Məhkəmə qərarları › İş №2(073)-16/2024

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-16/2024

17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-16/2024 17.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı BOKT QSC-nin cavabdehlər X2 və Cavabdeh1 qarşı cavabdehlər X1 və Cavabdeh1 əsas borc üzrə 2491,38 manat, faiz borcu üzrə 578,84 manat olmaqla, cəmi 3070,22 manat məbləğində pul vəsaitinin və ödənilmiş 50,70 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı BOKT QSC-nin xeyrinə ödənilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı BOKT QSC-nin cavabdehlər X2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 və Cavabdeh1 əsas borc üzrə 2491,38 manat, faiz borcu üzrə 578,84 manat olmaqla, cəmi 3070,22 manat məbləğində pul vəsaitinin və ödənilmiş 50,70 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı BOKT QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT QSC-nin X3 müavini Cahangir Kərimov məhkəməyə ərizə göndərərək, hazır ki iddia tələbi üzrə borc məbləği tam ödənildiyi üçün mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının ərizəsini və iş üzrə sənədləri nəzərdən keçirib belə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etdiyindən və bu imtina məhkəmə tərəfindən qəbul edildiyindən işin icraatına xitam verilməlidir. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməli və iddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ödənilmiş 50 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: 9********) İddiaçı BOKT QSC-nə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı BOKT QSC-nin cavabdehlər X2 və Cavabdeh1 qarşı cavabdehlər X1 və Cavabdeh1 əsas borc üzrə 2491,38 manat, faiz borcu üzrə 578,84 manat olmaqla, cəmi 3070,22 manat məbləğində pul vəsaitinin və ödənilmiş 50,70 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı BOKT QSC-nin xeyrinə ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: 9********) İddiaçı BOKT QSC-nə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar