Məhkəmə qərarları › İş №2(073)-172/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-172/2023

26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-172/2023 26.01.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə 1778.84 ABŞ dolları əsas borc, 850.03 ABŞ dolları faiz borcu, 1341.05 ABŞ dolları cərimə, 427.25 ABŞ dolları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış faiz borcu olmaqla, cəmi 4397.17 ABŞ dolları borcun və 95 manat dövlət rüsumunun cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasından bağlanmış xx.xx.2015-ci il tarixli, 501 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən cavabdehə illik 27 faiz olmaqla 24 ay müddətinə 3000 (üç min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə tərəflər arasında razılaşdırılmış ödəniş cədvəli tərtib olunmuş və cavabdeh götürdüyü vəsaiti faizi ilə birlikdə iddiaçı banka qaytarmağı öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və zamin Cavabdeh1 öhdəliklərinin icrasına görə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 kredit öhdəliklərini lazımınca icra etməmiş və nəticədə İddiaçı ASC-yə hazırkı borcu yaranmışdır. Dəfələrlə tələb edilməsinə baxmayaraq cavabdehlər kredit müqaviləsi üzrə yaranmış borcu ödəməkdən imtina etmişdirlər. Buna görə də iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 501 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 illik 27 faiz olmaqla 24 ay müddətinə 3000 (üç min) ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixli, 501 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinə görə tam məsuliyyət daşıyır. İşdə olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2015-ci il tarixli, 501 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2022-ci il tarixə 1778.84 ABŞ dolları əsas borc, 850.03 ABŞ dolları faiz borcu, 1341.05 ABŞ dolları cərimə, 427.25 ABŞ dolları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış faiz borcu olmaqla, cəmi 4397.17 ABŞ dolları borcu vardır. İşdə olan Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə ünvanlanmış xəbərdarlıqdan görünür ki, iddiaçı yaranmış borcun ödənilməsini cavabdehlərdən tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan problemli kreditlərin kompenasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından çıxarışdan görünür ki, Cavabdeh1 Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə borcu əsas borc qismində 3024.03 manat məbləğində müəyyən edilmişdir. İşdə olan qəbzdən görünür ki, iddiaçı hazırkı iddia ərizəsinin verilməsi ilə əlaqədar 95 (doxsan beş) dövlət rüsumu ödəmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh1 İddiaçı ASC ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya müqavilə müddətinin sonuna iddiaçının tələb etdiyi borcun yaranması, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası məqsədi ilə borcun azaldılmasına 1742.31 manat məbləğdə pul vəsaiti yönəldilməsi və nəticədə hazırda iddiaçıya ödənilməmiş əsas borc qismində qalıq borcunun 3024.03 manat təşkil etməsi təsdiq olunur. Bundan başqa, cavabdeh kredit müqaviləsinin restruktruzasiyası istiqamətində müqavilə bağlanması üçün iddiaçıya təkliflər verməsini və təkliflərinin əsassız rəddinə dair sübutlarını, yeni müqavilə bağlanmasına dair onda iradəsinin formalaşmasını bildirən mülahizələrini, eləcə də, iddia tələbinə etirazlarını və həmçinin etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən dəlilləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə mülki işin qeyd olunan hallarını nəzərə alaraq, hesab edir ki, mülki işə iddia tələbi həcmində baxılmalı və qətnamə çıxarılmalıdır. Belə ki, MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 739-cu maddəsinin tələbinə gürə borc mğqaviləsinə gürə iєtirakzglardan biri (borc verən) pula və ya digər əvəz edilən əєyalara mğlkiyyət hğququnu digər iєtirakzgya (borc alana) kezirməyi ühdəsinə gütğrğr, digər iєtirakzg (borc alan) isə aldgqlargng mğvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni nüvlğ əєyalar єəklində borc verənə qaytarmarg ühdəsinə gütğrğr. Borc mğqaviləsinin predmeti hər hansg pul məbləri olduqda, o, kredit mğqaviləsi adlandgrglgr. Mğstəqil peєə fəaliyyəti єəklində pul borc verməklə məörul olan єəxslər əlavə olaraq peєəkarlgq qaydasgnda kreditlər verilməsi haqqgnda mğddəalarg güzləməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının digər Cavabdeh2 münasibətdə də tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi cavabdeh zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Məhkəmə onu da qeyd edir ki, hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiacının cavabdehlərə qarşı eyni zamanda hazırkı iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun və faizlərin tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borcludurlar. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. İşdə olan zaminlik müqaviləsindən müəyyən edilir ki, Cavabdeh2 İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə tam məsuliyyət daşıyır. Beləliklə, məhkəmə mğlki iєin yuxargda sadalanan hallargng nəzərə alaraq, hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2015-ci il tarixli kredit və zaminlik müqaviləsi ğzrə ühdəliklərini vaxtgnda və lazgmgnca icra etmədiklərinə gürə kredit mğqavilə ğzrə üdənilməmiє əsas borcun əvəzi qismində 3024.03 manat məblərində pul vəsaitini iddiazg təєkilatgn xeyrinə üdəməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 95 (doxsan beş) manat dövlət rüsumu da cavabdehlərdən alınıb Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3024.03 (üç min iyirmi dörd manat üç qəpik) manat əsas borc və 95 (doxsan beş) manat dövlət rüsumu tutularaq Ləğv prosesində olan «KredoBank” ASC-nin hesabına ödənilsin. İddia qalan hissədə əsassız oldğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar