Məhkəmə qərarları › İş №2(073)-1539/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1539/2025

20.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1539/2025 20.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli Kredit müqaviləsi üzrə 7389.8 manat əsas borc, 221.86 manat faiz borcu və 2.1 manat cərimə borcu olmaqla ümumilikdə 7613.76 manat məbləğində, eyni zamanda 29.04. 2024-cü il tarixli kredit müqaviləsi üzrə 499.45 manat əsas borc, 31.85 manat faiz borcu və 0. 97 manat borcu olmaqla ümumilikdə 532.27 manat məbləğində borcun və 101.46 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixli Kredit müqaviləsinə iddiaçıdan illik 14.9 faizlə 24 ay müddətinə 10000 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçrmışdır. 20 fevral 2025-ci il tarixinədək Cavabdeh banka xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 7389.8 manat əsas borc, 221.86 manat faiz borcu və 4.2 manat olmaqla ümumilikdə cəmi 7615.86 manat borcu vardır. Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 4.2 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 % miqdarında olmaqla, yəni 2.1 manat məbləğində tələb olunur. Cavabdeh xx.xx.2024-cü il tarixli Kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 48 ay müddətinə 500 manat məbləğində kredit götürmüşdür. 20 fevral 2025-ci il tarixinədək Cavabdeh banka xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 499.45 manat əsas borc, 31.85 manat faiz borcu və 0.97 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 532.27 manat borcu vardır. Cavabdeh kredit müqaviləsi üzrə ödənişlərini həyata keçirməmiş, nəticədə hazırkı borcu yaranmışdır. Borcun ödənilməsi ilə əlaqədar cavabdehə rəsmi qaydada xəbərdarlıq edilmiş, lakin cavabdeh yaranmış borcu ödəməkdən imtina etmişdir. Buna görə də iddiaçı Bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək iddianı etiraf etmiş, maddi imkanı zəif olduğuna görə borcunu ödəyə bilmədiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 33-Y-1-0-257-24 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 14.9 faizlə 24 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 33- Y-1-0-258-24 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 25 faizlə 12 ay müddətinə 500 manat məbləğində kredit verilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli 33-Y-1- 0-257-24 saylı Kredit müqaviləsi üzrə 7389.8 manat əsas borc, 221.86 manat faiz borcu və 2.1 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 7613.76 manat borcu vardır. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli 33-Y-1- 0-258-24 saylı Kredit müqaviləsi üzrə 499.45 manat əsas borc, 31.85 manat faiz borcu və 0.97 manat borcu olmaqla ümumilikdə cəmi 532.27 manat borcu vardır. İşdə olan xəbərdarlıqdan görünür ki, iddiaçı təşkilat cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli Kredit müqaviləsi üzrə 7389.8 manat əsas borc, 221.86 manat faiz borcu və 2.1 manat cərimə borcu olmaqla ümumilikdə 7613.76 (yeddi min altı yüz on üç manat yetmiş altı qəpik) manat, xx.xx.2024-cü il tarixli Kredit müqaviləsi üzrə 499.45 manat əsas borc, 31.85 manat faiz borcu və 0.97 manat borcu olmaqla ümumilikdə 532.27 (beş yüz otuz iki manat iyirmi yeddi qəpik) manat, ümumilikdə 8146.03 (səkkiz min yüz qırx altı manat üç qəpik) borc və 101.46 (bir yüz bir manat qırx altı qəpik) manat dövlət rüsumu alınıb İddiaçı ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar