Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1532/2025 19.08.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı və onun vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı 4120 manat pul və ödənilmiş 61 manat dövlət rüsumu tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4120 manat pul və ödənilmiş 61 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonu, Kazımabad kəndində yaşayır və yaşadığı kənddə təsərrüfatla məşğuldur. Cavabdeh 2023-cü ilin may ayında ondan kartof almaq istədiyini bildirmişdir. Həmin vaxt cavabdeh ondan alacağı karofun pulunun nağd şəkildə verə bilməyəcəyini və kartofun pulunu iki-üç gündən sonra qaytara biləcəyini bildirmişdir. O da cavabdehin vəziyyətini başa düşmüş, inanmış və cavabdehlə razılaşmışdır. Bundan sonra kartofun 1 kiloqramı 0,66 qəpikdən olmaqla 3,5 ton kartofu Cavabdeh nisyə satmışdır. Həmin vaxt cavabdehə nisyə satdığı kartofun ümumi dəyəri 2310 manat olmuşdur. Cavabdeh yenidən 2024-cü ildə ondan yenə nisyə kartof almaq istədiyini bildirmişdir. O, cavabdehə əvvəlki kartofun pulunu hələ də vermədiyini bildirdikdə, cavabdeh ona bildirdi ki, bu dəfə də nisiyə götürüb hər iki borcu birlikdə verəcəkdir. Bundan sonra o, kartofun 1 kiloqramı 0,66 qəpikdən olmaqla 3,5 ton kartofu Əlihüseynə nisyə satmışdır. Həmin vaxt cavabdehə nisyə satdığım kartofun ümumi dəyəri yenə də 2310 manat olmuşdur. İkinci dəfə götürdüyü 2310 manatlıq karırtofun pulundan cavabdeh ona cəmi 500 manat pul qaytarmışdır. Kartofu cavabdehə satarkən Əlihüseyn özü də kartofun neçə kiloqram olması barədə özündə müəyyən qeydlər aparmışdır. Həmin vaxt nisyə alqı-satqı zamanı onların yanlarında həmkəndliləri də iştirak etmişlər. Beləliklə Əlihüseyn hər iki dəfəsində ondan aldığı kartofu alıb satdıqdan sonra ona olan kartofların pulunu tam qaytarmamışdır. O da cavabdehin bu hərəkətini görüb cavabdehdən aldığı kartofların qalan pulunu istədikdə ona bildirmişdir ki, ondan aldığı kartofun pulunun qalan borcunu imkanı olan kimi qaytaracaqdır. O, yenə humanistlik edərək inanmış cavabdehi gözləmişdir. Lakin uzun müddətdir ki, cavabdeh onu aldadaraq aldığı kartofa görə ona olan hazırda cəmi 4120 manat pulu qaytarmamışdır. Halbuki, cavadbeh ondan aldığı kartofdan qazanc əldə etmiş və olan borcunu qaytarmamışdır. Cavabdehdən dəfələrlə kartofun qalan pulunu tələb etsə də, cavabdeh buna məhəl qoymamış, müxtəlif bəhanələrlə borcu qaytarmaqdan imtina etmişdir. Kartofu Vahid adlı şəxsin aldığını və pulunu hələki vermədiyini bildirmişdir. Göstərilən səbəbdən də ağır maddi vəziyyətə düşmüş, maddi zərər dəymiş və hüquqları pozulmuşdur. Məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Onun cavabdehə kartofun nisyə satılmasını təsdiq edəcək şahidləri də var və həmin şahidlər məhkəmə iclasına çağrılacağı təqdirdə bu faktı təsdiq edə bilərlər. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili Nümayəndə iddiaçının verdiyi izahatını müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh İddiaçı borcu ola-ola yenə 2024-cü ildə cavabdehə kartof verməsinin səbəbi inandığından və borcu qaytarmağa ümid etdiyindəndir. Hər dəfə insanlara pul verəcəklərini inandıraraq bu cavabdeh kimi kəndin kartof məhsulunu yığıb öz adamlarına verirlər, sonra, mən vasitəçiyəm deyib kənara çəkilirlər, halbu ki, kartofu cavabdeh danışıb, razılaşıb, əmin etmiş və almışdır, qismən də ödəniş etmişdir. Qeyd olunanların nəzərə alınaraq ddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, 2023-cü ildə iddiaçı ona mal verməmişdir, Astara rayonu Siyəki kəndindən Vahid adlı şəxs ona yaxınlaşmış, kartof almaq istədiyini bildirmişdir. Həmin anda Vahid tək olmamış yanında başqa şəxslərdə olmuşdur. O, da İddiaçılə bu barədə görüşüb danışmışdır. Aralarında razılaşaraq iddiaçı ona 100 kisə kartof vermiş, o da kartofu həmin şəxslər arasında paylamışdır. Həmin gündə kartofun pulunu iddiaçıya geri vermişdir. Bundan bir müddət sonra iddiaçıdan yenidən 100 kisə kartof almışdır. Həmin qaydada kartofu sataraq paylamış və pulu gətirib İddiaçı vermişdir. Bununla bağlı qeydləri də vardır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və vəkilininin, cavabdehin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 verdiyi izahatında bildirdi ki, İddiaçı onun əridir. Cavabdeh onun həyətinə gəlib, əri Zabitlə qiymətləşib razılığa gəlmiş, kartof məhsulunu toplamış və çəkib pulunu verəcəyinə razılaşmışlar. İddiaçı ilə cavabdeh arasında olan həmin nisyə al-verdən məlumatlıdır. Belə ki, 2023-cü ildə Cavabdeh İddiaçı 3,5 ton kartof məhsulu almışdır. Həmin vaxt cavabdeh malı nisyə almışdır. Bir müddət sonra cavabdeh ikinci dəfə iddiaçıdan 3,5 ton kartof məhsulunu nisyə almışdır. Cavabdeh aldığı həmin kartofun pulundan iddiaçıya bir dəfə 400 manat, sonra 100 manat vermişdir. Cavabdeh aldığı kartofun pulunu tam qaytarmamışdır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X2 verdiyi izahatında bildirdi ki, o, evin gəlinidir. Cavabdeh iki dəfə iddiaçıdan 3,5 ton və 3,5 ton kartof məhsulunu nisiyə almışdır. Həmin vaxtlarda danışıq onun yanında olmuşdur. Cavabdeh məhsulun pulundan 500 manat qaytarmış, qalan borcunu hal-hazıradək qaytarmamışdır. İşdə olan əl yazma ilə qeyd edilmiş qeydlərin fotoşəkilli surətlərindən görünür ki, Cavabdeh İddiaçı 2023-cü ildə cəmi 2465 manatlıq isə 4000 manatlıq kartof məhsulu olmaqla, cəmi 6465 manat dəyərində kartof məhsulu götürmüşdür. Cavabdeh iddiaçıya 6465 manatlıq kartof məhsulunun pulundan fərqli vaxtlarda, hissə-hissə olaraq 2345 manat pul qaytarmışdır. İşdə olan 18 oktyabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı iddianın verilməsi ilə əlaqədar 61 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh 2023 və 2024-cü illərdə İddiaçı ümumilikdə 7 ton kartof məhsulunu nisyə almışdır və həmin borc məbləğini müvafiq olaraq qısa müddətlərdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdehlə üzərinə götürdüyüi öhdəliyi yerinə yetirməmişdir. İddiaçı sonradan cavabdehdən dəfələrlə borcu qaytarmasını tələb etmiş, lakin cavabdeh kartofu verdiyi alıcıdan pulu alıb hər dəfə borcunu qaytaracağını vəd etsə də, müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. Bununla da cavabdehlərin iddiaçıya 4120 manat borcu yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı borca görə 4120 manat pul tələbində haqlıdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdehnın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İş materiallarından göründüyü kimi cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən onun iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdehlər Cavabdeh və X3 müşdərək qaydada borca görə 6672 manat alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 61 manat dövlət rüsumu cavabdehlərdən müşdərək qaydada alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh borca görə 4120 (dörd min bir yüz iyirmi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 61 (altımış bir) manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1532/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1532/2025
19.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver