Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1467/2024 30.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Cəlilabad şəhərində 30 iyul 2024cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq cavabdehdən 3.000 (üç min) manat məbləğində pulun və ödənilmiş 42.40 (qırx iki manat qırx qəpik) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə edərək göstərdi ki, o, Biləsuvar rayonunda yaşamaqla fərdi əmək fəaliyyəti ilə məşğul olur. Cəlilabad rayon sakini Cavabdeh əvvəllər tanımamış və onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Cavabdehlə sonradan münasibətləri yaranmışdır. Cavabdeh ondan 12 iyul 2019-cu il tarixdə 3 aya qaytarmaq şərti ilə 3.000 manat borc pul istəmişdir. Cavabdeh 22 oktyabr 2019-cu il tarixədək ona olan borcunu qaytaracağını bildirmiş və bununla bağlı aralarında Bakı şəhəri 49 saylı notariat ofisində kredit müqaviləsi bağlanmışdır. Lakin həmin müddət başa çatsa da cavabdeh ona olan borcunu bu günədək qaytarmamışdır. O, borcunu dəfələrlə tələb etsə də cavabdeh ona olan borcunu ödəməkdən boyun qaçırmışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd etdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı Cavabdeh qarşı məhkəmədə 3.000 manat məbləğində pul tələbinə dair iddia qaldırmışdır. Cavabdeh ilə İddiaçı arasında 12 iyul 2019-cu il tarixdə notarial qaydada bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 3 aya qaytarmaq şərti ilə 3.000 (üç min) manat məbləğində borc pul verilmişdir. Həmin pul Cavabdeh tərəfindən iddiaçıya 2019-cu ilin dekabr ayına kimi tam qaytarılmışdır. Bununla yanaşı borcun qaytarılması üçün nəzərdə tutulmuş müddətdən, yəni 12 oktyabr 2019-cu il tarixdən bu günə kimi 5 ildən artıq vaxt keçmişdir. Ötən müddət ərzində iddiaçı borcunu geri almaq üçün məhkəmədə iddia qaldırmamış və Azərbaycan Respublikası MPM-nin 373.2-ci maddəsinə əsasən iddia müddətini ötürmüşdür. Qeyd etdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə də verərək İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə mübahisəyə iddia müddətini tətbiq etməklə iddia müddətinin keçməsini nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində göstərdi ki, o, bir müddət iddiaçı ilə ailə münasibətində yaşamışdır, həm də qonşudurlar. Tərəflər arasında olan mübahisədən xəbəri vardır. Həqiqətən də 2020-ci ilin noyabr ayında Cavabdeh atası X2 İddiaçı olan borcu ilə bağlı poçt vasitəsi ilə onun (Şahid) adına 300 (üç yüz) manat pul göndərmişdir. İş materiallarında olan, Bakı şəhəri 49 saylı notariat ofisində təsdiq edilmiş 12 iyul 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 12 oktyabr 2019-cu il tarixədək qaytarmaq şərti ilə, 3 ay müddətinə faizsiz olaraq 3.000 (üç min) manat məbləğində pul (borc) verilmişdir. İşə məhkəmədə baxılarkən - İddiaçı cavabdeh tərəfin mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməsindən sonra - məhkəməyə arayış və bank hesabından çıxarış təqdim edərək cavabdehin ona olan borcundan 2020-ci ilin noyabr ayında 300 manat, 2022-ci ilin iyun ayında isə 50 manat olmaqla ümumilikdə 350 manat ödəniş etdiyini bildirmişdir. İş materiallarında olan pul köçürməsinə dair arayışdan görünür ki, cavabdehin atası X1 tərəfindən Şahid 30 noyabr 2020-ci il tarixdə poçt vasitəsi ilə 300 manat pul göndərilmişdir. İş materiallarında olan bank hesabından çıxarışdan görünür ki, İddiaçı kart hesabına 20 iyun 2022-ci il tarixdə 50 manat məbləğində pul köçürülmüşdür. Lakin həmin məbləğin kim tərəfindən və nə məqsədlə köçürülməsi aydın deyildir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. X4 Məhkəməsinin Mahmudov Rusiyaya qarşı 26 iyul 2007-ci il tarixli 35082/-04 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmə Konvensiya çərçivəsində sübutlara qiymət verərkən belə hesab edir ki, sübut təqdim etmək vəzifəsi faktı təkzib edənin üzərinə deyil, təsdiq edənin üzərinə düşür. Sübutlar kifayət qədər əsaslı, açıq və digər sübutlarla təsdiq olunan hallara əsaslanmalıdır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İş materiallarından müəyyən edilir ki, iddia ərizəsi 01 may 2024-cü il tarixdə Cəlilabad Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, İddiaçı ilə Cavabdeh arasında 12 iyul 2019-cu il tarixdə kredit müqaviləsi bağlanaraq iddiaçı tərəfindən cavabdehə 12 oktyabr 2019-cu il tarixədək qaytarmaq şərti ilə faizsiz olaraq 3.000 (üç min) manat məbləğində pul verilmişdir. İddiaçı məhkəmədə iddia qaldırdığı zaman Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsi ilə müəyyən edilmiş iddia müddətini üzrsüz səbəbdən buraxmışdır. Məhkəmə iclasında iddiaçı iddia müddətinin ötürülməsi səbəblərini kredit müqaviləsi sənədini itirməsi, cavabdehin həbsdə olması və sair bu kimi hallarla əsaslandırsa da bu hallar iddia müddətini üzrlü səbəbdən ötürülməsi üçün əsas hesab edilə bilməz. Bundan başqa, məhkəmə onu da qeyd edir ki, cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə iddia müddəti tətbiq edilməsi barədə ərizə təqdim etdikdən sonra iddiaçı məhkəmədə borcundan 350 manatın ödənildiyini bildirmiş, bu barədə məhkəməyə arayış və bank hesabından çıxarış təqim edərək cavabdehin ona olan borcundan 2020-ci ilin noyabr ayında 300 manat və 2022-ci ilin iyun ayında 50 manat olmaqla, ümumilikdə 350 manat ödəniş edildiyini bildirmişdir. Halbuki, iddiaçı məhkəmədə iddia qaldırarkən iddia ərizəsində tam olaraq kredit kimi verdiyi pulu, yəni 3.000 manatı tələb etmiş, borcundan 350 manatın ödənildiyini, borcdan 2650 manat qaldığını qeyd etməmişdir. Cavabdehin iddiaçıya olan borcundan 2020-ci ilin noyabr ayında 300 manat ödənilməsi məhkəmə iclasında ifadə verən Şahid ifadəsi və iş matierialları ilə təsdiq edilsə də iddiaçı tərəfindən iddia müddəti yenə də üzrsüz səbəbdən buraxılmış hesab edilməlidir. Çünki, həmin məbləğin ödənilməsi də 2020-ci ilin noyabrına aiddir. Eyni zamanda kart hesabından çıxarışda iddiaçının kart hesabına ödənişin həqiqətən də Cavabdeh tərəfindən köçürüldüyü müəyyən edilmir. Göründüyü kimi iddiaçının iddia ərizəsi ilə məhkəməyə təqdim etdiyi arayış və bank hesabından çıxarış arasında ziddiyyət vardır və iddiaçı iddia müddətini ötürməsini pərdələmək məqsədilə həmin sənədləri məhkəməyə təqdim etmişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti üzürsüz səbəbdən ötürüldüyündən iddia tələbi təmin edilə bilməz. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 42.40 (qırx iki manat qırx qəpik) manat dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 42.40 (qırx iki manat qırx qəpik) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-1467/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1467/2024
30.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver