Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1472/2024 15.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı Cavabdeh 3213 manat və ödənilmiş dövlət rüsumuna görə 52,13 manat məbləğində pul tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3213 manat və ödənilmiş dövlət rüsumuna görə 52,13 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, oğlu Fərhad Cəfərli ona məxsus “Audi A5” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili 27 noyabr 2023-cü il tarixdə Cəlilabad şəhəri, H.Əliyev prospektində “Bağ” adlanan ərazidən “Sil-silə” adlanan ərazi istiqamətində idarə edərkən, Cavabdeh “VAZ 21061” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə özünə məxsus olan avtomobili sağ tərəfdən vurmuşdur. Nəticədə onun idarəçiliyində olan avtomobilə 3213 manat dəyərində maddi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsiri sübuta yetirilmiş, onun barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəmə qərarı ilə 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Cavabdeh isə həmin ziyandan ona heç bir ödəniş etməmişdir. O, dəymiş ziyanı ödəməsini cavabdehə bir neçə dəfə xəbərdarlıq etsə də, cavabdeh ziyanı ödəməkdən yayınmışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək verdiyi izahatında bildirdi ki, o, 27 noyabr 2023-cü il tarixdə özünə məxsus “VAZ 21061” markalı, **-CA-*** dövlət nömrə nişanlı avtomobillə Cəlilabad şəhəri, H.Əliyev prospektində “Bağ” adlanan ərazidən “Sil-silə” adlanan ərazi istiqamətində hərəkətdə olarkən, İddiaçı məxsus “Audi A5” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sağ tərəfindən yüngül toxunmuş və iddiaçıya məxsus avtomobilə maddi ziyan dəymişdir. Lakin iddiaçı iddia ərizəsində avtomobilə dəymiş maddi ziyanın məbləğini tərtib etdirmiş saxta ziyan aktında göstərilən həddindən artıq şişirdilmiş rəqəmlərlə qeyd etmişdir. Ekspert də həmin saxta ziyan aktını əsas götürüb rəy vermişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 3(073)- 305/2024 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşdə olan 07 dekabr 2023-cü il tarixli, 272 saylı “Avtomobildə görüləcək işlərin hesablanması” aktından görünür ki, İddiaçı məxsus “Audi A5” markalı, **-BS-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan ümumilikdə 3213 manat təşkil etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/6956-8/2388 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə “Fiziki şəxs X1” tərəfindən tərtib edilmiş 07 dekabr 2023-cü il tarixli, 272 nömrəli hesablama aktında “Audi A5” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2825,00 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti 2000,00 manat, təmir-bərpa işlərinin qiyməti 825,00 manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan “Audi A5” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili oğlu Fərhad Cəfərli 27 noyabr 2023-cü il tarixdə Cəlilabad şəhəri, H.Əliyev prospektində “Bağ” adlanan ərazidən “Sil-silə” adlanan ərazi istiqamətində idarə edərkən, Cavabdeh “VAZ 21061” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçıya məxsus olan avtomobili sağ tərəfdən vurmuşdur. Nəticədə iddiaçıya məxsus avtomobilə 3213 manat dəyərində maddi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsində cavabdeh Cəlilabad Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 3(073)-305/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İddiaçı dəymiş ziyanın ödənilməsini cavabdehdən dəfələrlə tələb etsə də, heç bir nəticəsi olmamışdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara və ekspert rəyinə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı borca görə 3213 manat məbləğində pulun alınıb ona verilməsi tələbində qismən, yəni 2825 manat tələbində haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı vurulmuş zərərin miqdarı 2825 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh dəymiş zərərə görə 2825 manat alınıb İddiaçı verilməli, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 52,13 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasına görə Cavabdeh 50 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş zərərə görə 2825 (iki min səkkiz yüz iyirmi beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 52,13 (əlli iki manat on üç qəpik) manat alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə Cavabdeh 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1472/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1472/2024
15.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver