Məhkəmə qərarları › İş №2(073)-173/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-173/2024

19.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-173/2024 19.01.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borca görə 7000 manat və mənəvi zərərə görə 3500 manat pul vəsaitinin alınaraq ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borca görə 7000 manat və mənəvi zərərə görə 3500 manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, maddi gəlirlərini təmin etmək üçün kartof və soğan məhsullarının alqı-satqısı ilə məşğul olur. Cavabdeh ilə əvvəllər də ona kartof məhsulu satarkən tanış olmuşdur. 2021ci ilin dekabr ayında “Rizvan” ticarət mərkəzində olarkən Cavabdeh ona yaxınlaşaraq kartof məhsulu almaq istədiyini, lakin həmin kartof məhsulunu Masallı rayon sakini X7 almaq istədiyini bildirmişdir. O, da Masallı rayon sakinlərinin əvvəllər də ondan nisyə al-ver etdiklərini, lakin sonradan onu aldatdıqlarını Cavabdeh bildirmiş və onunla razılaşmamışdır. Cavabdeh ona bildirmişdir ki, əgər Eyvaz Dadaşov onun pulunu ödəmədiyi halda, Cavabdeh öz avtomobilini və yaxud evini satıb onun pulunu ödəyəcəyinə söz vermişdir. O, Cavabdehla aralarında olan qeyri-rəsmi alqı-satqı razılaşmasına əsasən, Cavabdeh 7000 manat dəyərində 10 ton kartof məhsulu satmışdır. Lakin Cavabdeh ona borclu olduğu 7000 manat məbləği ödəməkdən yayınmışdır. Bundan sonra o, Cavabdeh hərəkətləri barədə Cəlilabad Rayon Polis Şöbəsinə müraciət etmiş, müraciəti Cəlilabad Rayon Polis X4 araşdırlmış və cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq cavabdehdən 7000 manat pul vəsaitinin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasnı xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında bildirdi ki, o, İddiaçı rayon sakini kimi tanımışdır. İddiaçı “Rizvan” ticarət mərkəzində kartof məhsulunun alış-satışı ilə məşğul olur. 2021-ci ilin dekabr ayında İddiaçı 4 ton kartof məhsulu almış və pulunu da nəğd şəkildə ödəmişdir. Bundan 3-4 ay sonra İddiaçı kartof məhsulu satmaq istədiyini bildirmiş, o, da Masallı rayonu Seybətin kənd sakini X8 məsləhət bilmişdir. Bundan sonra İddiaçı onunla birlikdə Masallı rayonuna gedərək bir maşın kartof məhsulunu Eyvaz Dadaşova vermişdir. Ondan sonra İddiaçıla Eyvaz Dadaşov arasında nə baş verdiyindən məlumatı olmamışdır. O, İddiaçı nisyə kartof almamış və ona borcu yoxdur. İddiaçı Eyvaz Dadaşovla tanış etdiyi üçün, İddiaçı onun barəsində Cəlilabad Rayon Polis Şöbəsinə və hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Əslində İddiaçı Eyvaz Dadaşovla alqı-satqı barədə özləri razılaşmışlar. Bu səbəbdən də, iddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X2 verdiyi izahatında bildirdi ki, İddiaçı ilə birlikdə kartof məhsulunun alış-satışı ilə məşğul olurlar. İddiaçı Cavabdeh zamin durduğu üçün kartof məhsulunu X7 nisyə satmışdır. Çünki, Cavabdeh bildirmişdir ki, əgər Eyvaz Dadaşov malın dəyərini ödəməsə, o, özü ödəyəcəkdir. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 verdiyi izahatında bildirdi ki, İddiaçı Cavabdeh vasitəsi ilə tanış olmuşdur. O, Cavabdeh vasitəsi ilə İddiaçı 24 ton kartof məhsulu nisyə almış, aldığı məhsulun bir hissəni hissəhissə ödəmiş və İddiaçı 6100 manat məbləğində borcu qalmışdır. Həmin 24 ton kartof məhsulunu təxminən 2-3 il bundan əvvəl İddiaçı Cavabdehla birlikdə gətirib Masallı rayonunda ona vermişlər. Həmin 6100 manat məbləğini hazırda ödəyə bilmir, lakin hissəhissə ödəyib qurtaracaqdır. Cavabdeh yox, onun özünün hazırda İddiaçı 6100 manat məbləğində borcu olduğunu təsdiq edir. İşdə olan cinayət işinin başlanılmasının rədd edilməsi barədə Cəlilabad RPŞ-nin TB-nin 01 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, X3 RPŞ-nin TB-də verdiyi ifadəsində İddiaçı 24 ton kartof məhsulu nisyə aldığını, aldığı məhsulun bir hissəni ödədiyini və İddiaçı 7000 manat yox, 6100 manat borcu olduğunu etiraf etmişdir. Cavabdeh onu İddiaçıla tanış etdiyi üçün, Cavabdeh adını ərizəsində qeyd etdiyini bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı iddia etdiyi kartof məhsulunu Cavabdeh vasitəsi ilə tanış olduğu, Masallı rayonu Seybətin kənd sakini X1. Bu fakt məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 verdiyi izahatı ilə də təsdiq olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, İddiaçı X7 olan 7000 manat borc məbləğinə dair hüquqlarının Cavabdeh ötürülməsi barədə hər hansı razılaşma mövcud deyildir və həmin məbləğin Cavabdeh tələb edilməsi qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı borca görə 7000 manat və mənəvi zərərə görə 3500 manat pul vəsaitinin alınaraq ona verilməsi tələbində haqlı deyildir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı borca görə 7000 manat və mənəvi zərərə görə 3500 manat pul vəsaitinin alınaraq ona verilməsi tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin edilməməsi qənaətinə gəldiyindən hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 135 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddiaçı Cavabdeh qarşı borca görə 7000 (yeddi min) manat və mənəvi zərərə görə 3500 (üç min beş yüz) manat pul vəsaitinin alınaraq ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 135 (bir yüz otuz beş) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar