Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-175/2025 28.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 1136 manat pul və 30 manat ödənmiş dövlət rüsumu tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, qiyabi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 manat və ödədiyi dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaitlərinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmənin əvvəlki iclasında iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh 1136 manat məbləğində pulun və ödədiyi dövlət rüsumuna görə 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə vəya gəlməməyin səbəbini vəya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı vəyeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməyinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Qeyd olunanları və işə qiyabi icraat qaydasında baxılması barədə iddiaçının yazılı razılığını nəzərə alaraq, məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, xx.xx.2015-ci il tarixdə Cavabdeh ilə BOKT "xxxx" MMC arasında bağlanmış kredit müqaviləsinə əsasən, BOKT "xxxx" MMC tərəfindən cavabdehə 18 ay müddətinə, illik 27.5 % dərəcəsi ilə, xx.xx.2017-ci il tarixədək ödəmək şərti ilə 1500 ABŞ dolları kredit verilmişdir. Qeyd edilən kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq, onunla BOKT "xxxx" MMC arasında zaminlik müqaviləsi bağlanmışdır. Öhdəliklərini təşkilat qarşısında icra etməyən cavabdehin BOKT "xxxx" MMC-yə ümumilikdə 1622,04 ABŞ dolları borcu yaranmışdır. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(073)-458/2017 saylı məhkəmə əmrinə əsasən, Cavabdeh və ondan 1248 ABŞ dolları əsas borc, 249,24 ABŞ dolları faiz borcu, 124,80 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1622,04 ABŞ dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi ilə və 20 manat dövlət rüsumu müştərək qaydada alınıb iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə verilməsi əmr edilmişdir. Qeyd olunan məhkəmə əmrinin icrasının təmin edilməsi məqsədi ilə, icra şöbəsi tərəfindən onun sosial müavinat kartına tutma yönəldilmiş və həmin kredit müqviləsi üzrə onun kart hesabından ümumilikdə 1136 manat pul vəsaiti tutulmuşdur. Cavabdeh zaminlik müqaviləsi əsasında tutulmanın tam ödənilməsi Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin məktubu ilədə təsdiq olunur. O, pensiyasından tutulan pulu cavabdehdən ger qaytarmasını dəfələrlə tələb etsə də, cavabdeh hər dəfə bir bəhanə gətirərək borcunu qaytarmamışdır. Buna görə də o, məcburiyyət qaşısında qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hər tərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materialında olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(073)- 458/2017 saylı məhkəmə əmrindən görünür ki, Cavabdeh və İddiaçı 1248 ABŞ dolları əsas borc, 249,24 ABŞ dolları faiz borcu, 124,80 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1622,04 ABŞ dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi ilə və 20 manat dövlət rüsumu müştərək qaydada alınıb iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə verilməsi əmr edilmişdir. İş materialında olan xx.xx.2024-cü il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı kart hesabından xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi ümumilikdə 1080 manat məbləğində kredit çıxılmışdır. İş materialında olan xx.xx.2024-cü il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı kart hesabından xx.xx.2024-cü il tarixdə 59,40 manat məbləğində kredit çıxılmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı iddianın verilməsi ilə əlaqədar 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh ilə BOKT "xxxx" MMC arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq, İddiaçı ilə BOKT "xxxx" MMC arasında zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Öhdəliklərini təşkilat qarşısında tam icra etməyən Cavabdeh BOKT "xxxx" MMC-yə 1248 ABŞ dolları əsas borc, 249,24 ABŞ dolları faiz borcu, 124,80 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1622,04 ABŞ dolları borcu yaranmışdır. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(073)-458/2017 saylı məhkəmə əmrinə əsasən, Cavabdeh və İddiaçı 1248 ABŞ dolları əsas borc, 249,24 ABŞ dolları faiz borcu, 124,80 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1622,04 ABŞ dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi ilə və 20 manat dövlət rüsumu müştərək qaydada alınıb iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə verilməsi əmr edilmişdir. Qeyd olunan məhkəmə əmrinin icrasının təmin edilməsi məqsədi ilə, icra şöbəsi tərəfindən iddiaçının sosial müavinat kartına tutma yönəldilmiş və cavabdehin kredit müqviləsinə əsasən iddiaçının kart hesabından ümumilikdə 1139,40 manat pul vəsaiti tutulmuşdur. Bu səbəbdən də iddiaçı cavabdehə qarşı ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 1136 manat pul tələbində haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, Cavabdeh borca görə 1136 manat alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.4-ci maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Həmin Məcəllənin 242-ci maddəsinə əsasən qiyabi qətnamənin məzmunu bu fəslin və bu Məcəllənin 16-cı fəslinin qaydaları ilə müəyyən edilir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumuda cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cımaddələrinirəhbərtutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh borca görə 1136 (bir min bir yüz otuz altı) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat alınıb İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni aldığı vaxtdan etibarən 10 (on) gün ərzində onun ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə ilə müraciət edə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-175/2025
Cəlilabad Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(073)-175/2025
28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver