Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1562/2023 09.08.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdeh X2 vərəsəsi Cavabdeh İldirxan oğluna qarşı borcun və 32.09 manat dövlət rüsumunun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin cavabdeh X2 vərəsəsi Cavabdeh İldirxan oğluna qarşı 1110.98 manat əsas borcu, 57.28 manat faiz borcu olmaqla, cəmi 1168.26 manat borcun və 32.09 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ASC- ilə cavabdeh X3 arasında xx.xx.2021-ci il tarixli, ******* saylı kredit müqaviləsi imzalanmışdır. Həmin sazişə uyğun olaraq tərəflər arasında razılaşma imzalanmış və cavabdehə 36 ay müddətinə 1800 manat məbləğində kredit verilmişdir. AZ İİ 317213 saylı haqqında şəhadətnamənin surətindən görünür ki, cavabdeh X3 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin portalından əldə olunan məlumata əsasən X2 vəfatından sonra Cəlilabad rayon 1 saylı Notariat ofisində vərəsəlik işinin açılması aşkarlanmışdır. Bankın xx.xx.2023cü i tarixdə qeyd olunan notariat ofisinə ünvanlandığı sorğusuna cavab olaraq, xx.xx.2022ci il tarixində vərəsəlik işi açılmışdır və X2 vərəsəsi – Cəlilabad rayonu, Ağdaş kəndində qeydiyyatda olan Cavabdeh İldirxan oğlu olduğu müəyyən edilmişdir. Beləliklə də xx.xx.2021-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 1110.98 manat əsas borcu, 57.28 manat faiz borcu olmaqla, cəmi 1168.26 manat borcun və 32.09 manat ödənilmiş dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İşdə olan saylı kredit müqaviləsindən görünür ki, cavabdeh X3 na İddiaçı ASC tərəfindən 36 ay müddətinə illik 17 faiz olmaqla 1800 manat kredit verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, saylı kredit müqaviləsi üzrə cavabdeh X2 iddiaçı cəmiyyətə 1110.98 manat əsas borcu, 57.28 manat faiz borcu olmaqla, cəmi 1168.26 manat borcu vardır. İşdə olan 07.12.202-ci il tarixli, AZ İİ 317213 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İşdə olan 26 aprel 2023-cü il tarixli məktubdan görünür ki, mərhum X2 vərəsəsinin ərizəsi əsasında xx.xx.2022-ci il tarixdə, 8V-792 reyster nömrəsi ilə Vərəsəlik işi açılmışdır. İşdə olan “Elektron Notariat” X1 çıxarışdan görünür ki, mərhum X2 vərəsəsi Cavabdeh İldirxan oğlu müəyyən edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixdli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdeh X2 vərəsəsi Cavabdeh İldirxan oğlundan yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə çəkilən xərclərlər də əlavə olunmaqla məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 32.09 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrinə əsasən iddiaçı banka olan borc cavabdehlərdən alınaraq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 32.09 manat dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X2 vərəsəsi Cavabdeh İldirxan oğlundan 1110.98 manat əsas borcu, 57.28 manat faiz borcu olmaqla, cəmi 1168.26 manat borcun və 32.09 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1562/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1562/2023
09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver