Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1765/2023 15.09.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh X5 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X5 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14 700 (on dörd min yeddi yüz) manat pulun və 135 (bir yüz otuz beş) manat dövlət rüsumu alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayonunun Maşlıq kəndində kartof əkib-becərib satmaqla məşğul olur. Rusiya Federasiyasında müxtəlif sort toxumluq kartof gətirərək, bir hissəsini özü əkib-becərmək üçün saxlamış, digər hissəsini də toxumluq kartof istəyən şəxslərə satmışdır. 2022-ci ilin oktyabr ayında Rahim Xubaliyev onun yaşadığı Cəlilabad rayon Maşlıq kəndinə gələrək ondan toxumluq kartof almaq istəmişdir. Cavabdehlə razılaşdıqdan sonra Rahim Xubaliyevə müxtəlif vaxtlarda nisyə olaraq cəmi 23 500 (iyirmi üç min beş yüz) manat dəyərində müxtəlif sort toxumluq kartof satmışdır. Cavabdeh ondan aldığı toxumluq kartofun dəyərindən müxtəlif vaxtlarda (iddiaçıya) cəmi 8 800 (səkkiz min səkkiz yüz) manatını ödəmiş və 14 700 (on dörd min yeddi yüz) manat borclu qalmışdır. Cavabdehdən qalan borcunu ödəməsini dəfələrlə tələb etmiş, lakin cavabdeh borcunu ödəməkdən yayınmışdır. Bu barədə şikayət ərizəsi ilə Cəlilabad rayon Polis Şöbəsinə müraciət etmiş, şikayəti əsasında araşdırma aparılmış, araşdırmanın nəticəsi olaraq cavabdehlə aralarında olan mübahisənin mülki xarakterli olduğu bildirilərək, cinayət işinin başlanması rədd edilmiş və məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh X8 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı onun (şahidin) qardaşıdır. Həm o (şahid), həm də qardaşı İddiaçı şəxsi təsərrüfatlarında kartof əkib-becərməklə, nəğd və nisyə satışı ilə məşğul olmaqla ailələrini dolandırırlar. Qardaşı İddiaçılə eyni kənddə yaşayırlar və qonşudurlar. Kartof almaq müraciət edildikdə o və qardaşı birlikdə məsləhətləşirlər və müəyyən vaxtlarda da eyni şəxsə kartof satırlar. Cavabdehi əvvəllər tanımamışdır. Təxminən 2022-ci ilin oktyabr ayında qardaşı Vüqar X1 ilə razılaşdıqlarını, Rahimin ondan toxumluq kartof alacağını bildirmiş və Rahimə kartof satmaq istədiyini bildirmişdir. Qardaşı ilə məsləhətləşdikdən sonra qardaşı Vüqarın tapşırığı ilə Vüqara məxsus 23 500 (iyirmi üç in beş yüz) manat dəyərində toxumluq kartofu bir neçə dəfəyə Cavabdeh vermişdir. Rahim Xubaliyev də hər dəfə aldığı kartofun pulunu İddiaçı verəcəyini bildirmişdir. Cavabdeh aldığı kartofun dəyərindən müxtəlif vaxtlarda İddiaçı 8 800 (səkkiz min səkkiz yüz) manatını ödəmiş və 14 700 (on dörd min yeddi yüz) manat borclu qalmışdır. Qardaşı İddiaçı cavabdehdən qalan borcunu ödəməsini dəfələrlə tələb etmiş, lakin cavabdeh borcunu ödəməkdən yayınmışdır. Bu səbəbdən İddiaçı şikayət ərizəsi ilə Cəlilabad rayon Polis Şöbəsinə müraciət etmiş, onun şikayəti əsasında araşdırma aparılmış, araşdırmanın nəticəsi olaraq cavabdehlə aralarında olan mübahisənin mülki xarakterli olduğu bildirilərək, cinayət işinin başlanması rədd edilmiş və iddiaçıya məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X9 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçını uzun müddətdir ki, tanıyır. Özü kartof əkibbecərməklə məşğul olur. Bundan başqa iddiaçı ilə də şərikli çiyələk əkib-becərməklə və satmaqla məşğul olurlar. İddiaçı cavabdehə kartof satanda onların yanında olmamış, lakin bir neçə dəfə iddiaçı onun yanında cavabdehlə telefonla danışmış, ondan (iddiaçıdan) aldığı kartofun pulunu ödəməsini tələb etmişdir. İddiaçı ilə cavabdehin telefon danışıqlarından, həmçinin iddiaçının özünün də ona (şahidə) deməsindən cavabdehin iddiaçıya 14 700 (on dörd min yeddi yüz) manat borcunun qaldığını bilmişdir. Cavabdeh hazırkı vaxtadək iddiaçıya olan 14 700 (on dörd min yeddi yüz) manat borcunu ödəməmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X17 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı onun həmkəndlisidir. Cavabdehi isə əvvəllər tanımamışdır. İddiaçı özünə məxsus təsərrüfatda kartof əkib-becərməklə, nisyə və nəğd satışı ilə məşğul olur. O da iddiaçının təsərrüatında günəmuzd fəhləlik edir və ailəsini dolandırır. Cavabdehi də iddiaçıdan kartof aldığına görə tanımışdır. Belə ki, cavabdeh iddiaçıdan onun yanında 3 yük maşını kartof almış və həmin kartofun maşınlara yüklənməsində iştirak etmişdir. Zəhmət haqqını isə ona (şahidə) İddiaçı ödəmişdir. Cavabdeh kartof alan zaman dəyərini 1 həftəyə, əks təqdirdə özünə məxsus maşını satıb ödəyəcəyini bildirmişdir. Sonradan İddiaçı deməsindən cavabdehin pulu tam ödəmədiyini bilmişdir. Hazırda cavabdehin iddiaçıya olan borcunu ödəyib-ödəmədiyindən məlumatı yoxdur. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X10 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçını uzun müddətdir ki, tanıyır. Cavabdehi isə əvvəllər tanımamışdır. Onun (şahidin) özünə məxsus QAZ-53 markalı yük maşını var və həmin yük maşını ilə yük daşımaqla ailəsini dolandırır. Dəfələrlə İddiaçı sifarişi ilə Vüqara məxsus yükləri (kartof) daşımış və bunun müqabilində zəhmət haqqını almışdır. 2022-ci ilin oktyabr ayında İddiaçı yenə də onu çağırmış və Cəlilabad rayonunun Əliqasımlı kəndinə kartof aparacağını bildirmişdir. Həmin vaxt Cavabdeh tanımışdır. Vüqarın sahəsindən onun idarə etdiyi QAZ-53 markalı yük maşınına fəhlələr 7.5 ton, digər yük maşınına 7 ton və cavabdehin özünün gətirdiyi yük maşınına da kartof yükləmişlər. Bundan sonra birgə yola düşərək həmin kartofları cavabdehin yaşadığı Cəlilabad rayonunun Əliqasımlı kəndinə aparmışlar və cavabdehin göstərdiyi yerə boşaltmışlar. Sonradan İddiaçı deməsindən cavabdehin pulu tam ödəmədiyini bilmişdir. Hazırda cavabdehin iddiaçıya olan borcunu ödəyib-ödəmədiyindən məlumatı yoxdur. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X13 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı onun (şahidin) qardaşıdır onunla həmkəndli və qonşudurlar. Cavabdehi isə əvvəllər tanımamışdır. 2022-ci ilin oktyabr ayında cavabdeh iddiaçıdan kartof alan zaman o (şahid) da iştirak etmişdir. Həmin vaxt cavabdeh kartofun pulunu 1 həftəyə ödəyəcəyini bildirmişdir. Lakin cavabdeh kartofun pulunu tam ödəməmiş və İddiaçı 14 700 (on dörd min yeddi yüz) manat borcu qalmışdır. İddiaçı dəfələrlə tələb etsə də, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Hazırda da cavabdehin iddiaçıya 14 700 (on dörd min yeddi yüz) manat borcu qalmaqdadır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X7 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı onun həmkəndlisidir. İddiaçı özünə məxsus təsərrüfatda kartof əkib-becərməklə, nisyə və nəğd satışı ilə məşğul olur. O da iddiaçının təsərrüatında günəmuzd fəhləlik edir və ailəsini dolandırır. Cavabdehi də iddiaçıdan kartof aldığına görə tanımışdır. Belə ki, cavabdeh iddiaçıdan onun yanında 3 yük maşını kartof almış və həmin kartofun maşınlara yüklənməsində iştirak etmişdir. Zəhmət haqqını isə ona (şahidə) İddiaçı ödəmişdir. Cavabdeh kartof alan zaman dəyərini 1 həftəyə, əks təqdirdə özünə məxsus maşını satıb ödəyəcəyini bildirmişdir. Sonradan İddiaçı deməsindən cavabdehin pulu tam ödəmədiyini bilmişdir. Hazırda cavabdehin iddiaçıya olan borcunu ödəyib-ödəmədiyindən məlumatı yoxdur. İşdə olan Cəlilabad rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı X5 qarşı 14 700 manat pul tələbi barədə şikayəti əsasında araşdırma aparılmış, toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmiş və şikayətçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. Həmin qərardan görünür ki, X8 verdiyi izahatında 2022-ci ildə İddiaçı ümumilikdə 17500 kq. toxumluq kartof aldığını, həmin kartofa görə İddiaçı 17 425 (on yeddi min dörd yüz iyirmi beş) manat ödədiyini və borcunun olmadığını göstərmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, 2022-ci ildə cavabdeh iddiaçıdan 23 500 (iyirmi üç min beş yüz) manat dəyərində nisyə kartof məhsulu almış, aldığı məhsulun dəyərindən iddiaçıya 8 800 (səkkiz min səkkiz yüz) manatını ödəmiş, qalan borcunu isə ödəməkdən yayınmışdır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərin hər biri, vicdanlılığın tələb etdiyi tərzdə, yəni lazımi şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə hərəkət etməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə iclasında cavabdehin iddiaçıya 17 425 (on yeddi min dörd yüz iyirmi beş) manat ödədiyi öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla (şahid ifadələri, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar) cavabdehin iddiaçıdan 23 500 (iyirmi üç min beş yüz) manat dəyərində nisyə kartof məhsulu aldığı, aldığı məhsulun dəyərindən iddiaçıya 8 800 (səkkiz min səkkiz yüz) manat ödədiyi və 14 700 (on dörd min yeddi yüz) manat borcunun qaldığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X2 14 700 (on dörd min yeddi yüz) manat pul və 135 (bir yüz otuz beş) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-1765/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1765/2023
15.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver