Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1426/2024 15.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı nümayəndəsi böyük icra məmuru X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı Cavabdeh təhkim edilmiş “Attenti” markalı elektron nəzarət vasitəsi olan mobil telefonun dəyəri olan 2277.40 manat pulun cavabdehdən tutularaq Bakı şəhər Maliyyə İdarəsinin hesabına (VÖEN: **********, H/H: AZ66CTRE********************) ödənilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri, yəni 2277,40 manat məbləğində pulun alınmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı rəisi vəzifəsini icra edən, İİ dərəcəli ədliyyə qulluqçusu X6 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh təhkim edilmiş “Attenti” markalı elektron nəzarət vasitəsi olan mobil telefonun dəyəri olan 2277.40 manat pulun cavabdehdən tutularaq Bakı şəhər Maliyyə İdarəsinin hesabına (VÖEN:**********, H/H:AZ66CTRE********************) ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (böyük icra məmuru) X7 iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cavabdeh Cəlilabad Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 1(073)-165/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azalığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. Məhkəmə hökmü və hökmün icrası barədə hakimin göstərişi 22 sentyabr 2022-ci il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun (cavabdehin) barəsində şəxsi iş açılmışdır. Bundan sonra 23 sentyabr 2022-ci il tarixdə məhkumun iştirakı ilə ona (məhkuma) məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydlaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. 04 oktyabr 2022-ci il tarixdə müvafiq protokol və izhatla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq və bir ədəd adaptor məhkum, hazır ki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Cavabdeh təyin olunmuş cəza müddəti bitdikdən sonra elektron nəzarət vasitəsi təhvil götürülən zaman onların tərəfindən ENV-yə vizul olaraq baxış keçirilmiş və baxış zamanı mobil qurğuda hər hansı bir zədə aşkar edilməmiş, işlək vəziyyətdə olmuşdur. Lakin "xxxx" QSC tərəfindən təqdim olunmuş müvafiq rəyə əsasən elektron nəzarət vasitəsinin düzgün istifadə edilməməsi səbəbi ilə ana platada elektron elementlərin sıradan çıxaraq yararsız vəziyyətə düşdüyü müəyyən edilmişdir. Belə olan halda cavabdehin lazımınca məsuliyyəti olmadığından elektron nəzarət qurğusu yararsız vəziyyətə düşmüş və maddi ziyan dəymişdir. Ədliyyə Nazirliyinin verdiyi maliyyə arayışına görə həmin avadanlığın dəyəri 2277,40 manat təşkil edir. Qeyd edilənlərin nəzərə alınaraq cavabdeh X1 təhkim edilmiş “Attenti” markalı elektron nəzarət vasitəsi olan mobil telefonun dəyəri olan 2277.40 manat pulun ondan (cavabdehdən) tutularaq Bakı şəhər Maliyyə İdarəsinin müvafiq hesabına (VÖEN: **********, H/H: AZ66CTRE********************) ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, o, Cəlilabad Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 1(073)-165/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azalığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. Ona 04 oktyabr 2022-ci il tarixdə müvafiq protokol və izhatla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq və bir ədəd adaptor məhkum, hazır ki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Ona təyin olunmuş cəza müddəti bitdikdən sonra təhkin olunmuş elektron nəzarət vasitəsi təhvil götürülən zaman İddiaçı nümayəndəsi böyük icra məmuru X7 tərəfindən ENV-yə vizul olaraq baxış keçirilmiş və baxış zamanı mobil qurğuda hər hansı bir zədə aşkar edilməmişdir. Bundan başqa onun elektron qurğunu təhvil verməmişdən 1 saat əvvəl özünün çəkdiyi videogörüntüdə “Attenti” markalı elektron nəzarət vasitəsinin tam işlək vəziyyətdə olması görünür. Bununla da sübut olunur ki, ENVdə hər hansı nasazlıq olmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın əsassız olduğu üçün təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız oldğundan təmin edilməməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 1(073)- 165/2022 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Cavabdeh üzərinə İddiaçınə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış yeirini tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. İşdə olan X5 Cəmiyyətinin ED 000506 saylı elektron nəzarət vasitəsinin vəziyyəti haqqında mütəxəssis rəyindən görünür ki, “Attenti” markalı elektron nəzarət vasitəsindən düzgün istifadə edilməməsi nəticəsində ana platada elektron elementlər sıradan çıxmış, təmini mümkün olmamış və istifadəyə tam yararsız hesab olunmuşdur. İşdə olan X5 Cəmiyyəti tərəfindən təqdim edilmiş 29 iyul 2021-ci il tarixli, ED-M-N 96- 21 saylı qiymət cədvəlindən görünür ki, xüsusi proqram təminatlı mobil nəzarət qurğusunun dəyəri 2277.40 (iki min iki yüz yetmiş yeddi) manat təşkil edir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmiş, Cavabdeh tərəfindən 19 mart 2024-cü il tarixdə, saat 10:09 radələrində çəkilmiş videogörüntüyə əsasən “Attenti” markalı elektron nəzarət vasitəsinin tam işlək vəziyyətdə olması görünür. Məhkəmə ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbinə əsasən mülki hüquq pozuntusu ilə bağlı məsuliyyətin yaranması üçün zərərçəkən şəxsə ziyan vurulması, həmin ziyanın üzərinə məsuliyyət qoyulan şəxs tərəfindən yetirilməsi, yetirilmiş ziyanla üzərinə məsuliyyət qoyulan şəxsin hərəkəti arasında səbəbli əlaqənin olması və vurulmuş ziyanla bağlı şəxsin təqsirinin olması zəruridir. Evrodizayn QSC-nin ED 000506 saylı mütəxəssis rəyində ENV-dən düzgün istifadə edilməməsi nəticəsində ana platada elektron elementlərin sıradan çıxması göstərilsə də, həmin ENV-ni təhvil götürərkən işlək vəziyyətdə olması səbəbi və ENV-dən düzgün istifadə edilməməsinin nədən ibarət olması izah edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı tərəfindən ona təhkim olunmuş elektron nəzarət vasitəsi olan mobil telefonu yarasız hala salmamış, işlək vəziyyətdə təhvil vermişdir. İddiaçıya 2277.40 manat məbləğində ziyan vurmamışdır. Ona görə də ziyanla bağlı cavabdehin üzərinə məsuliyyət qoyula bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə görə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənamlı nəticə çıxarmağa əsas verməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin mənasına görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh təhkim edilmiş “Attenti” markalı elektron nəzarət vasitəsi olan mobil telefonun dəyəri olan 2277.40 manat pulun cavabdehdən tutularaq Bakı şəhər Maliyyə İdarəsinin hesabına (VÖEN: **********, H/H: AZ66CTRE********************) ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh təhkim edilmiş “Attenti” markalı elektron nəzarət vasitəsi olan mobil telefonun dəyəri olan 2277.40 manat pulun cavabdehdən tutularaq Bakı şəhər Maliyyə İdarəsinin hesabına (VÖEN: **********, H/H: AZ66CTRE********************) ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1426/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1426/2024
15.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver