Məhkəmə qərarları › İş №2(073)-1322/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1322/2023

28.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1322/2023 28.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İddiaçı Əlizadə oğlunun iştirakı ilə İddiaçı Əlizadə oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə Cəlilabad şəhərində, 28 iyul 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Əlizadə oğlu Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehdən 974 (doqquz yüz yetmiş dörd) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Əlizadə oğlu iddianı müdafiə edərək bildirdi ki, o, fiziki şəxs kimi mebel satışı ilə məşğuldur. Cəlilabad rayonu Uzuntəpə kənd sakini Cavabdeh 26 mart 2020-ci il tarixdə ondan pulunu hissə-hissə ödəmək şərti ilə mebel dəsti istəmişdir. O, da razılaşmış və ona həmin tarixdə 410 manat dəyərində 1 ədəd çarpayı elegant, 550 manat dəyərində 1 ədəd dolab elegant kupe, 180 manat dəyərində 1 ədəd termo elegant, hər biri 45 manat dəyərində 2 ədəd tumba elegant, 350 manat dəyərində 1 ədəd TV (şivaki 82 ek Led), 1 ədəd pupnik, 1 ədəd ütü (eurolux 5005), 1 ədəd ütü altlığı və 120 manat dəyərində 1 ədəd döşək (160X200 sadə), olmaqla cəmi 1700 manat dəyərində mebel dəstini nisyə olaraq, yəni 16 ay müddətinə hər ay 106.25 manat ödəməklə satmışdır. Cavabdeh ondan aldığı əşyaların pulundan 01 noyabr 2020-ci il tarixədək hissəhissə cəmi 726 manat ödəniş etmiş və 974 manat borcu qalmışdır. Həmin müddətdən bəri cavabdeh heç bir ödəniş etməyib. Dəfələrlə onunla telefonla əlaqə saxlayıb pulunu tələb etsə də, cavabdeh ona olan borcunu ödəməmişdir. Sonda məcbur qalıb məhkəməyə müraciət etmişdir. Odur ki, göstərdiklərinin nəzərə alınıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respulikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsi səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır və bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilir. Cavabdeh məhkəməyə gəlmədiyindən və gəlməməsinin səbəbi barədə məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə iddiaçını dinləyərək, işdə olan sənədləri hərtərəfli araşdıraraq və sübutlara obyektiv qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan malların satışı üzrə ödəniş cədvəlindən görünür ki, alıcı-Cavabdeh satıcı-İddiaçı ilkin dəyəri 1700 manat olan mebel dəstini (1 ədəd çarpayı elegant, 1 ədəd dolab elegant kupe, 1 ədəd termo elegant, 2 ədəd tumba elegant, 1 ədəd TV Şivaki 82 ek Led, 1ədəd pupnik, 1ədəd ütü eurolux 5003, 1ədəd ütü altlığı 444 və 1 ədəd döşək 160X2002 sadə) 16 ay müddətinə hər ay 106.25 (bir yüz altı manat iyirmi beş qəpik) manat ödəmək şərti ilə almışdır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Əlizadə oğlu məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 26 mart 2020-ci il tarixdə ümumi dəyəri 1700 manat olan mebel dəstini (1 ədəd çarpayı elegant, 1 ədəd dolab elegant kupe, 1 ədəd termo elegant, 2 ədəd tumba elegant, 1 ədəd TV Şivaki 82 ek Led, 1ədəd pupnik, 1ədəd ütü eurolux 5003, 1ədəd ütü altlığı 444 və 1 ədəd döşək 160X2002 sadə) 16 ay müddətinə hər ay 106.25 (bir yüz altı manat iyirmi beş qəpik) manat ödəmək şərti ilə satmışdır. Cavabdeh ondan aldığı əşyaların pulundan 01 noyabr 2020-ci il tarixədək hissə-hissə cəmi 726 manat ödəniş etmiş və 974 manat borcu qalmışdır. Həmin müddətdən bəri cavabdeh heç bir ödəniş etməyib. Beləliklə, Cavabdeh İddiaçı Əlizadə oğluna 974 (doqquz yüz yetmiş dörd) manat məbləğində borclu olması iddiaçının ifadəsi və işdə olan digər sənədlər ilə də təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh 974 (doqquz yüz yetmiş dörd) manat məbləğində pul alınıb İddiaçı Əlizadə oğluna verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da Cavabdeh alınıb İddiaçı Əlizadə oğluna verilməlidir . Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 974 (doqquz yüz yetmiş dörd) manat məbləğində pul və iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınıb, İddiaçı Əlizadə oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar