Məhkəmə qərarları › İş №2(073)-1697/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1697/2023

17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1697/2023 17.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı QSC BOKT-nın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cəfərov Nizami Nəhməd oğlunun vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı İddiaçı QSC BOKT ilə Cəfərov Nizami Nəhməd oğlu arasında bağlanmış 08 may 2008-ci il tarixli, 79 saylı kredit müqaviləsi üzrə 651 manat əsas borcun, 1193,30 manat faiz borcu olmaqla, cəmi 1844,30 manat borcun və ödənilmiş 38,44 manat dövlət rüsumunun onun hüquqi varisləri olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq İddiaçı QSC BOKT-na ödənilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC BOKT ilə Cəfərov Nizami Nəhməd oğlu arasında bağlanmış 08 may 2008-ci il tarixli, 79 saylı kredit müqaviləsi üzrə 651 manat əsas borcun, 1193,30 manat faiz borcu olmaqla, cəmi 1844,30 manat borcun və ödənilmiş 38,44 manat dövlət rüsumunun onun hüquqi varisləri olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq İddiaçı QSC BOKT-na ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X3 iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 nömrəli fərmanının icrası ilə əlaqədar olaraq "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC BOKT-a keçmişdir. Qeyd edilən fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin Cəfərov Nizami Nəhməd oğluna verilmiş kreditlə bağlı cəmi 1844,30 manat məbləğində tələb hüququ da 06 mart 2018-ci il tarixli S-FK-JAL-182 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC BOKT-a güzəşt edilmişdir. "xxxx" ASC-nin Cəlilabad filialı ilə Cəfərov Nizami Nəhməd oğlu arasında bağlanmış 08 may 2008-ci il tarixli 79 saylı kredit müqaviləsinə əsasən Cəfərov Nizami Nəhməd oğluna 12 ay müddətinə illik 24%-lə 700 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan öz üzərinə götürdüyü öhədliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməsinə görə borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Lakin kredit müqaviləsinin şərtlərinə borcalan tərəfindən əməl olunmamış, kreditin və ona hesablanmış faizlərin ödənilməsi gecikdirilmişdir. Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Təzəkənd kənd inzibati-ərazi dairəsi üzrə nümayəndəliyinin 18 aprel 2023-cü il tarixli 5-41/2-xx-xx/2023 saylı arayışına əsasən Cəfərov Nizami Nəhməd oğlu 16 iyul 2008-ci il tarixdə vəfat etmişdir. Cəfərov Nizami Nəhməd oğlu vəfat etdikdən sonra onun ailə üzvləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onun hüquqi varisi olmuşdur. X2 Nəhməd oğlunun aldığı kreditə görə ödənilməmiş 651 manat əsas borcu, 1193,30 manat faiz borcu olmaqla, cəmi 1844,30 manat borcu təşkil edir. Burcun ödənilməsi mərhumun hüquqi varisləri olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialı ilə Cəfərov Nizami Nəhməd oğlu arasında bağlanmış 08 may 2008-ci il tarixli, 79 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Cəlilabad filialı tərəfindən cavabdehə 12 ay müddətinə illik 24 faiz olmaqla 700 manat məbləğində kredit verilmişdir. İşdə olan 08 may 2008-ci il tarixli məxaric orderinin surətindən görünür ki, Cəfərov Nizami Nəhməd oğlu kredit müqaviləsi üzrə verilməsi nəzərdə tutulan 693 manat məbləğində vəsaiti "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialından almışdır. İşdə olan Azərbaycan Beynəlxalq Bankı» ASC ilə İddiaçı QSC arasında bağlanmış problemli aktivlər (borclar) üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair 21 aprel 2017-ci il tarixli müqaviləyə əlavə edilmiş aktdan görünür ki, "xxxx" ASC-yə olan və müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə hüququ da 06 mart 2018-ci il tarixli, S-FK-JAL-182 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC-yə verilmişdir. İşdə olan Cəlilabad RİHB-nın Təzəkənd İƏDÜN tərəfindən verilmiş 18 aprel 2023cü il tarixli, 5-41/2-xx-xx/2023 saylı arayışdan görünür ki, 16 iyul 2008-ci il tarixdə vəfat etmiş Cəfərov Nizami Nəhməd oğlunun Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ibarət ailə tərkibi vardır. İşdə olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, iddiaçı təşkilat cavabdehlərdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan 04 iyul 2023-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti hazırkı iddianın verilməsi ilə əlaqədar 38,44 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 nömrəli fərmanının icrası ilə əlaqədar olaraq "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC BOKT-a keçmişdir. Qeyd edilən fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin Cəfərov Nizami Nəhməd oğluna verilmiş kreditlə bağlı cəmi 1844,30 manat məbləğində tələb hüququ da 06 mart 2018-ci il tarixli S-FK-JAL-182 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC BOKT-a güzəşt edilmişdir. "xxxx" ASC-nin Cəlilabad filialı ilə Cəfərov Nizami Nəhməd oğlu arasında bağlanmış 08 may 2008-ci il tarixli 79 saylı kredit müqaviləsinə əsasən Cəfərov Nizami Nəhməd oğluna 12 ay müddətinə illik 24%-lə 700 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan öz üzərinə götürdüyü öhədliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməsinə görə borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Lakin kredit müqaviləsinin şərtlərinə borcalan tərəfindən əməl olunmamış, kreditin və ona hesablanmış faizlərin ödənilməsi gecikdirilmişdir. Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Təzəkənd kənd inzibati-ərazi dairəsi üzrə nümayəndəliyinin 18 aprel 2023-cü il tarixli 5-41/2-xx-xx/2023 saylı arayışına əsasən Cəfərov Nizami Nəhməd oğlu 16 iyul 2008-ci il tarixdə vəfat etmişdir. Cəfərov Nizami Nəhməd oğlu vəfat etdikdən sonra onun aldığı kreditə görə ödənilməmiş 651 manat əsas borcu, 1193,30 manat faiz borcu olmaqla, cəmi 1844,30 manat borcu yaranmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Cəfərov Nizami Nəhməd oğlu tərəfindən "xxxx" ASC-nin Cəlilabad filialından alınan kredit borcunun geri alınmasına dair hüquqlarının Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ötürülməsi barədə tərəflər arasında hər hansı razılaşma mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı İddiaçı QSC BOKT ilə Cəfərov Nizami Nəhməd oğlu arasında bağlanmış 08 may 2008-ci il tarixli, 79 saylı kredit müqaviləsi üzrə 651 manat əsas borcun, 1193,30 manat faiz borcu olmaqla, cəmi 1844,30 manat borcun və ödənilmiş 38,44 manat dövlət rüsumunun onun hüquqi varisləri olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq İddiaçı QSC BOKT-na ödənilməsi tələbində haqlı deyildir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1288-ci maddəsinə əsasən miras şəriklərinin razılaşması üzrə bütün borc tələblərinin tam ödənilməsinin vərəsələrdən birinin öhdəsinə qoyulmasına, bunun əvəzində ona mirasdan müvafiq surətdə artırılmış pay verilməsinə yol verilir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 Nəhməd oğlunun ailə üzvləri olan iş üzrə cavabdehlər qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyin müəyyən olunması üçün notariat orqanına və ya məhkəməyə müraciət etməmişlər və iddiaçı tərəfin təqdim etdiyi icra nümayəndəsinin arayışına əsasən həmin şəxslərin üzərinə vərəsə kimi borc tələbinin qoyulması əsassızdır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı İddiaçı QSC BOKT ilə Cəfərov Nizami Nəhməd oğlu arasında bağlanmış 08 may 2008-ci il tarixli, 79 saylı kredit müqaviləsi üzrə 651 manat əsas borcun, 1193,30 manat faiz borcu olmaqla, cəmi 1844,30 manat borcun və ödənilmiş 38,44 manat dövlət rüsumunun onun hüquqi varisləri olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq İddiaçı QSC BOKT-na ödənilməsi tələbində haqlı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarını hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı İddiaçı QSC BOKT ilə Cəfərov Nizami Nəhməd oğlu arasında bağlanmış 08 may 2008-ci il tarixli, 79 saylı kredit müqaviləsi üzrə 651 manat əsas borcun, 1193,30 manat faiz borcu olmaqla, cəmi 1844,30 manat borcun və ödənilmiş 38,44 manat dövlət rüsumunun onun hüquqi varisləri olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq İddiaçı QSC BOKT-na ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 38,44 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı İddiaçı QSC BOKT ilə Cəfərov Nizami Nəhməd oğlu arasında bağlanmış 08 may 2008-ci il tarixli, 79 saylı kredit müqaviləsi üzrə 651 manat əsas borcun, 1193,30 manat faiz borcu olmaqla, cəmi 1844,30 manat borcun və ödənilmiş 38,44 manat dövlət rüsumunun onun hüquqi varisləri olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq İddiaçı QSC BOKT-na ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 38,44 (otuz səkkiz manat qırx dörd qəpik) manat dövlət rüsumu İddiaçı QSC BOKT-na aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar