Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1486/2025 25.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən torpağın mülkiyyətə verilməsinə dair JN- 054A KOD 80617018 saylı Torpaq sahəsinin planı və ölçüsünə əsasən xüsusi mülkiyyətində olan Cəlilabad rayonu, Muğan kəndində yerləşən 0.30 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində çöl-ölçmə işlərinin aparılması üçün Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması və hər hansı maneənin törədilməsinə qadağa qoyulması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən torpağın mülkiyyətə verilməsinə dair JN- 054A KOD 80617018 saylı Torpaq sahəsinin planı və ölçüsünə əsasən xüsusi mülkiyyətində olan Cəlilabad rayonu, Muğan kəndində yerləşən 0.30 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində çölölçmə işlərinin aparılması üçün Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması və hər hansı maneənin törədilməsinə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cəlilabad rayonu Muğan kəndində ona və ailə üzvlərinə Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli 06 saylı qərarı ilə 0.30 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə ona Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən torpağın mülkiyyətə verilməsinə dair JN-054A KOD 80617018 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Həmin torpaq sahəsinin üzərində 2 fərdi yaşayış evi tikmişdir. Özünün mülkiyyətində olan 0.30 ha həyətyanı torpaq sahəsindən 0.06 ha hissəsini cavabdehə qeyri rəsmi vermiş və cavabdeh həmin torpaq sahəsində özü üçün fərdi yaşayış evi tikmişdir. Lakin cavabdeh və eyni zamanda bacısı oğlu Cavabdeh öz evinin və onun evinin sənədləşməsi zamanı aparılan çöl-ölçmə işlərinin aparılmasına maneçilik yaradır. Buna görə tikilmiş fərdi yaşayış evinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX tabeliyində DƏDK və Reyestri Rüblük Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə fərdi yaşayış evlərinə çıxarış və texniki pasport ala bilmir və cavabdeh özü də 0.06 ha torpaq sahəsini sənədləşdirə bilmir. Lakin fərdi yaşayış evinin birində çöl-ölçmə işləri aparılmış digər fərdi yaşayış evində çöl-ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən maneçilik yaradıldığı üçün sənədləşmə işləri aparılması mümkün olmaması səbəbindən imtina olundu. Dəfələrlə cavabdehə onlara problem yaratmamasını tələb etsələr də, heç bir nəticəsi olmamışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyət hüquqları pozulmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək verdiyi izahatında bildirdi ki, İddiaçı onun dayısıdır. O, iddiaçının və onun ailə üzvlərinin mülkiyyətində olan 0.30 ha həyətyanı torpaq sahəsindən 0.06 ha hissəsini iddiaçıdan qeyri rəsmi almış və cavabdeh həmin torpaq sahəsində özü üçün fərdi yaşayış evi tikmişdir. Lakin iddiaçı öz mülkiyyətində olan torpaq sahəsində inşa etirilməsinə baxmayaraq, onun inşa etdirdiyi fərdi yaşayış evinə çox yaxın ərazidə 2-ci fərdi yaşayış evi inşa etdirmişdir. Bu səbəbdən də aralarında mübahisə yarandığından, o, evin sənədləşməsi üçün aparılan çöl-ölçmə işlərinin aparılmasına iddiaçıya maneçilik yaratmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Torpağın mülkiyyətə verilməsinə dair JN-054A KOD 80617018 saylı şəhadətnamədən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 13 mart 1999cu il tarixli, 03 saylı qərarına əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Cəlilabad rayonu Svetlaya Zarya kəndi ərazisində 0.30 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən torpağın mülkiyyətə verilməsinə dair JN-054A KOD 80617018 saylı şəhadətnamənin surətindən görünür ki, Cəlilabad rayonu Muğan kəndində İddiaçı, X4 və X3 mülkiyyətinə Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998ci il tarixli 06 saylı qərarı ilə 0.30 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan 14 aprel 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəf hazırkı iddianın verilməsi ilə əlaqədar 100 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, Cəlilabad rayonu Muğan kəndində İddiaçı və ailə üzvlərinə Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli 06 saylı qərarı ilə 0.30 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə iddaçıya Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən torpağın mülkiyyətə verilməsinə dair JN-054A KOD 80617018 saylı Torpaq sahəsinin planı və ölçüsünə dair sənəd verilmişdir. Həmin torpaq sahəsinin üzərində 2 fərdi yaşayış evi tikmişdir. Özünün mülkiyyətində olan 0.30 hektar həyətyanı torpaq sahəsindən 0.06 hektar hissəsini cavabdehə qeyri rəsmi vermiş və cavabdeh həmin torpaq sahəsində özü üçün fərdi yaşayış evi tikmişdir. Lakin cavabdeh və eyni zamanda bacısı oğlu Cavabdeh öz evinin və onun evinin sənədləşməsi zamanı aparılan çöl-ölçmə işlərinin aparılmasına maneçilik yaradır. Buna görə tikilmiş fərdi yaşayış evinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX tabeliyində DƏDK və Reyestri Rüblük Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə fərdi yaşayış evlərinə çıxarış və texniki pasport ala bilmir və cavabdeh özü də 0.06 ha torpaq sahəsini sənədləşdirə bilmir. Lakin fərdi yaşayış evinin birində çöl-ölçmə işləri aparılmış digər fərdi yaşayış evində çöl-ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən maneçilik yaradıldığı üçün sənədləşmə işləri aparılması mümkün olmaması səbəbindən imtina olunmuşdur. İddiaçı dəfələrlə cavabdehə problem yaratmamasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə araşdırması zamanı cavabdehin mübahisəli torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evindən istifadəsinin haqlı olmasını təsdiq edən və buna əsas verən hər hansı bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları və X2 X1 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş həddlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya iddiaçının sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, hazırda cavabdehin həmin 0.30 ha torpaq sahəsi üzərində heç bir hüquqları qeydiyyata alınmamışdır. Ona görə də cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Qeyd olunanlara əsasən və mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı qarşı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən torpağın mülkiyyətə verilməsinə dair JN- 54A KOD 80617018 saylı Torpaq sahəsinin planı və ölçüsünə əsasən xüsusi mülkiyyətində olan Cəlilabad rayonu, Muğan kəndində yerləşən 0.30 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində çöl-ölçmə işlərinin aparılması üçün Cavabdeh tərəfindən maneələrin aradan qaldırılması və hər hansı maneənin törədilməsinə qadağa qoyulması tələbində haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 309.2-ci maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən torpağın mülkiyyətə verilməsinə dair JN- 54A KOD 80617018 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan Cəlilabad rayonu Muğan kəndində yerləşən 0.30 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində çöl-ölçmə işlərinin aparılması üçün Cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılsın və hər hansı maneənin törədilməsi Cavabdeh qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən torpağın mülkiyyətə verilməsinə dair JN- 54A KOD 80617018 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan Cəlilabad rayonu Muğan kəndində yerləşən 0.30 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində çöl-ölçmə işlərinin aparılması üçün Cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılsın və hər hansı maneənin törədilməsi Cavabdeh qadağan edilsin. İddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1486/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1486/2025
25.06.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver