Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-160/2023 15.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı 24 sentyabr 2011-ci il təvəllüdlü X1 üçün alimentin həcminin artırılaraq cavabdehdən 200 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 24 sentyabr 2011-ci il təvəllüdlü X1 üçün alimentin həcminin artırılaraq cavabdehdən 200 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə iclası 15 fevral 2023-cü il tarixə, saat 10:00-a təyin edilmiş, məhkəmənin yeri və vaxtı barədə tərəflərə məhkəmə bildirişi göndərilmiş, lakin tərəflər məhkəməyə gəlməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Ona görə də işə tərəflərin iştirakı olmadan baxılması mümkün deyil. Məhkəmə işdə olan sənədləri araşdırıb belə nəticəyə gəlir ki, iştirakları olmadan işə baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiyinə görə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259,263,264,266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı Cavabdeh qarşı 24 sentyabr 2011-ci il təvəllüdlü X1 üçün alimentin həcminin artırılaraq cavabdehdən 200 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi tələbinə dair iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Cəlilabad rayon məhkəməsinə həmin qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-160/2023
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-160/2023
15.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver