Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1395/2025 19.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı X2 Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X5 Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh 2000 manat əsas borcun və 40 (qırx) manat dövlət rüsumunun tutularaq X4 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh iddiaçı X1 aralarında imzalanmış xx.xx.2023-cü il tarixli, 00000461 saylı və xx.xx.2024-cü il tarixli, ********* nömrəli nisyə alqı-satqı müqavilələri bağlanmışdır. xx.xx.2023-cü il tarixli, 00000461 saylı müqaviləyə əsasən dəyəri 1900 manat olan “Xumar” yataq dəsti (1 ədəd 4 qapalı dolab, 1 ədəd çarpayı, 1 ədədə Buta Künc divanı, krem rəngli şüşəli pufnik və 1 ədəd sadə döşək) almış, ilkin ödəniş olaraq 200 manat ödəmiş, qalan məbləği 12 ay müddətində, hər ay 141.67 manat ödəmək şərti ilə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli, ********* saylı müqaviləyə əsasən dəyəri 1000 manat olan 1 ədəd Everest 420 markalı soyuducu almış, 12 ay müddətində hər ay 83.33 manat ödəmək şərti ilə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh borcunda 900 manat ödəmiş, alqı-satqı müqaviləsinə əsasən 2000 manat borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o borcu ödəməkdən imtina etmişdir. İddiaçı qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli, 00000461 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh iddiaçı X1 1900 manat məişət avadanlığı almış, ilkin ödəniş olaraq 200 manat ödəmiş, qalan məbləği 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh iddiaçı X1 1000 manat məişət avadanlığı almış, 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan iddiaçı təşkilatla cavabdeh X3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 00000461 saylı zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2023-cü il tarixli, 00000461 saylı kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan iddiaçı təşkilatla cavabdeh X7 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* saylı zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2024-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh müqavilə üzrə ümumilikdə ödənilməmiş 2000 manat borcu qalmışdır. İşdə olan bildirişdən görünür ki, iddiaçı tərəfindən yaranmış borcun ödənilməsi cavabdehlərdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2000 (iki min) manat əsas borc, 40 (qırx) manat dövlət rüsumu tutularaq iddiaçı X4 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1395/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1395/2025
19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver