Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1732/2023 16.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kiçik mübahisələrə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16 oktyabr 2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 489,40 manat əsas və 73,40 manat cərimə borcu olmaqla, ümumilikdə 562,80 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Borclu Cavabdeh iddia tələbinə etiraz edərək, işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1732/2023 saylı qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək verdiyi ifadəsində bildirmişdir ki, iddiaçı «İRŞAD-ELECTRONİCS” MMC ilə Cavabdeh arasında olan 16 oktyabr 2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı 12 ay müddətinə, hər ay 41 manat ödəniş etmək şərti ilə ümumi qiyməti 489,40 manat dəyərində olan “Samsung” markalı mobil telefonu cavabdehə satmışdır. Cavabdeh məhsulu aldıqdan 13 gün sonra gətirib təhvil verərək, elektrik enerjisinin saxlamamasından şikayət etmişdir. Lakin həmin “Samsung” markalı mobil telefon 2 şirkətin mütəxəsisləri tərəfindən yoxlanıldıqdan sonra, telefonun üz və arxa tərəflərində çızıqlar aşkar olunmuş, telefonun elektrik enerjisi saxlamasında və ya başqa heç bir qüsuru olmadığı müəyyən olunmuşdur. Buna baxmayaraq cavabdeh aldığı “Samsung” markalı mobil telefonunun elektrik enerjisi saxlamamasını bəhanə gətirərək, borcunu ödəməkdən yayınmışdır. Nəticədə cavabdehin iddiaçıya 489,40 manat əsas və 73,40 manat cərimə borcu yaranmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, iddiaçı «İRŞAD-ELECTRONİCS” MMC ilə aralarında olan 16 oktyabr 2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, 12 ay müddətinə, hər ay 41 manat ödəniş etmək şərti ilə ümumi qiyməti 489,40 manat dəyərində “Samsung” markalı mobil telefonu nisyə almışdır. Lakin aldıqdan 13 gün sonra bilmişdir ki, həmin mobil telefon elektrik enerjisini saxlamır. Bundan sonra o, iddiaçı təşkilata müraciət edərək həmin mobil telefonunun dəyişdirilib ona verildiyi halda dəyərini ödəyəcəyini bildirmişdir. Lakin iddiaçı təşkilat bununla razılaşmadığı üçün o, da iddiaçıya qalan borcunu ödəməmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, ərizəni nəzərdən keçirib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan «İRŞAD-ELECTRONİCS” MMC ilə Cavabdeh arasında bağlanmış 16 oktyabr 2022-ci il tarixli, ********* saylı müqavilədən görünür ki, iddiaçı həmin müqaviləyə uyğun olaraq 12 ay müddətinə, qiyməti 489,40 manat dəyərində olan “Samsung” markalı mobil telefon məhsulu satmışdır. Cavabdeh həmən müqaviləyə əsasən hər ay 41 manat ödəmək üçün öz üzərinə öhdəlik götürmüşdür. İşdə olan «İRŞAD-ELECTRONİCS” MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh müqavilə üzrə 10 may 2023-cü il tarixə 489,40 manat əsas borcu, 734 manat cərimə borcu olmaqla, cəmi 1223,40 manat borcu yaranmışdır. İşdə olan «İRŞAD-ELECTRONİCS” MMC tərəfindən göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə çəkilən xərclərlər də əlavə olunmaqla məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan «YURD” MMC tərəfindən verilmiş 03 noyabr 2022-ci il tarixli texniki rəydən görünür ki, “Samsung A135” Black 64GB markalı mobil telefon məhsulunun ekranında və korpusunda cızıqlar oşkar olunmuş, lakin cihazda mexaniki zədə və daxilində maye izləri aşkar edilməmiş, nəticədə yoxlama zamanı qüsur aşkar edilməmişdir. İşdə olan «İRŞAD-ELECTRONİCS” MMC tərəfindən verilmiş 11 noyabr 2022-ci il tarixli texniki rəydən görünür ki, “Samsung A135” Black 64GB markalı mobil telefon məhsulunun arxa qapağında cızıqlar oşkar olunmuş, lakin fiziki zədə təsiri, maye təsiri və qüsur aşkar edilmədiyindən, cihazın əmtəə görünüşü pozulduğundan cihazın dəyişilməsi və ya qaytarılması mümkün olmamışdır. İşdə olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. İşdə olan pretenziyadan görünür ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, lakin cavabdeh heç bir ödəniş etməmişdir. Beləliklə məhkəmə iclası zamanı müəyyən olundu ki, «İRŞAD-ELECTRONİCS” MMC ilə Cavabdeh arasında olan 16 oktyabr 2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı 12 ay müddətinə, hər ay 41 manat ödəniş etmək şərti ilə ümumi qiyməti 489,40 manat dəyərində olan “Samsung” markalı mobil telefonu cavabdehə satmışdır. Cavabdeh məhsulu aldıqdan 13 gün sonra gətirib təhvil verərək, elektrik enerjisinin saxlamamasından şikayət etmişdir. Lakin həmin “Samsung” markalı mobil telefon 2 şirkətin mütəxəsisləri tərəfindən yoxlanıldıqdan sonra, telefonun üz və arxa tərəflərində çızıqlar aşkar olunmuş, telefonun elektrik enerjisi saxlamasında və ya başqa heç bir qüsuru olmadığı müəyyən olunmuşdur. Buna baxmayaraq cavabdeh aldığı “Samsung” markalı mobil telefonunun elektrik enerjisi saxlamamasını bəhanə gətirərək, borcunu ödəməkdən yayınmışdır. Nəticədə cavabdehin iddiaçıya 489,40 manat əsas və 73,40 manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin iddianın dəbbə pulu tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, Cavabdeh 16 oktyabr 2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 489,40 manat əsas və 73,40 manat cərimə borcu tutulub iddiaçı «İRŞAD-ELECTRONİCS” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 36,50 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə… Qət etdi: İddia təmin edilsin. Cavabdeh 16 oktyabr 2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 489,40 (dörd yüz səksən doqquz manat qırx qəpik) manat əsas borc, 73,40 (yetmiş üç manat qırx qəpik) manat cərimə borcu olmaqla, cəmi 562,80 (beş yüz altmış iki manat səksən qəpik) manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat alınıb iddiaçı «İRŞAD-ELECTRONİCS” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1732/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1732/2023
16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver