Məhkəmə qərarları › İş №2(073)-158/2023

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-158/2023

24.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-158/2023 24.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı 27 fevral 2007-ci ildə doğulmuş X2 və 21 fevral 2008-ci ildə doğulmuş X1 üçün müəyyən olunmuş alimentin həcminin artırılaraq Cavabdeh hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində aliment tutulması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 27 fevral 2007-ci ildə doğulmuş X2 və 21 fevral 2008-ci ildə doğulmuş X1 üçün müəyyən olunmuş alimentin həcminin artırılaraq Cavabdeh hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində aliment tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə iclası 02 fevral 2023-cü il tarixə saat 11:30-a və 24 fevral 2023-cü il tarixə saat 11:00-a təyin edilmiş, məhkəmənin yeri və vaxtı barədə tərəflərə məhkəmə bildirişi göndərilmiş, lakin tərəflər məhkəməyə gəlməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Ona görə də işə tərəflərin iştirakı olmadan baxılması mümkün deyil. Məhkəmə işdə olan sənədləri araşdırıb belə nəticəyə gəlir ki, iştirakları olmadan işə baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiyinə görə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259,263,264,266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı Cavabdeh qarşı 27 fevral 2007-ci ildə doğulmuş X2 və 21 fevral 2008-ci ildə doğulmuş X1 üçün müəyyən olunmuş alimentin həcminin artırılaraq Cavabdeh hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində aliment tutulması tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Cəlilabad rayon məhkəməsinə qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar