Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1598/2023 24.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 6000 manat pul tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 80 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonu Sabirabad kəndində yaşamaqla, kartof məhsulunu əkib becərərək ailəsini dolandırır. 2023-cü ilin yanvar ayında kənd əhalisi ilə bərabər o, da Cavabdeh 1 kq 1,30 manat olmaqla 3000 manat borc edib toxumluq “Arizona” kartof sortu adı ilə toxumluq kartof alıb əkmiş və becərilməsinə əlavə 3000 manat xərc çəkmişdir. Lakin həmin toxumluq kartof keyfiyyətsiz olduğundan ona 6000 manat maddi ziyan dəymişdir. Belə ki, 600 manat icarə haqqı, məhsulun əkib-becərilməsi üçün 3 dəfə şumlanılmasına görə 120 manat, at kotanı ilə 3 dəfə dırmıxlanmasına görə 120 manat, 1 kisəsi 70 manat olmaqla 10 kisə Azot veriməsinə görə 700 manat, su motoru ilə suvarılması üçün yanacağa görə 100 manat, 10 nəfər fəhlə günü 18 manata 1-ci dəfə 4 gün və 2-ci dəfə də 4 gün işləməklə 144 manat, xəstəliyə qarşı 3 dəfə olmaqla dərmanlanması üçün 170 manat dərman pulu və 60 manat dərman vurulmasına görə zəhmət haqqı cəmi 230 manat olmaqla ümumilikdə xərc çəkmişdir. O, cavabdehə ona keyfiyyətsiz toxum verməsi barədə iradını bildirdikdə, Cavabdeh satdığı kartof toxumunun keyfiyyətli olmasını, yaxşı məhsul verəcəyini bildirmiş və əgər məhsulu keyfiyyətinə görə sata bilmərsə bütün məhsulu özü ondan alacağını demişdir. Hətta məhsul yetişən vaxtı ona kartof torbaları da vermişdir ki, məhsulunu həmin torbalara vursun. Lakin məhsul yox səviyyəsində olmuş və kartoflar da qoz boyda, xırdaxırda olmuşdur. Həmin məhsulu yerdən çıxarmaq və torbalara yığmaq da əlavə xərc tələb edirdi ki, o da daha da çox ona ziyan vuracaqdı. Ona görə dəfələrlə Cavabdeh çağırmış və o da söz vermiş, lakin gəlib kartof sahəsinə, məhsulun heç olmamasına şahidlik etmək istəməmişdir. Həmin vaxt kəndin çox adamı Cavabdeh “Arizona” kartof sortu adı ilə toxumluq kartof alıb əkmiş, lakin məhsul xarab çıxmışdır. Bundan sonra o, aralarında yaranmış mübahisəyə görə məcbur qalıb Cəlilabad RPŞ-nə müraciət etmiş, müraciəti arşadırıldıqdan sonra xx.xx.2023-cü il tarixli məktubla ona və digər şikayət vermiş şəxsə məhkəməyə müraciət etmələri məsləhət görülmüşdür. Bundan əlavə toxumluq kartofun keyfiyyətsiz olması barədə müvafiq orqanlara da müraciət etmişlər və Cəlilabad rayon Dövlət X8nin Bitkiçilik sektorunun verdiyi arayışda onun və digər şəxslərin aldığı toxumluq kartofun yararsız olduğu və bu səbəbdən onlara xeyli ziyan dəydiyi göstərilmişdir. Həmin vaxtdan hazıradək Cavabdeh ona dəymiş 6000 manat məbləğində ziyanı ödəməmişdir. Cavabdeh qaynatası Hakimin kartof toxumunun Rusiya Federasiyasından gətirdiyini və almalarını onlara tövsiyyə etmiş, lakin indi qapı-qapı gəzərək kənd adamlarının məhkəməyə şahidlik etmək üçün getmələrinə görə hədələmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X4 iddianı etiraf etməyərək, verdiyi izahatında bildirdi ki, Cavabdeh İddiaçı “Arizona” kartof sortu adı ilə kartof məhsulu satmamış və iddiaçı məhsula baxıb, bəyənib almışdır. Cavabdeh İddiaçı məhsulu keyfiyyətinə görə sata bilməzsə bütün məhsulu özü ondan alacağı barədə heç bir söz verməmişdir. İddiaçı Cavabdeh qarşı iddiasını əsassız hesab edir, ona görə də, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının, cavabdehin nümayəndəsi və vəkilinin, şahidlərin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 verdiyi izahatında bildirdi ki, İddiaçı onun arvadıdır və onlar Cəlilabad rayonu Sabirabad kəndində yaşayırlar. Kənd əhalisi kimi onlar da kartof məhsulunun əkib becərilməsi ilə məşğul olurlar. İddiaçı 2023-cü ilin yanvar ayında 600 manat məbləğində icarə haqqı ödəməklə icarəyə götürdüyü torpaq sahəsinə Cavabdeh 3000 manat dəyərində “Arizona” sortu adı ilə toxumluq kartof alıb əkmiş və becərilməsi üçün 3 dəfə şumlanılmasına görə 120 manat, at kotanı ilə 3 dəfə dırmıxlanmasına görə 120 manat, 1 kisəsi 70 manat olmaqla 10 kisə Azot veriməsinə görə 700 manat, su motoru ilə suvarılması üçün yanacağa görə 100 manat, 10 nəfər fəhlə günü 18 manata 1-ci dəfə 4 gün və 2-ci dəfə də 4 gün işləməklə 144 manat, xəstəliyə qarşı 3 dəfə olmaqla dərmanlanması üçün 170 manat dərman pulu və 60 manat dərmanlanmasına görə zəhmət haqqı olmaqla cəmi 230 manat xərc çəkmişdir. Lakin İddiaçı Cavabdeh aldığı kartof toxumu “Arizona” sortu yox, keyfiyyətsiz toxum olduğundan böyüməmiş, xırda qalmış və bu səbəbdən alıcısı olmadığından sata bilməmişdir. O, təsdiq edir ki, Cavabdeh İddiaçı toxumluq “Arizona” kartof sortu əvəzinə keyfiyyətsiz kartof toxumu satmışdır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X6 verdiyi izahatında bildirdi ki, İddiaçı onun əmisi arvadıdır və onlar Cəlilabad rayonu Sabirabad kəndində yaşayırlar. Kənd əhalisi kimi onlar da kartof məhsulunun əkib becərilməsi ilə məşğul olurlar. İddiaçı 2023-cü ilin yanvar ayında Cavabdeh “Arizona” sortu adı ilə toxumluq kartof alıb əkmişdir. Lakin İddiaçı Cavabdeh aldığı kartof toxumu “Arizona” sortu yox, keyfiyyətsiz toxum olduğundan böyüməmiş, xırda qalmış, məhsul verməmiş və bu səbəbdən kartofu sahədən yığmaq belə əlavə zərər yaratdığı üçün yığmamışdır. Həmin vaxt kəndin çox adamı Cavabdeh “Arizona” kartof sortu adı ilə toxumluq kartof alıb əkmiş, lakin məhsul xarab çıxmışdır. İş materialında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Cəlilabad X8 tərəfindən verilmiş 07 iyul 2023-cü il tarixli, 09 saylı arayışdan görünür ki, Sabirabad kənd sakinləri İddiaçı və X5 müraciətləri əsasında onların kartof əkin sahələrinə tərəflərindən baxış keçirilmişdir. Baxış zamanı hər iki sahədə aqrotexniki tədbirlərin tələb olunan qaydalara uyğun aparıldığı müşahidə olunsa da, sahələrdə məhsuldarlığın çox aşağı olduğu və gözlənilən kartof məhsulunun kondisiyaya uyğun olmadığı müəyyənləşdirilmişdir. Cənub bölgəsində fəaliyyət göstərən X9 Sertifkatlaşdırma Mərkəzində tərəvəz toxumlarının analizi aparıldığı üçün həmin sahələrdən götürülən kartof nümunələrinə baxılmış və mütəxəssislər tərəfindən belə qənaətə gəlnmiş ki, əkilmiş toxumun əlamətləri “Arizona” sortu ilə uyğunsuzluq təşkil edir. İş materialında olan Cavabdeh Cəlilabad RPŞ-nə verdiyi izahatından görünür ki, o, İddiaçı 1 kq 1,30 manat olmaqla 2314 kq kartof toxumu satmasını etiraf etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh 2023-cü ilin yanvar ayında İddiaçı 3000 manatlıq kartof məhsulu olan toxumluq “Arizona” sortu adı ilə başqa sort keyfiyyətsiz toxumluq kartof məhsulu satmışdır. İddiaçı 6,6 sot torpaq sahəsinə əkdiyi həmin məhsulun əkilməsi, becərilməsi və yetişdirilməsi üçün torpaq sahəsinin icarə haqqına görə 600 manat, 3 dəfə şumlanılmasına görə 120 manat, at kotanı ilə 3 dəfə dırmıxlanmasına görə 120 manat, 1 kisəsi 70 manat olmaqla 10 kisə Azot veriməsinə görə 700 manat, su motoru ilə suvarılması üçün yanacağa görə 100 manat, 10 nəfər fəhlə günü 18 manata 1-ci dəfə 4 gün və 2-ci dəfə də 4 gün işləməklə 144 manat, xəstəliyə qarşı 3 dəfə olmaqla dərmanlanması üçün 170 manat dərman pulu və 60 manat dərman vurulmasına görə zəhmət haqqı olmaqla cəmi 230 manat xərc çəkmişdir. Lakin İddiaçı Cavabdeh aldığı kartof toxumu “Arizona” sortu yox, keyfiyyətsiz toxum olduğundan böyüməmiş, xırda qalmış və bu səbəbdən alıcısı olmamış, nəticədə İddiaçı 5014 manat məbləğində ziyan dəymişdir. Məhkəmə iclasında tərəflərin və şahidlərin izahatları və iş materialları ilə sübut olundu ki, Cavabdeh İddiaçı keyfiyyətsiz və “Arizona” kartof növünə aid olmayan kartof toxumu satdığından İddiaçı məhsulun alınması və becərilməsi prosesində ziyan dəymişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 6000 manat pul tələbində qismən haqlıdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Həmin Məcəllənin 1128.3-cü maddəsinə əsasən əgər məhsul bütün hallar nəzərə alınmaqla ondan gözlənilən etibarlığı təmin etmirsə, keyfiyyətsiz məhsul sayılır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5014 manat alınıb İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi qismində 80 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5014 (beş min on dörd) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 80 (səksən) manat alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1598/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1598/2023
24.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver