Məhkəmə qərarları › İş №2(073)-1620/2023

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-1620/2023

18.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-1620/2023 18.08.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair idda ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1283 (bir min iki yüz səksən üç) manat pulun və 33 (otuz üç) manat dövlət rüsumunun alınıb ona (iddiaçıya) verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Cəfərov X2 Muxtar Respublikası Kəngərli rayonu Qıvraq qəsəbəsində qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh Cəfərov X2 Muxtar Respublikası Kəngərli rayonu Qıvraq qəsəbəsində qeydiyyatda olduğundan mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə, yəni Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44-45, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə Cəlilabad Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar