Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-146/2023 23.01.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ X5 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsinə dair mülki işə Cəlilabad şəhərində 23 yanvar 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci il tarixə kredit öhdəliyi üzrə qalan 4100 ( dörd min yüz) manat əsas borc, 1221.38 (bir min iki yüz iyirmi bir manat, otuz səkkiz qəpik) manat faiz borcu, 2003.26 (iki min üç manat iyirmi altı qəpik) manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu, 6474.14 ( altı min dörd yüz yetmiş dörd manat, on dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 13798.78 (on üç min yeddi yüz doxsan səkkiz manat, yetmiş səkkiz qəpik) manat məbləğində kredit borcunun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödəniləsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, İddiaçı ASC-nin Binəqədi filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 173 saylı kredit müqaviləsinə əsasən cavabdehə 8 (səkkiz) ay müddətinə illik faiz dərəcəsi 28 % (iyirmi səkkiz) faiz ödənilmək şərtilə 4500 (dörd min beş yüz) manat məbləğində istehlak krediti verilmişdir. Kredit müqaviləsi üzrə cavabdehlə razılaşdırılmış ödəniş cədvəli tərtib edilmiş və cavabdeh 8 ay ərzində aldığı krediti ona hesablanmış faizləri ilə birlikdə İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 3.1.-ci maddəsinə əsasən borc alan bu müqavilə əsasında krediti, kreditin qüvvədə olduğu bütün müddət üçün hər ay bərabər miqdarda olmaqla ödəməlidir. Kredit müqaviləsinin 3.3-cü maddəsinə əsasən kreditin və ona hesablanmış faizlərin ödənilməsi borc alan tərəfindən nağd şəkildə hər ay banka ödənilməlidir. Lakin borclu Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizlləri vaxtında ödəməmişdir. Hazırda borclunun xx.xx.2018-ci il tarixə hesablanmış banka ödənilməmiş pul borcu 4100 ( dörd min yüz) manat əsas borc, 1221.38 (bir min iki yüz iyirmi bir manat, otuz səkkiz qəpik) manat faiz borcu, 2003.26 (iki min üç manat iyirmi altı qəpik) manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu, 6474.14 ( altı min dörd yüz yetmiş dörd manat, on dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 13798.78 (on üç min yeddi yüz doxsan səkkiz manat, yetmiş səkkiz qəpik) manat təşkil edir. Tələb edilməsinə baxmayaraq cavabdeh öhdəliklərini yerinə yetirməkdən yayınmışdır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddanın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 173 saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən cavabdehə 8 (səkkiz) ay müddətinə illik faiz dərəcəsi 28 % (iyirmi səkkiz) faiz ödənilmək şərtilə 4500 (dörd min beş yüz) manat məbləğində istehlak krediti verilmişdir. İşdə olan kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2011-ci ildən xx.xx.2012-ci il tarixədək hər ay hissə-hissə ödəməklə aldıqları krediti ona hesablanmış faizləri ilə birlikdə İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 05 fevral 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2011-ci il tarixli 173 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə 4100 manat əsas borcu, 1221.38 manat faiz borcu, 6474.14 manat cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən 2003.26 manat hesablanmış məbləğ olmaqla, cəmi 13798.78 manat borcu vardır. İşdə olan bildirişdən görünür ki, iddiaçı cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı ASC-nin Binəqədi filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli,173 saylı kredit müqaviləsinə əsasən cavabdehə 8 (səkkiz) ay müddətinə illik faiz dərəcəsi 28 % (iyirmi səkkiz) faiz ödənilmək şərtilə 4500 (dörd min beş yüz) manat məbləğində istehlak krediti verilmişdir. Kredit müqaviləsi üzrə tərəflər arasında razılaşdırılmış ödəniş cədvəli tərtib edilmiş və cavabdeh 08 ay ərzində aldığı krediti ona hesablanmış faizləri ilə birlikdə İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və nəticədə İddiaçı ASC-yə hazırkı borc yaranmışdır. Tələb edilməsinə baxmayaraq cavabdeh öhdəliyini yerinə yetirməkdən yayınmışdır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Buna görə də yaranmış əsas borc cavabdehdən tutulmalıdır. Məhkəmə iddianın faiz borcu hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, işdə olan kredit müqaviləsindən və ödəniş cədvəlindən müəyyən edilir ki, cavabdeh götürdüyü krediti ona hesablanmış faizləri ilə birlikdə xx.xx.2011-ci ildən xx.xx.2012-ci il tarixədək hissə-hissə hər ay ödəməklə qaytarmağı öhdəsinə götürmüş və kredit müqaviləsi üzrə öhdəliyin başa çatdığı dövrə Cavabdeh faiz borcu 485.21 manat təşkil edir. Buna görə də Cavabdeh kredit müqaviləsi üzrə 485.21 manat faiz borcu tutulmalıdır. Məhkəmə iddanın cərimə ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, pensiya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış cərimənin məbləği yüksək olmaqla, borcluları əlverişsiz vəziyyətə salır. Borclular əsas kredit borcunu və onun faizlərinin əhəmiyyətli hissəsini ödəyə bilmədikləri halda əlavə olaraq onlara qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yol verilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, kreditiorun da əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Odur ki, məhkəmə cərimənin azaldılaraq Cavabdeh münasibətdə 250 (iki yüz əlli) manat həddində müəyyən edilməsini həm kreditorun, həm də borclunun mənafelərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsində qeyd edilmişdir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Konstitusiya Məhkəməsi Plenumunun 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia kredit müqaviləsinin müddəti bitikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumunun qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ tələbinə dair hissədə də əsaslıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4100 (dörd min yüz) manat əsas borc, 485.21 (dörd yüz səksən beş manat iyirmi bir qəpik) manat faiz borcu, 250 (iki yüz əlli) manat cərimə, 2003.26 (iki min üç manat iyirmi altı qəpik) manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ, cəmi 6838.47 (altı min səkkiz yüz otuz səkkiz manat qırx yeddi qəpik) manat kredit borcu və 30 (otuz) manat dövlət rüsumu tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Cəbrayilov
Məhkəmə qərarları › İş №2(073)-146/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-146/2023
23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver