Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1410/2023 16.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı BOKT MMC-in nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı kredit borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin Cavabdeh1 qarşı kredit borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1410/2023 saylı qərardadı ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin Cavabdeh1 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 cavabdeh qismində cəlb edilmişlər. İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC iddianın həcminin artırılmasına və dəqiqləşdirilməsinə dair ərizə verərək, xx.xx.2019-cu il tarixli, 1622 nömrəli Kredit Müqaviləsi üzrə əsas borc məbləği 8458.04 manat, kredit üzrə gecikdirilmiş faiz borc məbləği 1309.16 manat olmaqla, cəmi 9767.20 (doqquz min yeddi yüz altmış yeddi manat iyirmi qəpik) manat məbləğdə kredit borcunun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun Cavabdeh1 tutularaq birdəfəlik şəkildə İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyətinə ödənilməsinə, iddia tələbi üzrə tutmanın kredit öhdəliyinin təminatı üsulu kimi yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********06-10301, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınan, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Cəlilabad şəhəri, 28 may küçəsində yerləşən 0,0601 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 64.8 kv.m ümumi, 44.6 kv.m yaşayış, 20.2 kv.m köməkçi sahədən ibarət 26 nömrəli fərdi yaşayış evinə yönəldilməsinə, ipoteka predmeti olan həmin daşınmaz əmlakın ilkin satış qiymətinin 20.000 (iyirmi min) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması və iddia tələbi üzrə borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilməsinə, ipoteka predmeti olan həmin daşınmaz əmlakın satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında Cavabdeh1 tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilməsinə, iddia tələbi üzrə tutma ipoteka predmeti olan Cəlilabad şəhəri, 28 may küçəsində yerləşən 0,0601 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 64.8 kv.m ümumi, 44.6 kv.m yaşayış, 20.2 kv.m köməkçi sahədən ibarət 26 nömrəli fərdi yaşayış evinə yönəldildikdə və o satıldıqda cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 yetkinlik yaşma çatmayan uşaqları - X6 və X7 ilə birlikdə həmin fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsinə, həmin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalarına və ipoteka predmeti olan həmin daşınmaz əmlakın boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi X8 iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, iddiaçı təşkilatla Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 1622 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 24 faiz olmaqla 10 000 (on min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq iddiaçı təşkilatla Cavabdeh1 (ipotekaqoyan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan Cəlilabad şəhəri 28 May küçəsində yerləşən 64.8 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 64.8 kv.m ümumi, 44.6 kv.m yaşayış, 20.2 kv.m köməkçi sahədən ibarət 26 saylı fərdi yaşayış evi İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə tərəflər arasında razılaşdırılmış ödəniş cədvəli tərtib olunmuş və cavabdeh xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilədək hər ay 392.33 manat ödəməklə aldığı krediti ona hesablanmış faizi ilə birlikdə iddiaçı təşkilata ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini lazıımi qaydada yerinə yetirməmiş və nəticədə iddiaçı təşkilata hazırkı borcu yaranmışdır. Tələb edilməsinə baxmayaraq cavabdeh yaranmış borcunu ödəməkdən yayınmışdır. Buna görə də iddiaçı təşkilat hazırkı idda ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 1622 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı təşkilat tərəfindən cavabdehə 36 ay müddətinə illik 24 faiz olmaqla 10 000 (on min) manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 1622 saylı kredit müqaviləsinə 1 saylı Əlvədən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilədək hər ay 392.33 manat ödəməklə aldığı krediti ona hesablanmış faizi ilə birlikdə İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMCyə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 1622 tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus olan Cəlilabad şəhəri 28 May küçəsində yerləşən 64.8 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 64.8 kv.m ümumi, 44.6 kv.m yaşayış, 20.1 kv.m köməkçi sahədən ibarət 26 nömrəli fərdi yaşayış evi İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC qarşısında ipoteka ilə yüklü edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cəlilabad şəhəri 28 May küçəsində yerləşən 64.8 ha torpaq sahəsi və onun üzərində yerləşən 26 nömrəli fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyətindədir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Cəlilabad şəhəri 28 May küçəsində yerləşən 64.8 ha torpaq sahəsi və onun üzərində yerləşən 26 nömrəli fərdi yaşayış evi xx.xx.2019-cu il tarixli, 1622 saylı kredit müqaviləsinin öhdəliyinin təminatı kimi İddiaçı Bank Olmayan Kredit Təşkilatı qarşısında ipoteka ilə yüklü edilmişdir. İşdə olan iddiaçı təşkilat tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, iddiaçı təşkilat cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan iddiaçı təşkilat tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, iddiaçı təşkilat tutmanın ipoteka predmetinə yönəldilməsinə başlanıldığına dair cavabdehlərə xəbərdarlıq etmişdir. İşdə olan müstəqil qiymətləndirici “X13” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Cavabdeh1 məxsus olan Cəlilabad şəhəri 28 May küçəsində yerləşən torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 64.8 kv.m ümumi, 44.6 kv.m yaşayış, 20.1 kv.m köməkçi sahədən ibarət 26 nömrəli fərdi yaşayış evinnin likvid dəyəri 25500 (iyirmi beş min beş yüz) manat təşkil edir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, iddiaçı təşkilatla Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 1622 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 24 faiz olmaqla 10 000 (on min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq iddiaçı təşkilatla Cavabdeh1 (ipotekaqoyan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan Cəlilabad şəhəri 28 May küçəsində yerləşən 64.8 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 64.8 kv.m ümumi, 44.6 kv.m yaşayış, 20.2 kv.m köməkçi sahədən ibarət 26 saylı fərdi yaşayış evi İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə tərəflər arasında razılaşdırılmış ödəniş cədvəli tərtib olunmuş və cavabdeh xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilədək hər ay 392.33 manat ödəməklə aldığı krediti ona hesablanmış faizi ilə birlikdə iddiaçı təşkilata ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini lazıımi qaydada yerinə yetirməmiş və nəticədə iddiaçı təşkilata hazırkı borcu yaranmışdır. Tələb edilməsinə baxmayaraq cavabdeh yaranmış borcunu ödəməkdən yayınmışdır. Buna görə də iddiaçı təşkilat hazırkı idda ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Cavabdeh1 müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq iddiaçı təşkilata ödəməli olduğu ödənişləri tam etməmişdir. Məhkəmə iddianın tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti olan daşınmaz əmlak satıldıqdan sonra cavabdehlərin həmin fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, fərdi yaşayış evindən çıxarılmaları və ipotek predmeti olan həmin əmlakın boşaldılması hissəsinə qiymət verərək, belə nəticəyə gəlir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, həmçinin faizlərin ödənilməsini iki dəfə ardıcıl olaraq pozduqda ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi ica etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Məlləsinin ipotekanın növlərindən bəhs edən 308.1ci maddəsinə görə ümumi ipoteka elə bir ipotekadır ki, onun predmeti bir neçə əşyadır və ümumi tələbin ödənilməsi üçün əşyaların hər birindən istifadə edilir. Kreditorun tələbi onun arzusu ilə istənilən əşya hesabına ödənilir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildyi kimi Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyini icra etməmiş və buna görə də ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsini və daşınmaz əşyanın satılmasını tələb etmək hüququ yaranmışdır. Məhkəmə iddianın ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin 20.000 (iyirmi min) manat məbləğində müəyyən edilməsi hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qimən əsaslıdır. Belə ki, işdə olan müstəqil qiymətləndirici “X13” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən müəyyən edilir ki, Cavabdeh1 məxsus olan Cəlilabad şəhəri 28 May küçəsində yerləşən torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 64.8 kv.m ümumi, 44.6 kv.m yaşayış, 20.1 kv.m köməkçi sahədən ibarət 26 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 25 500 (iyirmi beş min beş yüz) manat təşkil edir. Buna görə də ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərracda ilkin satış qiyməti likvid dəyərlə, yəni 25 500 (iyirmi beş min beş yüz) manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 8458.04 manat əsas borc, 1309.16 manat faiz borcu, cəmi 9767.20 (doqquz min yeddi yüz altmış yeddi manat iyirmi qəpik) manat borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilsin. Tələb ipotek predmeti olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Cəlilabad şəhəri 28 May küçəsində yerləşən 0.0601 ha torpaq sahəsinə və onun üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 64.8 kv.m ümumi, 44.6 kv.m yaşayış, 20.1 kv.m köməkçi sahədən ibarət 26 nömrəli fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan Cavabdeh1 məxsus Cəlilabad şəhəri 28 May küçəsində yerləşən 0.0601 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 64.8 kv.m ümumi, 44.6 kv.m yaşayış, 20.1 kv.m köməkçi sahədən ibarət 26 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid dəyəri ilə) 25 500 (iyirmi beş min beş yüz) manat müəyyən edilsin. Həmin əmlaklar açıq hərracda satılsın və satışdan əldə olunan vəsait hesabına Cavabdeh1 İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-yə olan cəmi 9767.20 (doqquz min yeddi yüz altmış yeddi manat iyirmi qəpik) manat borcu və 120 (bir yüz iyirmi) manat dövlət rüsumu iddiaçı təşkilata ödənilsin. İpoteka predmetinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün kifayət etmədiyi halda qalan borc Cavabdeh1 ümumi qaydada tutulsun. İpoteka predmetinə tutma yönəldildikdə və o satıldıqda cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 yetkinlik yaşma çatmayan uşaqları X4 və X2 həmin fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin, onlar həmin evdən məcburi qaydada çıxarılsınlar və fərdi yaşayış evi boşaldılsın. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. İpoteka predmeti olan əmlakının qiymətləndirilməsinə görə ödənilməli olan 350 (üç yüz əlli) manat xidmət haqqı Cavabdeh1 tutularaq «X13» MMC-yə (Benefisiarın VÖEN-i **********, hesab nömrəsi AZ77PAHA40060AZNHC**********, müxbir bank "xxxx" ASC, SWİFT PAHAAZ22, bank kodu 505141, valyuta AZN, bankın VÖEN-i **********, müxbir hesab AZ82NABZ********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-1410/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1410/2023
16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver