nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Yuxarıda sadalanan normaların mahiyyəti və hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvercilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirdə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir . Göründüyü kimi, iddiaçı mülkiyyətində olan əmlakından maneəsiz istifadə hüquqlarından məhrum olmuşdur. Bu hal onun hüquqlarını məhdudlaşdırır və əmlakından mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Məhkəmə iclasında tədqiq edilən mötəbər sübutlarla, o cümlədən mütəxəssis rəyi, mübahisə predmeti olan torpaq sahəsinin ölçü planı, eləcə də işin faktiki halları ilə müəyyən edildi ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********43 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə Cəlilabad rayonu Muğan kəndində yerləşən 2.7595 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş, lakin, Cavabdeh iddiaçı və onun ailə üzlərinin birgə mülkiyyətində olan bu torpaq sahəsinin 1.4378 hektaradək hissəsini istifadə edərək, sonuncunun mülkiyyətindən maneəsiz istifadə hüququnu pozmuşdur. Bu səbəbdən də, iddiaçı yuxarıda qeyd edilən qanunun normalarının tələblərinə müvafiq olaraq həmin torpaq sahəsinə sahiblik və istifadə hüquqlarını bərpa etmək məqsədilə məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respubikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına uyğun məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********43 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı və onun ailə üzvlərinin birgə mülkiyyətində olan Cəlilabad rayonu Muğan kəndində yerləşən 2.7595 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt olunmuş 1.4378 ha hissəsindən çıxarılmalı və həmin torpaq sahəsində cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iş üzrə mütəxəssis rəyinin alınması üçün İddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manat pul Cavabdeh tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edildiyindən iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********43 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı və onun ailə üzvlərinin birgə mülkiyyətində olan Cəlilabad rayonu Muğan kəndində yerləşən 2.7595 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt olunmuş 1.4378 ha hissəsindən çıxarılsın və həmin torpaq sahəsində cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 100 manat və iş üzrə mütəxəssis rəyinin alınması üçün ödənilmiş 95 (doxsan beş) manat Cavabdeh tutularaq iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsal Cəbrayilov
Məhkəmə qərarları › İş №2(073)-1300/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1300/2025
17.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver