Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1653/2024 19.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Cavabdeh Teymu oğlundan 5700 manat maddi ziyanın və 80 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclaszalında, açıq məhkəmə iclasındab axaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət dərək, Cavabdeh 5700 manat maddi ziyanın və 80 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cavabdeh Cəlilabad rayonu Göytəpə şəhərinin mərkəzində yerləşən çayxananı işlədən şəxs kimi tanıyır. Dəfələrlə işlətdiyi çayxanaya gedib orada çay içmişdir. 2017-ci ildə həmin çayxanada olan zaman söhbət əsasında Cavabdeh ondan oğlu Elçinin işləyibişləməməsini soruşmuş, cavabında oğlu Elçin heç yerdə işləmədiyini bildirmişdir. Ona iş yeri axtarıram. Söhbət zamanı Cavabdeh “tanışım var, oğlunu işə düzəlməsinə köməklik edə bilərəm sözlərini dedi. Cavabdeh onun oğlu Elçini hərbi qulluqçu kimi işə düzəlməsinə köməklik edəcəyini bildirdi. Elçin Əkbərlinin işə düzəlməsi ilə bağlı ondan 5000 min manat pul alacağını Cavabdeh bildirdi. Aralarında razılaşma olduğundan 2017-ci ilin iyul ayında 1500 manat, 2017-ci ilin oktyabr ayında 2000 manat, 2018-ci ilin oktyabr ayının sonlarında 1700 manat, 2018-ci ilin noyabr ayında 700 manat, 2019-cu ilin iyun ayında 500 manat və sonuncu dəfə 2020-ci ilin fevral ayında 300 manat ümumilikdə 6700 manat pulu Cavabdeh vermişdir. Cavabdeh ondan ümumilikdə aldığı 6700 manat pulla hərbi qulluqçu kimi oğlu Elçini işə düzəltmədi. 2017-ci il tarixindən 2024-cü il tarixinədək Cavabdeh onu aldadaraq dələ-duzluq yolu ilə pulu ələ keçirdiyindən, verdiyi vədə sadiq olmadığından Əyyubun hərəkətləri barədə Cəlilabad rayonu polis şöbəsinə verdiyi şikayət ərizəsi əsasında Cavabdeh cinayət məhsuliyyətinə cəlb olundu, ibtidai istintaq aparıldı, ifadələr alındı və barəsində tapılmamış materiallar üzrə cinayət işi baxılması üçün Cəlilabad rayon məhkəməsinə göndərildi. Cəlilabad rayon Məhkəməsində ARCM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirlən şəxs Cavabdeh barəsində olan cinayət işinə baxılarkən, onun dələduzluq yolu ilə onun 6700 manat oğlunu işə düzəlməsi ilə bağlı pul aldığı subuta yetirildi, məhkəmə istintaq zamanı Cavabdeh dələduzluq yolu ilə ondan aldığı 6700 manat puldan 1000 (bir min) manat pulu 13 fevral 2024-cü il tarixində Cəlilabad şəhərinin mərkəzində (məhkəmənin inzibati binasının qarşısında) könüllü şəkildə qəbz əsasında ona qaytarmış, qalan 5700 manat pulu bu günə kimi qaytarmamışdır. Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək Cəlilabad rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 1 (073)-53(2024 nömrəli hökmü ilə 2 (iki) il 6 (altı) ay müddətdə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdehunun barəsində çıxarılmış hökmdə dəymiş ziyanın ödənilməmiş hissəsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Cəlilabad rayonu məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(073)-53/2024 nömrəli Cavabdeh barəsində çıxarılmış hökmdən apellyasiya şikayəti və apelyasiya protesti verilmədiyindən, hökm qanuni qüvvəsini aldığından icra edilməsi üçün adiyyati üzrə Cəlilabad rayon İcra və Probasiya şöbəsinə yönəldilmişdir. Artıq məhkəmənin hökmü ilə Cavabdeh ona qarşı dələduzluq etməklə 6700 manat pulunu alması tam sübuta yetirilmişdir. Həmin puldan 1000 manatını ona qaytarmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilərək Cavabdeh 5700 manat pul və ödənilmiş 80 manat dövlət rüsumu olmaqla, ümumilikdə 5780 manat pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə teleqram göndərək, məhkəmə iclaslarında xəstəliyi ilə əladəqdar iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edirki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləki, iş materiallarına olan Cəlilabad rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 1(073)-53/2024 saylı hökmündən görünür ki, Cavabdeh tamah niyyəti ilə aldatma və etibardan sui-istifadə yolu ilə özgənin əmlakının ələ keçirmək məqsədilə İddiaçı 6700 manatını ələ keçirtdiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan 20 may 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 80 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı oğlu Elçin Əkbərova iş düzəltdirmək adı ilə olaraq İddiaçı hissə-hissə olaraq 5000 manat almış və həmin pulu mənimsəmişdir. İddiaçı cavabdehdən pulunu tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirməklə pulu qaytarmaqdan yayınmışdır. Ona görə də iddiaçı cavabdehin hərəkətləri barədə polis şöbəsinə müraciət etmiş, araşdırma aparılaraq Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılaraq baxılması üçün Cəlilabad rayon Məhkəməsinə göndərilmişdir. Cinayət işinə Cəlilabad rayon Məhkəməsində 02 aprel 2024-cü il tarixdə baxılaraq Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. Lakin buna baxmayaraq cavabdeh hal-hazıradək iddiaçının pulunu qaytarmamışdır. Buna görədə iddiaçı məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 5700 manat pul tələbində haqlıdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlarda əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasənə sassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh oglunun hərəkətləri əsassız varlanma kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı vəo nlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5700 manat alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi qismində 80 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh 5700 (beş min yeddi yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 80 (səksən) manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1653/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1653/2024
19.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver