Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-139/2024 16.01.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 6700 (altı min yeddi yüz) manat pulun və 8300 (səkkiz min üç yüz) manat təzminatın alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın həcminin azaldılmasına dair ərizə verərək, Cavabdeh1 6700 (altı min yeddi yüz) manat pulun və 135 (bir yüz otuz beş) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, həyat yoldaşından ayrıldıqdan sonra Cəlilabad rayonunun Maşlıq kəndində yaşayın anasının yanına qayıtmışdır. Maddi vəziyyəti ilə əlaqədar olaraq 2021-ci ildə Cəlilabad rayonunun Maşlıq kəndində yerləşən özünə məxsus torpaq sahəsini 8 000 (səkkiz min) manata satmışdır. Bundan məlumatı olan dayısı oğlu Cavabdeh2 həmkəndliləri Cavabdeh1 ilə onlara gəlmiş və Cavabdeh2 Cavabdeh1 pul lazım olduğunu bildirərək, ondan (iddiaçıdan) Cavanşirə 8 000 (səkkiz min) manat borc verməsini xahiş etmişdir. Cavabdeh2 torpağın satışından əldə etdiyi pulun ona (iddiaçıya) lazım olduğunu bildirmiş və borc verməkdən imtina etmişdir. Belə olan halda Cavabdeh1 Rusiya Federasiyasından kartof gətirib satmaqla və qazanc əldə etməklə məşğul olduğunu, onu (iddiaçını) da özünə şərik edəcəyini və birlikdə gəlir əldə edəcəklərini bildirərək, 8 000 (səkkiz min) manat pulu ona iş görmək üçün verməsini xahiş etmişdir. Dayısı oğlu Cavabdeh2 Cavabdeh1 dediklərini təsdiq etmiş və narahatçılığa əsas olmadığını bildirərək, Cavanşirə pul verməsini xahiş etmişdir. O (iddiaçı) da gəlir əldə etmək məqsədi ilə Cavabdeh1 pul verməyə razı olmuş və ailə üzvlərinin, yəni anasının, bacısının və dayısı oğlu Cavabdeh2 yanında 8000 (səkkiz min) manat pulu sayaraq Cavabdeh1 vermişdir. Bir müddət keçdikdən sonra Cavabdeh1 ondan aldığı pulun müqabilində qazanc vermədiyini görmüş və pulunu tələb etməyə başlamışdır. Cavabdeh1 narahatçılığa əsas olmadığını bildirmiş və bir müddət sonra ona 1300 (bir min üç yüz) manat pul vermiş, qalan 6 700 (altı min yeddi yüz) manatı isə qazancı ilə birlikdə verəcəyini bildirmişdir. Lakin xeyli müddət keçməsinə baxmayaraq cavabdeh qalan pulunu və həmin pula görə verməli olduğu qazancı ona (iddiaçıya) qaytarmamışdır. Buna görə də onun barəsində şikayət ərizəsi ilə Cəlilabad rayon Polis Şöbəsinə müraciət etmiş, onun müraciəti əsasında araşdırma aparılmış və mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilərək, ona mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı onun qızıdır. İddiaçı həyat yoldaşından ayrıldıqdan sonra onun (şahidin) yanına qayıtmış və birlikdə yaşayırlar. Digər qızı X1 da onunla birlikdə yaşayır. İddiaçı maddi vəziyyəti ilə əlaqədar olaraq 2021-ci ildə Cəlilabad rayonunun Maşlıq kəndində yerləşən özünə məxsus torpaq sahəsini 8 000 (səkkiz min) manata satmışdır. Bundan məlumatı olan qardaşının oğlu Cavabdeh2 həmkəndliləri Cavabdeh1 ilə onlara gəlmiş və Cavabdeh2 Cavabdeh1 pul lazım olduğunu bildirərək, Esmiradan Cavanşirə 8 000 (səkkiz min) manat borc verməsini xahiş etmişdir. İddiaçı Cavabdeh2 torpağın satışından əldə etdiyi pulun ona (iddiaçıya) lazım olduğunu bildirmiş və borc verməkdən imtina etmişdir. Belə olan halda Cavabdeh1 Rusiya Federasiyasından kartof gətirib satmaqla və qazanc əldə etməklə məşğul olduğunu, iddiaçını da özünə şərik edəcəyini və birlikdə gəlir əldə edəcəklərini bildirərək, 8 000 (səkkiz min) manat pulu ona iş görmək üçün verməsini xahiş etmişdir. Qardaşı oğlu Cavabdeh2 Cavabdeh1 dediklərini təsdiq etmiş və narahatçılığa əsas olmadığını bildirərək, iddiaçıdan Cavanşirə pul verməsini xahiş etmişdir. İddiaçı da gəlir əldə etmək məqsədi ilə Cavabdeh1 pul verməyə razı olmuş və onun, (şahidin), qızı Xanım Məhərrəmovanın və qardaşı oğlu Cavabdeh2 yanında 8000 (səkkiz min) manat pulu sayaraq Cavabdeh1 vermişdir. Bir müddət keçdikdən sonra iddiaçı Cavabdeh1 aldığı pulun müqabilində qazanc vermədiyini görmüş və pulunu tələb etməyə başlamışdır. Cavabdeh1 isə onlara narahatçılığa əsas olmadığını bildirmiş və bir müddət sonra iddiaçıya 1300 (bir min üç yüz) manat pul vermiş, qalan 6 700 (altı min yeddi yüz) manatı isə qazancı ilə birlikdə verəcəyini bildirmişdir. Lakin xeyli müddət keçməsinə baxmayaraq cavabdeh qalan pulu və həmin pula görə verməli olduğu qazancı iddiaçıya qaytarmamışdır. Buna görə də iddiaçı Cavabdeh1 barəsində şikayət ərizəsi ilə Cəlilabad rayon Polis Şöbəsinə müraciət etmiş, iddiaçının müraciəti əsasında araşdırma aparılmış və mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilərək, iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı onun bacısıdır. İddiaçı həyat yoldaşından ayrıldıqdan sonra qayıdaraq onunla (şahid) və anası ilə birlikdə yaşamağa başlamışdır. İddiaçı maddi vəziyyəti ilə əlaqədar olaraq 2021-ci ildə Cəlilabad rayonunun Maşlıq kəndində yerləşən özünə məxsus torpaq sahəsini 8 000 (səkkiz min) manata satmışdır. Bundan məlumatı olan dayısının oğlu Cavabdeh2 həmkəndliləri Cavabdeh1 ilə onlara gəlmiş və Cavabdeh2 Cavabdeh1 pul lazım olduğunu bildirərək, Esmiradan Cavanşirə 8 000 (səkkiz min) manat borc verməsini xahiş etmişdir. İddiaçı Cavabdeh2 torpağın satışından əldə etdiyi pulun ona (iddiaçıya) lazım olduğunu bildirmiş və borc verməkdən imtina etmişdir. Belə olan halda Cavabdeh1 Rusiya Federasiyasından kartof gətirib satmaqla və qazanc əldə etməklə məşğul olduğunu, iddiaçını da özünə şərik edəcəyini və birlikdə gəlir əldə edəcəklərini bildirərək, 8 000 (səkkiz min) manat pulu ona iş görmək üçün verməsini xahiş etmişdir. Dayısı oğlu Cavabdeh2 Cavabdeh1 dediklərini təsdiq etmiş və narahatçılığa əsas olmadığını bildirərək, iddiaçıdan Cavanşirə pul verməsini xahiş etmişdir. İddiaçı da gəlir əldə etmək məqsədi ilə Cavabdeh1 pul verməyə razı olmuş və onun, (şahidin), anası Gülnisə Məhərrəmovanın və dayısı oğlu Cavabdeh2 yanında 8000 (səkkiz min) manat pulu sayaraq Cavabdeh1 vermişdir. Bir müddət keçdikdən sonra iddiaçı Cavabdeh1 aldığı pulun müqabilində qazanc vermədiyini görmüş və pulunu tələb etməyə başlamışdır. Cavabdeh1 isə onlara narahatçılığa əsas olmadığını bildirmiş və bir müddət sonra iddiaçıya 1300 (bir min üç yüz) manat pul vermiş, qalan 6 700 (altı min yeddi yüz) manatı isə qazancı ilə birlikdə verəcəyini bildirmişdir. Lakin xeyli müddət keçməsinə baxmayaraq cavabdeh qalan pulu və həmin pula görə verməli olduğu qazancı iddiaçıya qaytarmamışdır. Buna görə də iddiaçı Cavabdeh1 barəsində şikayət ərizəsi ilə Cəlilabad rayon Polis Şöbəsinə müraciət etmiş, iddiaçının müraciəti əsasında araşdırma aparılmış və mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilərək, iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşdə olan Cəlilabad rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı Cavabdeh1 barəsində etdiyi şikayət üzrə araşdırma aparılmış, toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmiş və şikayətçiyə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh1 araşdırma zamanı verdiyi izahatında həmkəndlisi İddiaçı borc pul almadığını, Esmiranın dayısı oğlu Coşqundan 6000 (altı min) manat borc pul aldığını, borcun bir hissəsini qaytardığını və Coşquna 4 000 (dörd min) manat borcunun qaldığını göstərmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı birlikdə iş görmək və qazanc əldə etmək məqsədi ilə Cavabdeh1 8000 (səkkiz min) manat pul vermiş, lakin sonradan tərəflər arasında olan razılaşma pozulmuş və cavabdeh iddiaçıdan aldığı puldan 1300 (bir min üç yüz) manatını qaytarmışdır. Qalan pulu qaytarmadığında görə İddiaçı Cavabdeh1 barəsində şikayət ərizəsi ilə Cəlilabad rayon Polis Şöbəsinə müraciət etmiş, iddiaçının müraciəti əsasında araşdırma aparılmış və mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilərək, iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iclasında cavabdehin qalan 6700 (altı min yeddi yüz) manat pulu iddiaçıya qaytarması öz təsdiqini tapmamışdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 6700 (altı min yeddi yüz) manat pul və 135 (bir yüz otuz beş) manat dövlət rüsumu alınıb İddiaçı Cahingir qızına verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-139/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-139/2024
16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver