Məhkəmə qərarları › İş №2(073)-1327/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1327/2023

12.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1327/2023 12.09.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X9 Təsərrüfatı Mərkəzinin nümayəndəsi oğlunun iştirakı ilə, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X9 Təsərrüfatı Mərkəzinin Cavabdeh Həzəxan oğluna qarşı dəymiş zərərin əvəzi qismində 428,95 manat dəymiş zərər tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X9 Təsərrüfatı Mərkəzi Cavabdeh Həzəxan oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Həzəxan oğlundan dəymiş zərərin əvəzi qismində 428,95 manat alınıb X9 Təsərrüfatı Mərkəzinin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X9 Təsərrüfatı Mərkəzinin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, X9 X1 meşəbəyiliyinin 13 saylı meşə dolayının gözətçisi X4 21 fevral 2023-cü il tarixdə verdiyi şifahi məlumatı əsasında Mərkəzin əməkdaşları tərəfindən 24 fevral 2023-cü il tarixdə Mərkəzin Göytəpə meşəbəyiliyinin 13 saylı meşə dolayında araşdırma aparılan zaman Cəlilabad rayon Fətullaqışlaq kənd sakini Cavabdeh Həzəxan oğlunun qanunsuz ağac kəsərək X12 zərər vurması faktı müəyyən edilmişdir. Müəssisənin əməkdaşları tərəfindən Cavabdeh Həzəxan oğluna qanunun tələbləri izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə icraat başanılmış və toplanmış material inzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən hazırlanılmış və səlahiyyətli orqana göndərilmişdir. Eyni zamanda Cavabdeh Həzəxan oğlunun hüquqazidd hərəkətləri nəticəsində X10 Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 428,95 manat məbləğində ziyan vurulması müəyyən edilmişdir. İddiaçı Cavabdeh Həzəxan oğlundan vurduğu ziyanı könüllü olaraq ödəməsini tələb etsə də o, bundan imtina etmişdir. Qeyd edilənlərlə əlaqədar Cavabdeh Həzəxan oğlundan 428,95 manat məbləğində pulun alınaraq X5 və Bərpası Müəssisəsinin hesabına köçürülməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh Həzəxan oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh Həzəxan oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və şahidlərin izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X6 verdiyi izahatında bildirdi ki, X9 X1 meşəbəyiliyinin 13 saylı meşə dolayının gözətçisi vəzifəsində işləyir. O, 14 fevral 2023-cü il tarixdə Mərkəzin Göytəpə meşəbəyiliyinin 13 saylı meşə dolayında gözətçilik etdiyi zaman Cəlilabad rayon Fətullaqışlaq kənd sakini Cavabdeh Həzəxan oğlunun qanunsuz ağac kəsdiyini görmüşdür. O, X9 X1 meşəbəyiliyinin 13 saylı meşə Mərkəzinin əməkdaşlarına şifahi məlumat vermişdir. 24 fevral 2023-cü il tarixdə Mərkəzin Göytəpə meşəbəyiliyinin 13 saylı meşə dolayında Mərkəzin əməkdaşları ilə birlikdə araşdırma aparılan zaman Cəlilabad rayon Fətullaqışlaq kənd sakini Cavabdeh Həzəxan oğlunun qanunsuz ağac kəsərək X12 zərər vurması faktı müəyyən edilmişdir. Cəlilabad rayon Fətullaqışlaq kənd sakini Cavabdeh Həzəxan oğlunun ziyan vurmasını təsdiq edir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X7 verdiyi izahatında bildirdi ki, o, 2022-ci ilin aprel ayından X9 X1 meşəbəyiliyinin 13 saylı meşə dolayının meşə mühafizə mühəndisi vəzifəsində işləyir. O, X9 X1 meşəbəyiliyinin 13 saylı meşə Mərkəzinə 21 fevral 2023-cü il tarixdə şifahi məlumat daxil olduqdan sonra, mərkəzin əməkdaşları ilə birlikdə araşdırma aparılan zaman Cəlilabad rayon Fətullaqışlaq kənd sakini Cavabdeh Həzəxan oğlunun qanunsuz ağac kəsərək X12 zərər vurması faktı müəyyən edilmişdir. Cəlilabad rayon Fətullaqışlaq kənd sakini Cavabdeh Həzəxan oğlunun ziyan vurmasını təsdiq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 132.1-ci maddəsinə əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, işdə olan 24 fevral 2023-cü il tarixli, 004574 saylı aktdan görünür ki, 21 fevral 2023-cü il tarixdə X9 X1 meşəbəyiliyinin 13 saylı meşə dolayının gözətçisi X4 verdiyi yazılı müraciəti əsasında 13 saylı dalayda Cəlilabad rayonu Fətullaqışlaq kənd sakini Cavabdeh Həzəxan oğlunun qanunsuz meşədə qırıntı aparması ilə bağlı yoxlama aparılmış və kəndin 13 saylı dolayın 61 kvartalında qanunsuz ağacların kəsildiyi aşkar edilmişdir. Belələliklə azad cinsindən 08 sm diametrində olan 7 ədəd, azad cinsindən 16 sm 07 ədəd, azad cinsindən 12 sm-də 10 ədəd, palıd cinsindən 20 sm 3 ədəd olmaqla, ümumilikdə 27 ədəd yaş ağacın qanunsuz kəsilərək yerində qalmışdır. Həmin ağacların Cavabdeh Həzəxan oğlu tərəfindən kəsilməsi akta əlavə edilmişdir. Bununla Cavabdeh Həzəxan oğlu dövlət meşəsinə 428,95 manat məbləğində ziyan vurmuşdur. Belə ki, qanunsuz kəsilmiş ağacların dib kötükləri meşə mühafizə mühəndisinə məxsus 128 saylı damğa ilə damğalanaraq qeydiyyata alınmışdır. İşdə olan 24 fevral 2023-cü il tarixdə, Cavabdeh Həzəxan oğlu barəsində MN ******* saylı İnzibati Xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan xx.xx.2023-cü X9 X1 meşəbəyiliyinin 13 saylı meşə dolayının meşə mühafizə mühəndisinin X9 Təsərrüfatı Mərkəzinin direktoruna veridiyi izahatdan görünür ki, o, 2022-ci ilin aprel ayından X9 X1 meşəbəyiliyinin 13 saylı meşə dolayının meşə mühafizə mühəndisi vəzifəsində işləyir, 14 mart 2023-cü il tarixdə X9 X1 meşəbəyiliyinin 13 saylı meşə dolayının gözətçisi vəzifəsində işləyən X4 yazılı məlumatı əsasında xx.xx.2023-cü il tarixdə 13 saylı meşə dolayında araşdırma aparılmış, ümumilikdə 27 ədəd ağacın qanunsuz kəsilməsi aşkar edilmiş və qanunsuz kəsilmiş ağacların dib kötükləri meşə mühafizə mühəndisinə məxsus 128 saylı damğa ilə damğalanaraq qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2023-cü il tarixdə Cavabdeh Həzəxan oğluna ünvanlanmış məktubdan görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X9 Təsərrüfatı Mərkəzi tərəfindən könüllü şəkildə ödəməsi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi, Cavabdeh Həzəxan oğlunun X5 və X2 meşəbəyliyinin 13a saylı meşə dolayında 61 kvartalında qanunsuz kök üstə yaş ağacların kəsildiyi aşkar edilmişdir. Belələliklə azad cinsindən 08 sm diametrində olan 7 ədəd, azad cinsindən 16 sm 07 ədəd, azad cinsindən 12 sm-də 10 ədəd, palıd cinsindən 20 sm 3 ədəd olmaqla, ümumilikdə 27 ədəd yaş ağacın qanunsuz kəsilməsi aşkarlanmış, nəticədə yaranmış 428,95 manat məbləğində ziyan Cavabdeh Həzəxan oğlundan alınaraq X5 və Bərpası Müəssisəsinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi və iddia tələbi təmin edildiyi üçün 30 manat məbləğində dövlət rüsumu Cavabdeh Həzəxan oğlundan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... qət etdi: İddia təmin edilsin. Cavabdeh Həzəxan oğlundan dəymiş zərərin əvəzi qismində 428,95 (dörd yüz iyirmi səkkiz manat doxsan beş qəpik) manat məbləğində pul alınaraq X5 və Bərpası Müəssisəsinin hesabına köçürülsün. 30 (otuz) manat dövlət rüsumu Cavabdeh Həzəxan oğlundan alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar