Məhkəmə qərarları › İş №2(073)-1315/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1315/2023

10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1315/2023 10.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddiaya dair mülki işə 10 iyul 2023-cü il tarixdə Cəlilabad Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia qaldıraraq, Cavabdeh 18 avqust 2021-ci il tarixli kredit müqaviləsi üzrə 2484,9 (iki min dörd yüz səksən dörd manat doxsan qəpik) manat əsas borc, 149,29 (yüz qırx doqquz manat iyirmi doqquz qəpik) manat faiz borcu və 22.86 (iyirmi iki manat səksən altı qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2657.05 (iki min altı yüz əlli yeddi manat beş qəpik) manat borcun və 46 manat dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə müvafiq olaraq ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsində göstərmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 22.3 faizlə 36 ay müddətinə 4000 manat kredit götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməmişdir. 28 aprel 2023-dək Cavabdeh banka 18 avqust 2021-ci il tarixli kredit müqviləsi ürə 2484.9 manat əsas borc, 149,29 manat faiz borcu və 45.72 manat crimə borcu olmaqla, ümümulikdə cəmi 2679.91 manat borcu vardır. Cavabdeh 18 avqsu 2021-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 45.72 manat təşşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 %-ı miqdarında olmaqla, yəni 22.86 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə ərizəni və işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 12 avqust 2021-ci il tarixli, 13-Y-1-0-1783-21 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 22.3 faiz dərəcəsi ilə 4000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, hüquqi şəxs "xxxx" X1 Açıq Səhmdar Cəmiyyətinin adı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə dəyişilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 28 aprel 2023-cü il tarixli kredit müqaviləsi üzrə 2484,9 (iki min dörd yüz səksən dörd manat doxsan qəpik) manat əsas borc, 149,29 (yüz qırx doqquz manat iyirmi doqquz qəpik) manat faiz borcu və 22.86 (iyirmi iki manat səksən altı qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2657.05 (iki min altı yüz əlli yeddi manat beş qəpik) manat borcu mövcuddur. İş materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, iddiaçı bank cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 46 (qırx altı) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən onun İddiaçı ASC-yə borcu yaranmışdır. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, 18 avqust 2021-ci il tarixli kredit müqaviləsi üzrə 2484,9 (iki min dörd yüz səksən dörd manat doxsan qəpik) manat əsas borc, 149,29 (yüz qırx doqquz manat iyirmi doqquz qəpik) manat faiz borcu və 22.86 (iyirmi iki manat səksən altı qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2657.05 (iki min altı yüz əlli yeddi manat beş qəpik) manat borc və 46 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 46 (qırx altı) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 18 avqust 2021-ci il tarixli kredit müqaviləsi üzrə 2484,9 (iki min dörd yüz səksən dörd manat doxsan qəpik) manat əsas borc, 149,29 (yüz qırx doqquz manat iyirmi doqquz qəpik) manat faiz borcu və 22.86 (iyirmi iki manat səksən altı qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2657.05 (iki min altı yüz əlli yeddi manat beş qəpik) manat borcun və 46 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədr: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar