Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-151/2025 16.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cəlilabad rayon Göytəpə kənd sakini Cavabdeh ona borclu olduğu 5100 (beş min bir yüz) manat və "xxxx" QSC-nin faiz uçot dərəcəsinə əsasən 26 faiz pulun hesablanaraq faiz borcu 1528 (bir min beş yüz iyirmi səkkiz) manat, məhkəmə rüsumu kimi ödəniş üçün 78 manat, cəmi 6706 (altı min yeddi yüz altı) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, Cavabdeh 26 iyul 2024-cü il tarixində onun evindən 3 (üç) ton 400 (dörd yüz) kq noxudu 5100 (beş min bir yüz) manata razılaşaraq almışdır. Noxudu həmkəndlisi Rza kişinin evindən VİT aparatında təmizləyib götürmüş və ona bildirmişdir ki, pulu axşam onun kartına atacaq və ya sabah gətirəcək. Lakin cavabdeh həmin pulu gətirməmiş və bəhanə edərək “hələ satmamışam”, “verərəm” deyərək quru vədlər verərməklə aldatmışdır. Sonra o, məcbur qalaraq Daxili İşlər Nazirliyinin “102 məlumat xidməti” nə xx.xx.2024-cü il tarixində zəng edib cavabdehin ona olan borcu barədə məlumat vermiş, Polis Şöbəsində araşdırma zamanı cavabdeh ona borclu olduğunu etiraf etmiş, lakin iş mülki xarakerli olduğundan Şöbədən ona mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. O (iddiaçı), çətin vəziyyətə düşmüş və bu səbəbdən də yaxın dostu X5 "xxxx" QSC-dən 5000 (beş) min pul götürüb ona 3000 (üç min) manat borc vermişdir. O, fəhlənin, kombayn aparatın və maşının aparıb-gətirilmə xərcini ödəmişdir. Bu da onun əlavə borca düşməsinə görə əldən çıxmış fayda hesab olunur. O (iddiaçı), cavabdehin ucbatından "xxxx" QSC-nin uçot daxilinə əsasən əlavə olaraq illik 26 % pul verməlidir. Onun cavbdehə pul verməsinə fəhlə X1 və qardaşı Abıyev Fəxrəddin və X3 şahid olmuşdur. Belə ki, qanunvericiliyin tələbinə əsasən onun (iddiaçının) cavabdehdən onda olan pulu ilə yanaşı həmin pulun onlarda olduğu dövr üçün Bank uçot dərəcəsinə uyğun faizlərini də tələb etmək hüququ vardır. Cavabdehdən borcunu ödəməsini tələb etməsinə baxmayaraq cavabdeh bundan imtina etmişdir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, iş mateirallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. İşdə olan, Məhkəmənin 28 oktyabr 2024-cü il tarixli sorğusu əsasında təqdim edilmiş Masallı rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair şikayəti əsasında araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq mübahisənin mülki xarakterli olması göstərilərək məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin arayışdan görünür ki, Cavabdeh verdiyi izahatında göstərmişdir ki, o İddiaçı aldğ 3400 kq noxudun dəyəri üçün 5100 manat borcu vardır. Həmin arayışa əlavə edilmiş, cavabdehin Masallı rayon Polis şöbəsində vermiş olduğu yazılı izahatdan görünür ki, cavabdeh iddiaçıdan noxud məhsulu aldığını və həmin mala görə iddiaçıya 5100 manat borcunun olmasını etiraf etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında şifahi formada bağlanılmış nisyə alqı-satqı müqaviləsi mövcud olmuşdur, iddiaçı öhdəliyini icra edərək müqavilə predmeti olan malı cavabdehə versə də, cavabdeh malın əvəzinin ödənilməsi öhdəliyini icra etməmişdir, pulu ödəməkdən yayınmışdır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya təhvil verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə işdə olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddianın 5100 manat borc tələbi hissəsi əsaslı olsa da, 1528 manat bank faizlərinə görə pul tələbi hissəsi əsaslı deyildir. Belə ki, iddiaçı cavabdehdən faiz borcu olaraq 1528 (bir min beş yüz iyirmi səkkiz) manat əlavə pul tələb etsə də, məhkəmə araşdırması zamanı həmin halları təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir, yəni, iddiaçının bildirdiyi kimi, cavabdehin pulu ona qaytarmamasına görə məcbur qalıb digər dostu olan X4 vasitəsilə bankdan kredit götürməsi və həmin kreditin məhz cavabdehə təqdim edilməsi və ya onun icranı gecikdirməsi nəticəsində iddiaçının düşdüyü ziyanın əvəzi olaraq əldə edilməsi halı, habelə həmin kredit öhdəliyinə görə cavabdehin məsuliyyət daşıması halı öz təsdiqini tapmamışdır. Eyni zamanda, Masallı rayon Polis şöbəsində verdiyi izahatında da cavabdeh iddiaçıya 5100 manat borcu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, hazırki iş üzrə ödənilmiş dövlət rüsumunun 71 (yetmiş bir) manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5100 (beş min bir yüz) manat borc və 71 (yetmiş bir) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-151/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-151/2025
16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver