Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1763/2023 06.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair mülki işə Cəlilabad şəhərində, 06 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X3 Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehdən 1150 (bir min yüz əlli) manat məbləğində pulun və ödənilmiş 31.50 (otuz bir manat əlli qəpik) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X3 iddianı müdafiə edərək bildirdi ki, o, fiziki şəxs kimi mebel satışı ilə məşğuldur. Cəlilabad şəhər sakini Cavabdeh 26 yanvar 2023-cü il tarixdə ondan pulunu hissə-hissə ödəmək şərti ilə “LG” markalı paltaryuyan maşını istəmişdir. O, da razılaşmış və ona həmin tarixdə 1500 (bir min beş yüz) manat dəyərində 1 ədəd “LG” markalı paltaryuyan maşını nisyə olaraq, yəni 12 ay müddətinə hər ay 112.50 (bir yüz on iki manat əlli qəpik) manat ödəməklə satmışdır. Cavabdeh ondan aldığı əşyaların pulundan hissə-hissə müəyyən qədər ödəniş etmiş, lakin 1150 (bir min yüz əlli) manat borcu qalmışdır. Həmin vaxtdan bəri cavabdeh qalan borcundan heç bir ödəniş etməyib. Dəfələrlə onunla əlaqə saxlayıb pulunu tələb etsə də, cavabdeh ona olan borcunu ödəməmişdir. Sonda məcbur qalıb məhkəməyə müraciət etmişdir. Odur ki, göstərdiklərinin nəzərə alınıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respulikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsi səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır və bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilir. Cavabdeh məhkəməyə gəlmədiyindən və gəlməməsinin səbəbi barədə məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə iddiaçını dinləyərək, işdə olan sənədləri hərtərəfli araşdıraraq və sübutlara obyektiv qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan malların satışı üzrə ödəniş cədvəlindən görünür ki, alıcı-Cavabdeh 26 yanvar 2023-cü il tarixdə ilkin dəyəri 1500 (bir min beş yüz) manat olan “LG” paltaryuyan maşınını ilkin dəyərinin (1500 manatın) 10 faizini (150 manatını) ödədikdən sonra qalan 1350 (bir min üç yüz əlli) manatını 12 ay müddətinə hər ay 112,50 (bir yüz on iki manat əlli qəpik) manat ödəmək şərti ilə almışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş “Fiziki şəxsin uçotu haqqında şəhadətnamənin” surətindən görünür ki, X3 vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, X3 məhkəməyə müraciət edərkən 31,50 (otuz bir manat əlli qəpik) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Sənan Əkbərov Cavabdeh xx.xx.2023-cü il tarixdə pulunu hissə-hissə ödəmək şərti ilə 1500 (bir min beş yüz) manat dəyərində 1 ədəd “LG” markalı paltaryuyan maşını ilkin dəyərinin 10 faizini (150 manatını) ödədikdən sonra qalan 1350 (bir min üç yüz əlli) manatını nisyə olaraq, yəni 12 ay müddətinə hər ay 112,50 (bir yüz on iki manat əlli qəpik) manat ödəməklə satmışdır. Cavabdeh ondan aldığı əşyanın pulundan hissə-hissə ödəniş etmiş və 1150 (bir min yüz əlli) manat borcu qalmışdır. Həmin vaxtdan bəri cavabdeh qalan borcundan heç bir ödəniş etməyib. Beləliklə, Cavabdeh iddiaçı X2 1150 (bir min yüz əlli ) manat məbləğində borclu olması iddiaçının ifadəsi və işdə olan digər sənədlərlə də təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh 1150 (bir min yüz əlli) manat məbləğində pul alınıb iddiaçı X2 verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 31,50 (otuz bir manat əlli qəpik) manat dövlət rüsumu da Cavabdeh alınıb iddiaçı X2 verilməlidir . Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1150 (bir min yüz əlli) manat məbləğində pul və iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 31,50 (otuz bir manat əlli qəpik) manat dövlət rüsumu alınıb, iddiaçı X2 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-1763/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1763/2023
06.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver