Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1776/2024 19.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarının artırılaraq hər ay bir uşağa görə 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, cavabdehlə faktiki evlənərək, nikahlarını 14 may 1998-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2001-ci il təvəllüdlü Ayidə, xx.xx.2005-ci il təvəllüdlü Aysel və xx.xx.2009-cu il təvəllüdlü Əkbər adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılıqlara görə cavabdehlə ayrılmışlar. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və birgə nikahlarından doğulmuş uşaqların onun (iddiaçının) yanında qalmaları müəyyən edilmişdir. Daha sonra Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2005-ci ildə doğulmuş X1 və xx.xx.2009-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 110 (bir yüz on) manat, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq alınaraq ona verilməsi qət edilmişdir. Hazırda iki övladları yetkinlik yaşına çatmışdır. Məhkəmə qətnaməsinə əsasən cavabdeh tərəfindən ödənilən alimentin məbləği uşağın maddi cəhətdən saxlanmasında kifayət etmir. Cavabdeh hal-hazırda uşağına tələb edilən məbləğdə aliment ödəmək iqtidarındadır. Buna baxmayaraq cavabdeh uşağın maddi cəhətdən saxlanmasında əlavə olaraq ona (iddiaçıya) kömək etmir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı ilə faktiki evlənərək, nikahlarını 14 may 1998-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2001-ci il təvəllüdlü Ayidə, xx.xx.2005-ci il təvəllüdlü Aysel və xx.xx.2009-cu il təvəllüdlü Əkbər adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılıqlara görə iddiaçı ilə ayrılmışlar. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və birgə nikahlarından doğulmuş uşaqların iddiaçının yanında qalmaları müəyyən edilmişdir.Daha sonra Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ondan (Cavabdeh) xx.xx.2005-ci ildə doğulmuş X1 və xx.xx.2009-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 110 (bir yüz on) manat, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Hazırda iki övladları yetkinlik yaşına çatmışdır. Məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş alimenti çətinliklə ödəyir. Uşaqla ünsiyyət hüququ pozulur. İddiaçı uşağı ilə görüşməsinə imkan vermir. Özü xəstədir, tələb edilən alimenti ödəmək iqtidarında deyildir. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(073)- 1454/2020 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı ilə Cavabdeh arasında Cəlilabad rayon Komanlı kənd İƏDÜ nümayəndəlikdə bağlanmış xx.xx.1998-ci il tarixli, 14 saylı nikah pozulmuş və tərəflərin birgə nikahlarından doğulmuş uşaqların İddiaçı yanında qalmaları müəyyən edilmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-1521/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh xx.xx.2005-ci ildə doğulmuş X1 və xx.xx.2009-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 110 (bir yüz on) manat, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2010-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2009-cu ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-1521/2021 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2005-ci ildə doğulmuş X1 və xx.xx.2009-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 110 (bir yüz on) manat, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq alınaraq İddiaçı verilməsi qət edilmişdir. Hazırda xx.xx.2005-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatmışdır. Məhkəmə qətnaməsinə əsasən cavabdeh tərəfindən ödənilən alimentin məbləği xx.xx.2009-cu ildə doğulmuş X3 maddi cəhətdən saxlanmasında kifayət etmir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında» Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment vermək imkanına malik olmasına dair iddiaçının irəli sürdüyü halların məhkəmə iclasında öz təsdiqini tapmadığını, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin uşağını saxlanması üçün kifayət etmədiyini, cavabdehin yetkinlik yaşına çatmış digər uşaqlar üçün hər ay 220 manat ödədiyini, yəni həmin məbləği ödəmə qabiliyyətli olduğunu nəzərə alır və hesab edir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-1521/2021 saylı qətnaməsi ilə xx.xx.2009-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilməsi tərəflərin həqiqi vəziyyətinə uyğundur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-1521/2021 saylı qətnaməsi ilə xx.xx.2009-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 200 (iki yüz) manat məbləğində müəyyən edilsin və məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh xx.xx.2009-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-1776/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1776/2024
19.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver