Məhkəmə qərarları › İş №2(073)-1552/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1552/2023

05.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1552/2023 05.09.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı qızının nümayəndəsi X4 nun, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X6 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, Cəlilabad Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 130 (bir yüz otuz) manat alimentin miqdarının artırılaraq, cavabdehdən hər ay bir uşağa görə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddianın həcminin azaldılmasına dair ərizə verərək, izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli 2(073)-1662/2021 saylı qətnaməsinə əsasən 09 mart 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçı X5 verilməsi qət edilmişdir. İddiaçı işləmir, uşağın saxlanmasında maddi cəhətdən çətinlik çəkir, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği isə uşağın saxlanılmasına kifayət etmir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, Cəlilabad Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 130 (bir yüz otuz) manat alimentin miqdarının artırılaraq, cavabdehdən hər ay bir uşağa görə 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli 2(073)- 1662/2021 saylı qətnaməsinə əsasən 09 mart 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin ondan (cavabdehdən) tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı uşağın saxlanması üçün kifayət etmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianı etiraf edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiiş surətindən görünür ki, X3 09 mart 2015-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Cəlilabad rayon məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(073)- 1662/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cəlilabad Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(073)-1255/2020 saylı qətnaməsi ilə 09 mart 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh tutulan alimentin miqtarı artırılaraq, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq 09 mart 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay bir uşağa görə 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyytinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cəlilabad rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(073)-1662/2021 saylı qətnaməsi ilə 09 mart 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay bir uşağa görə 150 (bir yüz əlli) manat sabit pul məbləğində müəyyən edilsin və məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq 09 mart 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Cavabdeh 38 (otuz səkkiz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilbad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar