Məhkəmə qərarları › İş №2(073)-1680/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1680/2025

23.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1680/2025 23.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 5400 (beş min dörd yüz) manat pul və ödənilmiş 74 (yetmiş dörd) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək, səhhətində olan problemə görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehi təxminən 2018-ci ildən tanıyır. 2019-cu ildə cavabdehlə söhbət əsnasında cavabdeh onu və həyat yoldaşını pensiyaya çıxarmaqda sənədləşmə işlərinin görülməsində ona köməklik edə biləcəyini və bunun müqabilində 8000 (səkkiz min) manat pul lazım olduğunu bildirmişdir. O da həmin vaxt cavabdehin sözünə inandığı üçün 2019-cu ilin sentyabr ayının axırında yaşadığı Cəlilabad rayonu, Mədətli kəndində yaşadığı evin həyətində cavabdehə 4500 manat pul vermişdir. Bundan bir müddət sonra 2019-cu ilin oktyabr ayının əvvələrində isə Cəlilabad şəhərində yerləşən “Kred-Aqro” kredit təşkilatının qarşısında yenidən cavabdehə 3500 manat pul vermişdir. Bundan 2 ay sonra isə cavabdeh Fəxrəddin Adıyev sosial yardım adı ilə ondan əlavə 500 manat pul almışdır. Bütün bunlardan müəyyən vaxt keçdikdən sonra isə o, cavabdeh tərəfindən aldadıldığını bilmişdir. O, cavabdehə verdiyi 8500 manat puldan 3100 manatını çətinliklə geri alsa da, 5400 manat borcu qamışdır. Bundan bir müddət sonra o, qalan pulunu cavabdehdən istəmiş, lakin cavabdeh pulu qaytarmamışdır. Cavabdeh ona qalan 5400 (beş min dörd yüz) manat pulu geri qaytarmır. Cavabdehdən dəfələrlə qalan pulunu tələb etsə də o, buna məhəl qoymur, heç bir əsaslı səbəb göstərmir. Müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən də o, ağır maddi vəziyyətə düşmüş, ona maddi zərər dəymiş və onun hüquqları pozulmuşdur. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilən məsələ ilə bağlı Cəlilabad rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Bu barədə onunla birlikdə cavabdehin izahatı alınmış və cavabdeh izahatında ona 5400 manat borclu qaldığını etiraf etmişdir. Lakin təhqiqatçı tərəfindən “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 12 iyun 2024-cü il tarixli qərar qəbul edilərək bu barədə ümumi məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalınmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X4 iddianı etiraf edərək verdiyi izahatında göstərmişdir ki, maddi imkanı olmadığından borcunu ödəyə bilməyib. Borcunu gələcəkdə hissə-hissə ödəyəcəyinə söz verir. Pulu iddiaçıya pensiya düzəltmək məqsədilə almayıb. Bunu Babaxan həkim adlı şəxs etməli idi, o da koronavirusdan rəhmətə getdi. Cavabdeh məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında da iddianı etiraf etmiş və bu barədə məhkəməyə yazılı ərizə də təqdim etmişdir. Məhkəmə izahatı dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən, ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilə bilər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyyətinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 5400 (beş min dörd yüz) manat pul və 74 (yetmiş dörd) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar