Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1324/2024 21.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27 iyul 2012-ci il təvəllüdlü X3, 03 fevral 2014-cü il təvəllüdlü X4 və 22 iyun 2015-ci il təvəllüdlü X1 ötrü alimentin həcminin artırılaraq hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, tərəflər 2011-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Birgə nikahlarından tərəflərin 27 iyul 2012-ci ildə Xəyyam, 03 fevral 2014-cü ildə Zəhra və 22 iyun 2015-ci ildə Yusif adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılıqlara görə tərəflər ayrılmışlar və birgə nikahlarından doğulmuş uşaqları iddiaçının yanında qalmışdır. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(073)- 1928/2019 saylı qətnaməsi ilə uşaqların saxlanmasından ötrü hər ay hər uşaq üçün 110 manat olmaqla, ümumilikdə 330 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. İddiaçı heç yerdə işləmir və maddi vəziyyəti pisdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı isə uşaqların maddi cəhətdən saxlanmasında kifayət etmir. Cavabdeh isə fərdi əməklə məşğul olur və uşaqlarına tələb edilən məbləğdə alimenti ödəmək iqtidarındadır. Buna baxmayaraq cavabdeh uşaqların maddi cəhətdən saxlanmasında əlavə olaraq iddiaçıya kömək etmir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2012-ci il tarixli, İİ-Cİ 605884 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 27 iyul 2012-ci il tarixdə anadan olmuşdur. X2, anası İddiaçıdır. İşdə olan xx.xx.2014-cü il tarixli, AZ-İİİ 253587 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 03 fevral 2014-cü il tarixdə anadan olmuşdur. X2, anası İddiaçıdır. İşdə olan xx.xx.2015-ci il tarixli, AZ-İİİ 553806 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 22 iyun 2015-ci il tarixdə anadan olmuşdur. X2, anası İddiaçıdır. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(073)-1928/2019 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə 27 iyul 2012-ci il təvəllüdlü X3, 03 fevral 2014-cü il təvəllüdlü X4 və 22 iyun 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 110 (bir yüz on) manat, cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində aliment Sucəddinov (Rzayev) Qorxmaz Xuduş oğlundan tutularaq İddiaçı verilməsi qət olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(073)-1928/2019 saylı qətnaməsi ilə Cavabdeh 27 iyul 2012-ci il təvəllüdlü X3, 03 fevral 2014-cü il təvəllüdlü X4 və 22 iyun 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 110 (bir yüz on) manat, cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində aliment Sucəddinov (Rzayev) Qorxmaz Xuduş oğlundan tutularaq İddiaçı verilməsi qət olunmuşdur. İddiaçı heç yerdə işləmir və uşaqların saxlanmasında maddi cəhətdən çətinlik çəkir. Cavabdeh isə uşaqların maddi cəhətdən saxlanmasında iddiaçıya əlavə olaraq köməklik etmir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı isə uşaqların saxlanılmasına kifayət etmir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında» Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment vermək imkanına malik olmasına dair iddiaçının irəli sürdüyü halların məhkəmə iclasında öz təsdiqini tapmadığını, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin uşaqların saxlanması üçün kifayət etmədiyini, iddiaçının işləmədiyini nəzərə alır və hesab edir ki, cavabdehdən hazırda hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2(073)-1928/2019 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 110 (bir yüz on) manat sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilsin. xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 510 (beş yüz on manat) sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindikdən sonra hesablansın. Ödənilməli olan 81,2 (səksən bir manat iyirmi qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Cəlilabad rayon Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-1324/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1324/2024
21.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver