Məhkəmə qərarları › İş №2(073)-1717/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1717/2025

21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1717/2025 21.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 arşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 23 mart 2022-ci və 2023-cü il tarixli nisiyə alqı-satqı müqaviləsinə əsasən əsas borc üzrə 17306 manat və cərimə üçün 1200 manat olmaqla, ümumilikdə 18506 manat və dövlət rusumu kimi ödənilmiş 145 manat 40 qəpik pul vəsaitin İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia həcminin azaldılmasına dair ərizə verərək, cavabdehlərdən 14609 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən, iddiaçı “Mİ Telekom” mağazasının müdri İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış 23 mart 2022-ci il və 2023-ci il tarixli müqavilələrə əsasən o 1 ədəd Televizor Taube 165 smart 1750 manat, 1 ədəd paltaryuyan 7 kq. 1200 manat, Paltaryuyan 8 kq 1000 manat, Taube teievizor 1095 smart 1 ədəd 559 manat, Telefon A 53 1** GB ***2 manat, televizor Taube 109 ekran 559 manat, telefon A73 Samsung 1738 manat, televizor 109 ekran smart 550 manat, telefon A03 300 manat, paltaryuyan 6 kq 1410 manat, Soyuducu Nofrost 1 ədəd 1020 manat, Ləpə qabı 1 ədəd 45 manat, Mikro dalğadalğalı Hausber 1 ədəd 250 manat, Paltaryuyan Hoffman 8 kq 1 ədəd 1200 manat, televizor Taube 109 ekran 650 manat, Soyuducu Sonfer 1 ədəd 1700 manat, Soyuducu Senser qara 1 ədəd 2000 manat, Telefon A54 128GB 1 ədəd 939 manat, Televizor 127 smart 900 manat, televizor Taube 109 ekran 1 ədəd smart 550 manat, televizor taube 1 ədəd 109 ekran 650 manat, soyuducu Qandluqus 1 ədəd 1800 manat, Telefon A03 1 ədəd 420 manat, Soyuducu Qandluqus 1 ədəd 1800 manat, ümumilikdə 22431 manat dəyərində olan malları cavabadehlərə satılmışdır. Cavabdehlər 22431 manatdan 5125 manat ödəniş etsələr də 17306 manat qalıq borcu qalmışdır. Cavabdehlər iddiaçının mağazasından uzun illərdir ki, nisyə mal alıb normal ödənişlər etmişlər. Son vaxtlar ödəniş etməkdən yayınmışlar. Cavabdehlərdən borcunu ödəməsini tələb edilməsinə baxmayaraq onlar bundan imtina etmişdir. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq 14609 manat əsas borc, kiçik əşyaların dəyəri üçün 301 manat, 1200 manat cərimə, dövlət rusumu kimi ödənilmiş 145.40 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 verdiyi izahatında göstərmişdir ki, iddiaçı ilə razılığa gəlmişlər. İddianı 14609 manat əsas borc, kiçik əşyaların dəyəri üçün 301 manat hissəsində etiraf edir və borclarını ödəyəcəklər. Digər cavabdehlər anası və bacısıdır. Onlar müqavilələrlə imza çəksələr də əsl alıcı özü olmuşdur, yəni malları Aybəniz almışdır. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 verdiyi izahatında göstərmişdir ki, iddianı 14609 manat əsas borc, kiçik əşyaların dəyəri üçün 301 manat hissəsində etiraf edir, işləyərək bacısına köməklik edəcək və borclarını ödəyəcəklər. Malları cavabdeh bacısı Aybəniz faktiki olaraq alır və təkrar satışını həyata keçirirdi. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları və dinləyib, iş mateirallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddia tələbi əsas borc hissəsində cavabdehlər tərəfindən etiraf edildiyindən, ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilə bilər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdehlər tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyyətinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Tərəflər müxtəlif tarixlərdə müxtəlif formalarda yazılı və şifahi nisyə alqı-satqı müqavilələri bağlamışlar, həmin müqavilələr üzrə qismən ödənişlər etsələr də iddia tələbində göstərilən həcmdə borcları qalmışlar. Borcun 14609 manat hissəsi yazılı alqı-satqı müqavilələri, 301 manat hissəsi isə şifahi formada bağlanılmış nisyə alqı-satqı müqaviləsindən yaranmışdır. Tələbin hansı cavabdehə münasibətdə hansı hissədə təmin edilməsi ilə bağlı məhkəmə hesab edir ki, cavabdehlər birgə borclular kimi qəbul edilməklə tələb müştərək qaydada icra edilməlidir. Habelə, məhkəmə iclasında iştirak edən cavabdehlər özləri də tələbi tam hissədə etiraf etmişdirlər. Məhkəmə iddianın cərimə hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, iddiaçı cavabdehlərdən 1200 manat məbləğində cərimə tələb etsə də həmin halları, yəni cərimə hesablanması əsaslarını təsdiqləyəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Həmin cərimənin tərəflər arasında bağlanılmış müqavilələrdə yaranma və hesablanması əsası və qaydası müəyyən edilməmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, hazırki iş üzrə ödənilmiş dövlət rüsumunun 134.73 (bir yüz otuz dörd manat yetmiş üç qəpik) manatı cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 14910.5 (on dörd min doqquz yüz on manat əlli qəpik) manat borc və 134.73 (bir yüz otuz dörd manat yetmiş üç qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar